|
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
“Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər“ - Prezident xalqa müraciət ünvanladı
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
Prezident xalqa müraciət etdi - VİDEO
Tarix 01.01.25, 0:05 |
|
Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib.
AzFakt.com müraciəti təqdim edir:
"Əziz həmvətənlər.
2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır.
Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır.
2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib.
Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil.
Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir.
Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır.
Əlbəttə ki, bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir. Burada da yaxşı nəticələr var. Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.
Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır.
Bu il Azərbaycanda COP29 iqlim konfransı keçirildi. Deyə bilərəm ki, bu, bizim müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və hesab edirəm ki, dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır. Cəmi on bir ay ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak edib. Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür.
Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir. Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq.
Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Əziz xalqıma cansağlığı, firavanlıq, xoşbəxtlik, səadət arzulayıram.
Bayramınız mübarək olsun!"
Xəbərin oxunma sayı : 1195
Siyasət
Xəbərlər
-
Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
-
Rusiyanı hərbi cəhətdən məğlub etmək mümkün deyil - Tokayev
-
Hansı müəllimlərin maaşında artımlar olacaq? - AÇIQLANDI
-
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
-
Moldova Ermənistan aviaşirkətinin uçuşlarını qadağan edə bilər - KİV
-
Abşeron rayonunda sənədsiz evlərin sayı sürətlə artır - İcra hakimiyyəti ilə “anlaşıb“...
-
Trampla andiçmədən sonra görüşə bilərik - Zelenski
-
Duman olacaq, külək əsəcək - Sabahın havası
-
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü veriləcək - MƏBLƏĞ
-
Şərqin əbədi incisi Diyarbəkir - FOTOLAR
-
İlon Mask onun azad olunmasını tələb edir - FOTO
-
Azərbaycanda qazın yeni qiymətinin tətbiqinə START VERİLDİ
-
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxtadır - Səhiyyə Nazirliyi
-
Zelenski Avropaya ultimatum verdi - Qaçqınların geri qaytarılmasına görə
-
“Qarabağ“ Juninyo transferindən nə qədər qazanacaq? - “Marca“ açıqladı
-
Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin - Siyahısı
-
Azərbaycan manatı ilə bağlı mühüm məlumat - RƏSMİ
-
Cənubi Koreya prezidentinin həbsi gündəmdə - Proses niyə təxirə salınır?
-
Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA
-
Tramp Putini dayandıra bilər - Zelenski
-
“İlkin müəllimə deyərsən ki, Saray Kürə getdi” söyləyibmiş... - Video
-
Avropada qaz qiymətləri 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb - “Bloomberg”
-
“Qara qutu”nun Braziliyaya göndərilməsi düzgün qərardır” - Tokayev
-
10 dərəcə şaxta, külək - Bu günün HAVASI
-
Əhali arasında yayılan virus çox təhlükəlidir - VİDEO
-
İnstaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO
-
Kirayə avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib qəza törətdi - Məsuliyyəti kim daşıyır?
-
Nyu Orlean və Las-Veqasdakı terror aktları arasında heç bir əlaqə yoxdur - FTB
-
Əsədi boşanıb Londona getmək istəyən həyat yoldaşı zəhərləyib? - SENSASİON İDDİA
-
Polad Həşimovun anası Hökümə Əliyevanın həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Nazirlər Kabinetində işə düzəldəcəyi vədini verib 40 min “atdı” - Dələduzluq
-
İlon Mask dünyanın ən varlı 10 adamının siyahısına başçılıq edir - “Bloomberg”
-
“Suriyada terror təşkilatlarının fəaliyyətinə son qoyulmalıdır“ - Hakan Fidan
-
Natiq Qasımovun xatirəsi yad edildi - FOTO
-
Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik
-
Saxta pula görə saxlanıldı, polisə müqavimət göstərdi - FOTO
-
İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi - “Xəbər bizi son dərəcə sarsıtdı...“
-
ABŞ-İran müharibəsi ilə bağlı XƏBƏRDARLIQ
-
Niyə hazırda Rusiya ilə danışıqlar mümkün deyil? - Podolyak izah etdi
-
Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
-
Dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi - QƏRAR
-
Bu telefonlarda votsap bloklanır - Siyahı
-
Qazi bacısını niyə öldürüb? - “Dedi ki, başını həmişə aşağı edəcəm”
-
Yeni ilə qaranlıqda girən ölkə - energetiklər istirahət edir
-
Zaqatalada itləri kim kütləvi şəkildə güllələyir? - VİDEO
-
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTOLAR
-
Təhsilimizdə tərsinə qurulmuş qrant siyasəti... - EKSPERTDƏN MARAQLI TƏHLİL
-
Bakıda əsgər tibb bacılarının başına oyun açdı: “Dayım vəzifədədir”
-
Vahid Ələkbərov bir ildə 2,59 milyard dollar qazanıb - Bloomberg
-
Monteneqroda 3 günlük matəm elan olundu - SƏBƏB
-
Emin Milli 12 il sonra Azərbaycanda - FOTOLAR
-
Polad Həşimov zabit yoldaşını cəzadan necə xilas edib? - Dostunun xatirələri
-
İş adamı sabiq deputatın şirkətini niyə məhkəməyə verib? - Qalmaqal
-
Əhaliyə göstərilən bu xidmət də bahalaşdı: aylıq 1 kvadratmetr üçün 30 qəpik oldu
-
Su-kanalizasiya sistemlərinə qoşulma üçün tariflər təsdiqlənib - Qiymət qalxdı
-
Elektrik enerjisinin qiyməti artırıldı - Yeni qiymətlər
-
Tarif Şurası təbii qazın qiymətini artırdı - Yeni tariflər
-
Polad Həşimovun məzarı ziyarət edildi - Fotolar
-
2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
-
Bakıda keçiriləcək “Formula 1”in biletləri satışa çıxarılıb - 13 175 manat...
-
Trampın hotelinin qarşısında “Tesla” partladı - Ölü və yaralılar var
-
Bu ödənişləri nağd qəbul edənlər CƏRİMƏLƏNƏCƏK
-
Lalə Məmmədovadan transparan libasda FOTOSESSİYA
-
Aygün Kazımova gönüşüiləgöz qamaşırdı - VİDEO
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
İki qardaşdan biri öldü, digəri yaralandı - Şamaxıda bıçaqlanma
-
Serbiya Azərbaycandan bu qədər qaz almaq istəyir - Nazir gözləntilərini açıqladı
-
Türkiyədə yarım milyon insanın iştirakı ilə AKSİYA
-
Ukrayna Rusiya helikopterini dəniz dronu ilə vurub - Tarixdə ilk dəfə
-
Azərbaycan istehsal olunan avtobuslar ƏDV-dən azad edildi
-
Vaşinqton və Nyu-Yorkun məşhur binalarını ildırım vurub - VİDEO
-
Bu ərazilərdə evlər bahalaşacaq - VİDEO
-
Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir
-
Azərbaycanda niyə insanlar vəsiyyət yazmaq istəmirlər? - Açıqlama
-
Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Neçə cür sosial yardım ala bilərsiniz? - CAVAB
-
“Putin və Zelenski müharibəni bitirmək üçün razılığa gələcək“ - Newsweek
-
Ucuz qiymətə satılan geyimlər - Onlar hansı materiallardan hazırlanır?
-
Bu gündən hansı artımlar qüvvəyə minəcək? - Əmək pensiyaları ilə bağlı fevraldan...
-
Yevlaxda kuryoz hadisə: Qatil qaçarkən bilmədən polisin maşınına əyləşib
-
Almaniya Ukraynaya nə qədər silah ötürüldüyünü hesablayıb - SİYAHI
-
Bu şəxslərin ödədiyi vergi bu gündən 4 dəfə azaldılır – Deputat açıqladı
-
2025-ci ilin ilk əkiz uşaqları dünyaya gəlib - Naxçıvanda
-
“Qarabağı qazilər yox, xüsusi təyinatlılar alıb” - Qazinin bıçaqlanmasının TƏFƏRRÜATI
-
Zambiyada prezidentinə sui-qəsd cəhdi: İki “sehrbaz“ və bir buqələmun saxlanılıb
-
İnstaqramda milyonluq səhifəsi olan pedaqoq - Nihad Şahbazov kimdir?
-
Ermənistanda əsgər meyitləri hələ də basdırılmayıb - Köçəryandan şok açıqlama
-
XİN İran səfirliyinə etiraz bildirib - İran televiziyasında Azərbaycan Prezidenti təhqir olunub
-
Maşını polis bölməsinin hasarına çırpdı - DİN-dən açıqlama (VİDEO)
-
Prezidentdən dünyaya mesaj: Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir
-
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
-
Mixeil Saakaşvili türmədən açıqlama verdi: “İlham Əliyevin hərəkətlərinə heyranam“
-
Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bakı sakininə qaza görə 12 min manat borc gəldi - VİDEO
-
Azərbaycan Türkiyəyə qaz nəqlini 10 % artırıb
-
Qəzzanın şimalında aviazərbələr: 10 nəfər həlak oldu
-
Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA
-
Dünya yeni ili belə qarşıladı - FOTO/VİDEO
-
Bayram ərəfəsində kibercinayətkarlardan necə qorunaq? - 10 faydalı məsləhət
-
Ukrayna ərazisindən Avropaya qaz nəqli dayandırıldı - “Qazprom“dan qərar
-
Karantin rejiminin uzadılması qərarı qüvvəyə mindi - Azərbaycanda
-
Azərbaycanda müvəqqəti qalan Rusiya vətəndaşları haqda qanun QÜVVƏYƏ MİNDİ
-
Bu gündən Azərbaycanda minimum əməkhaqqı artıb
-
Həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb
-
Azərbaycanda Yeni ilin ilk körpəsi doğuldu - FOTO
-
Prezident xalqa müraciət etdi - VİDEO
-
2025-ci ildə əmlak qiymətləri ilə bağlı yeni xəbər - VİDEO
-
“Almaniya növbəti ildə də Ukraynanı dəstəkləməyə davam edəcək“ - Şolz
-
Dörd nəfərlik ailənin bayram bazarlığı neçəyə başa gəlir? - VİDEO
-
Bakıda həm köhnə, həm də yeni mənzillər bahalaşacaq - SƏBƏB
-
Azyaşlının əlində pirotexniki vasitə partladı - Ağır yaralandı
-
4 kq qızılla tutulan şəxs məşhur polkovnikin qardaşı oğludur
-
Yanvarın 1-dən qüvvəyə minəcək yeni artımlar hansılardır? - VİDEO
-
Günlər sonra yaralanan xanımını gördü - Göz yaşlarını saxlaya bilmədi - Video
-
“Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək“ - Yaşar Gülə
-
Postsovet məkanı: hansı ölkənin əhalisi artıb, hansında azalıb?
-
Yollarda duman olacaq - Sürücülərin nəzərinə!
-
ABŞ səfirindən Azərbaycan dilində təbrik - VİDEO
-
Cəlilabadda gənclər arasında kütləvi dava - İkisi bıçaqlandı
TOP 10
ARXİV