Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Səbail rayonunda yaşıllıqlar məhv edilib, yerində obyekt tikilib - VİDEO

Tarix 19.03.26, 23:44

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Buta küçəsində təxminən üç-dörd ay əvvəl tikilən obyektlə bağlı yerli sakinlər narahatlıqlarını Baku TV-yə ifadə ediblər.

Onların sözlərinə görə, obyekt qanunsuz tikilib və tikinti zamanı ərazidə xeyli sayda ağac məhv edilib.

"Yaşıllıqlar məhv edilib, yerində obyekt tikilib. Qeyri-qanunidir, mümkün deyil ki, hansısa qurum buna icazə versin. Çünki yüksək gərginlik altında belə obyektlər olmamalıdır. Təhlükə yarana bilər, fövqəladə hal baş verə bilər", - sakinlərdən biri deyib.


Məsələ ilə bağlı Badamdar qəsəbə icra nümayəndəsi Samir Zamanov açıqlama verərək qeyd edib ki, həmin torpağın mülkiyyət sənədi var və hər hansı qanunsuz tikinti olmasına dair iddialar əsassızdır.

Eyni zamanda Səbail Rayon İcra Hakimiyyətindən verilən açıqlamaya görə, torpaq sahəsi xüsusi mülkiyyətdədir və tikinti işləri müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə əsasında həyata keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən isə bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində ağacların kəsilməsi faktı aşkarlanıb. Araşdırma zamanı qeyri-yaşayış obyektinin tikintisi zamanı 15 ağac və 3 kol bitkisi kəsilib, bunun nəticəsində təbiətə 22 740 manat ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib və təbiətə dəyən ziyanın cinayət tərkibi yaratdığı üçün məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanan materiallar Baş Prokurorluğa göndərilmək üzrə hazırlanır.




Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap