“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Qarabağda investisiya təyinatlı layihələrə 17,55 milyard manat ayrılıb

Tarix 21.03.25, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan dövlətinin öz imkanları hesabına maliyyələşdirilən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən həyata keçirilən investisiya təyinatlı layihə və tədbirlərə 2020-2024-cü illərdə dövlət büdcəsindən ümumilikdə 17,55 milyard manat maliyyə vəsaiti ayrılıb.

Bu barədə Maliyyə Nazirliyində 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, o cümlədən, 2020-ci ildə 55 milyon manat, 2021-ci ildə 2,188 milyard manat, 2022-ci ildə 4,311 milyard manat, 2023-cü ildə 5,652 milyard manat və 2024-cü ildə isə 5,347 milyard manat maliyyə vəsaiti ayrılıb.

Ayrılmış vəsaitin sahələr üzrə bölgüsünə gəlincə qeyd olunub ki, nəqliyyat sektoru, o cümlədən avtomobil və dəmir yolları, məskunlaşma, şəhərsalma-arxitektura işləri, kənd təsərrüfatı və meliorasiya sahəsi, sosial sahələr və kommunal sektor, hüquq-mühafizə, minatəmizləmə və digər sahələr üzrə layihə və tədbirlərin maliyyələşdirilməsi sifarişçi qurumların müraciətlərinə uyğun olaraq tam təmin edilib.

İclasda nazir Sahil Babayev dövlət büdcəsinin əsaslı xərclərinin ən prioritet istiqaməti kimi azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində həyata keçirilən tədbirlər üçün zəruri maliyyə təminatının yaradılmasının daim diqqət mərkəzində olduğunu, büdcənin bütün imkanlarının adətən bu istiqamətə səfərbər edildiyini diqqətə çatdırıb.//Trend.az



Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap