“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Prezident DTX-nin yeni binalarının açılışında – FOTOLAR

Tarix 29.11.23, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.

AzFakt.com xəbər verir ki, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Prezidentə raport verib.
Dövlət başçısına məlumat verilib ki, inşasına 2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb.
Qeyd edilib ki, binada DTX-nin mərkəzi aparatının bəzi struktur bölmələrinin yerləşdirilməsi nəzərdə tutulur. Bina iş və iclas otaqlarından, rəhbər və şəxsi heyət üçün ikimərtəbəli yeməkxanadan ibarətdir.
Dövlət başçısı xidməti otaqlarla və burada əməkdaşlar üçün yaradılan şəraitlə yaxından tanış olub, həmçinin DTX-nin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə, silahlara, avadanlıqlara, dron cihazlarına və xüsusi təyinatlı avtomobillərə baxış keçirib.
Prezidentə digər inzibati binada yerləşən və ən son texnoloji yenilikləri özündə birləşdirən kriminalistika, əməliyyat və şəbəkə idarəetmə mərkəzləri təqdim olunub, cinayət işlərinin təhqiqatı və müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi istiqamətində bu mərkəzlərin imkanları barədə məruzə edilib.
Prezident İlham Əliyev şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış və müasir idman avadanlıqları ilə təchiz edilmiş mərkəzlə də yaxından tanış olub.
Sonda Prezident şəxsi heyətə xidməti fəaliyyətlərində uğurlar arzulayıb, əməkdaşların öz vəzifələrini bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.




 
















Xəbərin oxunma sayı : 481




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap