Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Rəsmi Bakı sülh danışıqları üçün şərtini açıqladı - “Ermənilər törətdikləri vəhşiliklərə görə üzr istəsələr...“ + FOTO

Tarix 06.09.23, 11:57

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənilər törətdikləri vəhşiliklərə görə üzr istəsələr, Azərbaycanla Ermənistan arasında barışıq mümkündür”.

Bu sözləri “Arab News”a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyevin sözlərinə görə, ermənilər Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri isə blokadada deyillər. O,  Ermənistanın Qarabağın erməni əhalisinin “humanitar böhran” yaşaması iddiasının tamamilə əsassız olduğunu vurğulayıb.

“Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin blokadasından söhbət belə gedə bilməz.. Azərbaycanın təklifi birdən çox yolun olmasıdır və mühüm yollardan biri də Ağdam-Xankəndi yoludur. Qarabağ bölgəsi ilə əlaqə saxlamaq üçün daha səmərəlidir və daha çox logistik imkanlara malikdir, çünki Azərbaycan onu tamamilə yenidən qurub”, - deyə H.Hacıyev əlavə edib.

“ Azərbaycanın təklifi birdən çox yolun olmasıdır və mühüm yollardan biri də Ağdam-Xankəndi yoludur. Qarabağ bölgəsi ilə əlaqə saxlamaq üçün daha səmərəlidir və daha çox logistik imkanlara malikdir, çünki Azərbaycan onu tamamilə yenidən qurub”, - deyə əlavə edib.

Prezidentin köməkçisi vurğulayıb ki, marionet rejiminin başında dayanan komandirlər humanitar bəhanə adı altında separatçı qurumun ömrünü uzatmağa çalışırlar.

Azərbaycan rəsmisi bildirib ki, onların məqsədi dezinformasiya yayaraq beynəlxalq ictimaiyyəti aldatmaqdır.

H.Hacıyev vurğulayıb ki, separatçılar onlara göndərilən ərzağı qəbul etməkdən və Azərbaycanla dialoqdan imtina edirlər:“Bu, irqçilikdir. Onlar qida məhsullarını göndərən tərəfin etnik kimliyini əsas gətirərək ərzağı qəbul etməkdən imtina ediblər”.





Xəbərin oxunma sayı : 1162




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap