“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - SİYAHI

Tarix 21.10.26, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


"SOCAR-AQŞ"nin 54 milyon manatlıq mənimsəmədə təqsirli bilinən keçmiş baş direktoru Ramin İsayevin ümumi dəyəri təxminən 100 milyon manata yaxın olan əmlakı müsadirə edilib. O, müsadirə olunan əmlakın həcminə görə bəlkə də XXI əsrin "rekord"una imza atan keçmiş məmurdur.

AzFakt.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ramin İsayevin müsadirə edilən əmlaklarının siyahısı belədir:

Qızıl və zinət əşyaları:

- 34 ədəd "Azərgold" markalı qızıl külçə;

- "Frey Wille" markalı boyunbağı, üzük və sırğa;

- "Van Cleef & Arpels" markalı qolbaq və sırğalardan ibarət dəst.

Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı

Pul vəsaitləri:

- 6 milyon 257 min ABŞ dolları;

- 352 min manat;

- Bank hesabında olan 133 min manat;

- 18 min 495 avro;

- 11 min 565 funt-sterlinq;

- 23 min 550 rubl, 11 min 600 Çexiya kronu, 1 345 BƏƏ dirhəmi, 40 qrivna, 500 Türkiyə lirəsi, 30 İsveçrə frankı.

Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı

Bakının 8 rayonunda yerləşən 19 mənzil və fərdi ev:

- Nəsimi rayonunda 5 mənzil;

- Binəqədi rayonunda 4 mənzil;

- Nərimanov rayonunda 4 mənzil;

- Suraxanı rayonunda 1 mənzil və 1 fərdi ev;

- Yasamal rayonunda 1 mənzil;

- Səbail rayonunda 1 mənzil;

- Xəzər rayonunun Buzovna qəsəbəsində 1 ev;

- Sabunçu rayonunun Nardaran qəsəbəsində, "Sea Breeze" kompleksində 1 mənzil.

Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı

Qeyri-yaşayış sahələri:

- Yasamal rayonunun Kamal Rəhimov küçəsində 4 böyük obyekt;

- Nəsimi rayonunda 1 obyekt;

- Səbail rayonunda 1 obyekt;

- Binəqədi rayonunda 1 obyekt.

Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı

Digər əmlak:

- Nəsimi rayonunda 2 qaraj;

- Binəqədi rayonunda, Səbail rayonunun Badamdar qəsəbəsində və Sabunçu rayonunun Bilgəh qəsəbəsində torpaq sahələri;

- "Audi E-Tron" markalı minik avtomobili.

Xüsusi müsadirə edilən əmlakın bir hissəsi vurulmuş 54 milyonluq ziyanın ödənilməsinə yönəldiləcək, qalan hissə dövlət nəfinə alınacaq. Tezliklə icra məmurları əmlakı satışa çıxaracaq.

Qeyd edək ki, Ramin İsayevin cinayət əməlləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aşkar edilib. O, xüsusilə külli miqdarda mənimsəmə və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına görə 14 il həbs cəzası verib. Hökm artıq qanuni qüvvəyə minib.



Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap