“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Sumqayıtda su və kanalizasiya xəttinə görə dağıdılan yol asfaltlanmayıb - VİDEO

Tarix 25.06.22, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərində iki il bundan öncə asfalt çəkilən yol dağıdılıb. Buna səbəb başqa bir qurumun həmin ərazidə iş görməsi olub. 

Xezerxeber.az-ın məlumatına görə, söhbət Sumqayıt şəhərinin Çerkassi küçəsindən gedir.

Ərazidə yaşayan bir qrup sakin iddia edir ki, təqribən iki il bundan öncə onların müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həmin küçə asfaltlanıb. Ancaq çox keçməyib ki, "Azərsu" ASC həmin küçənin asfaltını qazaraq oradan su və kanalizasiya xətti çəkib. Amma aradan iki il keçməsinə baxmayaraq, dağıdılan asfalt yenilənməyib. Sakinlər iki ildir ki, verilən vədin yerinə yetirilməsini istəyirlər.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə "Xəzər Xəbər"ə bildirib ki, avtomobil yolunda su və kanalizasiya xətti təmir olunduqdan sonra əks dolğu və kipləşdirmə işləri aparılmaqla, asfalt örtüyünün bərpası bağlanmış müqavilələrə uyğun olaraq yol təsərrüfatı müəssisəsi tərəfindən həyata keçirilir. Həmin ərazinin bərpası ilə bağlı aidiyyətı üzrə müraciət olunacaq.






Xəbərin oxunma sayı : 1204




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap