“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Saxta diplomla vəzifəyə təyin olundu, işdən çıxarılaraq cəzalandırıldı

Tarix 08.12.23, 13:35

Font ölçüsü : - / +
bitmap-img6


Füzuli rayonunda saxta diplomla vəzifəyə təyin edilən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl rayonun Zobucuq kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin müavini vəzifəsində çalışan 1988-ci il təvəllüdlü Rəsul Umudovun işə daxil olarkən təqdim etdiyi diplomun saxta olması üzə çıxıb.

Bəlli olub ki, R.Umudovun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının məzunu olması ilə bağlı təqdim etdiyi diplom saxtadır. Həmin diplom əsasında 3 il vəzifədə çalışan şəxs dərhal işdən azad edilib və onun barəsində Cinayət Məcəlləsinin 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddəsi ilə cinayət işi açılıb.
Cinayət işi üzrə keçirilən məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Füzuli Rayon Məhkəməsinin hökmü ilə Rəsul Umudova qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzası verilib. Həmçinin o, 1 il müddətində dövlət və yerli özünüidarə orqanlarında təşkilati, sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum edilib.



Xəbərin oxunma sayı : 661




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap