“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Ramazan ayında insanları belə aldadırlar - XƏBƏRDARLIQ

Tarix 17.03.25, 9:54

Font ölçüsü : - / +
bitmap-img6


Kiberdələduzlar indi də "Ramazan ayı" kampaniyası adı ilə vətəndaşları aldadırlar.

AzFakt.com Xəzər TV-yə istinadən məlumat verir ki, son günlərdə məşhur banklardan birinin adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir.

SMS bölməsində Ramazan və Novruz bayramları öncəsi yaxşı şərtlə pul vəsaiti, həmçinin hədiyyələr təklif olunur. Onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir.

Kiberdələduzlar prosesi o qədər peşəkarlıqla yaradıblar ki, bu, vətəndaşlarda şübhə yaratmır. İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə deyir ki, kiberdələduzlar bu üsulla insanların kart hesablarında olan pulları rahatlıqla mənimsəyə bilirlər.

Mütəxəssis hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqdan öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmağı məsləhət görür.

Daxili İşlər Nazirliyi (DİN) də vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir.

Qeyd edək ki, kiberdələduzların qurbanı olmamaq üçün ilk növbədə şəxsi məlumatları məxfi saxlamaq lazımdır.

Ətraflı süjetdə:





Xəbərin oxunma sayı : 223




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap