“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Saray körpüsünün ətrafı genişləndirilir - VİDEO

Tarix 06.07.25, 9:21

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtla-Abşeronu birləşdirən Saray körpüsündə yenidənqurma və genişləndirmə işləri aparılır. Layihənin məqsədi körpü ətrafında nəqliyyat sıxlığını azaltmaq, hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər üçün daha rahat keçidi mümkün etməkdir.

Xezerxeber.az-ın məlumatına görə, hazırda körpü ətrafında yolun genişləndirilməsi və infrastrukturun körpüyə uyğunlaşdırılması istiqamətində fəal iş gedir. Əraziyə müxtəlif təyinatlı ağır texnikalar cəlb olunub. Yolun bəzi hissələrində köhnə asfalt örtüyü sökülüb, qazıntı işləri aparılır. Bu işlər çərçivəsində yol kənarlarında istinad divarlarının möhkəmləndirilməsi, yağış sularının axıdılması üçün drenaj sistemlərinin qurulması da nəzərdə tutulub.

Hazırda aparılan işlər səbəbilə Saray körpüsünə giriş və çıxış yollarında avtomobil sıxlığı müşahidə olunur. Xüsusilə səhər və axşam pik saatlarda bu əraziyə daxil olan sürücülər tıxac səbəbilə çətinliklə üzləşirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sürücülər üçün bu narahatlıq müvəqqətidir. Yolun genişləndirilməsi və infrastrukturun yenilənməsi işləri tamamlandıqdan sonra ərazidə nəqliyyatın hərəkəti xeyli rahatlaşacaq. Bu isə həm sürücülərin, həm də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin işini asanlaşdıracaq.




Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap