Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Sahibkarların nəzərinə: Azərbaycan İnvestisiya Şirkəti layihənizi maliyyələşdirməyə hazırdır

Tarix 08.06.21, 20:59

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) ortağı olmaqla biznesinizə əhəmiyyətli investisiyalar cəlb edə bilərsiniz.

AİŞ-dən verilən məlumatda bildirilir ki, perspektivli bir layihəniz varsa, lakin həyata keçirilməsi üçün kifayət qədər maliyyə mənbəyiniz yoxdursa, bu məlumat sizin üçündür.

Belə ki, kreditdən fərqli olaraq, AİŞ şirkətinizin nizamnamə kapitalına maliyyə investisiyaları qoyur. Bu investisiyaların həcmi kapital qoyuluşlarının ümumi həcminin 30 faizədək ola bilər ki, bu da maliyyələşdirmə üzrə faiz ödənişlərinin olmayacağı deməkdir. AİŞ-in layihədə iştirakının orta müddəti 5 ildən 7 ilə qədərdir.

Bundan əlavə, AİŞ maliyyə modellərinin inkişafına, bazarın təhlilinə və təşkilati məsələlərə kömək edə, xarici tərəfdaşların və investorların cəlb edilməsində yardımçınız ola bilər. AİŞ yalnız yeni layihələrə deyil, həm də Azərbaycanın qeyri-neft sektorundakı mövcud şirkətlərin fəaliyyətinin genişləndirilməsinə və inkişafına investisiya qoymağa hazırdır.

AİŞ-lə əməkdaşlığa başlamaq üçün yalnız layihəniz üçün iş planı təqdim etməlisiniz. İşbirliyində maraqlı olanlar AİŞ-in veb səhifəsi ilə və ya 012 488 80 10 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Suallarınızı [email protected] elektron poçtu ilə də göndərə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sahibkarlıq fəaliyyətini dəstəkləmək və genişləndirmək və qeyri-neft sektorunun inkişafı məqsədi ilə yaradılıb.



Xəbərin oxunma sayı : 376




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap