“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Türkiyə, Ukrayna və Uels pley-offa vəsiqə qazanıb - DÇ-2022

Tarix 17.11.21, 8:48

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub.  X turun son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş baş tutub. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olub.

D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edib və rəqibinə uduzub. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olub. Səfərdə inamlı hesablı qələbə qazanan Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv 2-Finlandiyanı qabaqlayaraq qrup 2-cisi olub və pley-offa adlayıb.

E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib. Çexiya yığması isə evdə Estoniyanı məğlub edib. Qrupda 2-ci yeri tutan britaniyalılar pley-offa yüksəliblər.

Gecənin ən maraqlı oyunları G qrupunda gerçəkləşib. Niderland millisi evdə Norveçə çətinliklə qalib gəlib. 

Digər önəmli matçda Türkiyə seçməsi səfərdə Monteneqro üzərində əzmkar qələbə qazanıb - 2:1. Matçda hesabı meydan sahibləri açsalar da, 22-ci dəqiqədə Kerem Aktürkoğlu, 60-cı dəqiqədə isə Orkun Kökçü fərqlənərək, qonaqları sevindirib. Bu nəticələrdən sonra qrupu 1-ci sırada tamamlayan "narıncılar" final mərhələsinə, "ay-ulduzlular" isə pley-offa vəsiqə əldə edib.

DÇ-2022, seçmə mərhələ
X tur
16 noyabr

D qrupu

23:45. Finlandiya - Fransa - 0:2
Qollar: Kərim Benzema, 66, Kilian Mbappe, 76

23:45. Bosniya və Herseqovina - Ukrayna - 0:2
Qollar: Aleksandr Zinçenko, 59, Artyom Dovbik, 79

Xal durumu: Fransa - 18, ), Ukrayna - 12, Finlandiya - 11, Bosniya və Herseqovina - 7, Qazaxıstan - 3 

E qrupu

23:45. Uels - Belçika - 1:1
Qollar: Kiffer Mur, 32 - Kevin De Brüyne, 12

23:45. Çexiya - Estoniya - 2:0
Qollar: Yakub Brabets, 59, Yan Sikora, 85

Xal durumu: Belçika - 20, Uels - 15, Çexiya - 14, Estoniya - 4, Belarus - 3 .

G qrupu

23:45. Cəbəllütariq - Latviya - 1:3
Qollar: Liam Uoker, 7 - Vladislav Qutkovski, 25, Roberts Uldrikis, 55, Raymonds Krollis, 75

23:45. Monteneqro - Türkiyə - 1:2
Qollar: Fatos Beçiray, 4 - Kerem Aktürkoğlu, 22, Orkun Kökçü, 60

23:45. Niderland - Norveç - 2:0
Qollar: Stiven Berqveyn, 84, Memfis Depay, 90+1

Xal durumu: Niderland - 23, Türkiyə - 21, Norveç - 18, Monteneqro - 12, Latviya - 9, Cəbəllütariq - 0.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.



Xəbərin oxunma sayı : 388




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap