Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Qadın “Getcontact”da yazdıqlarına görə məhkəməlik oldu - Cərimə edildi

Tarix 04.12.24, 18:17

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Fəxriyyə Şərifova (ad və soyadlar şərtidir) barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

“Qafqazinfo” xəbər verir ki, məhkəməyə müraciət edən Q.Quliyev qadının “Getcontact” mobil tətbiqində onun telefon nömrəsini işarələyərək ünvanına nalayiq ifadələr yazdığını bildirib.

Şikayətçi qeyd edib ki, mobil tətbiqdə premium istifadəçi statusu əldə edərək ünvanına kimin hansı söz yazmasını görməsi mümkündür. O, bu yolla mobil tətbiqdə barəsində təhqiramiz sözlər yazan şəxsi müəyyən edib və skrinşotlar götürüb.

Məlum olub ki, Q.Quliyevin barəsində ifadələr yazan şəxs onun qardaşının keçmiş həyat yoldaşı 33 yaşlı F.Şərifovadır. Araşdırmalar zamanı müəyyən edilib ki, ötən il F.Şərifova Q.Quliyevin qardaşı ilə 40 gün evli olub. Daha sonra onlar rəsmi qaydada boşanıblar. Bundan sonra qadın başqa şəxslə evlənib.

F.Şərifova keçmiş qohumlarının onun yenidən ərə getməsini qısqandıqları üçün barəsində şikayətlər etdiklərini bildirib. Həmçinin o da məlum olub ki, qadın keçmiş qohumları barəsində yazdığı sözlərə görə daha əvvəl də 50 manat cərimə edilib.

Binəqədi Rayon Məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayəti təmin edib. F.Şəfiyeva Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə təqsirli bilinib. Ona 1000 manat cərimə cəzası təyin edilib.



Xəbərin oxunma sayı : 1120




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap