“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Tibbi arayış niyə ödənişlidir? - VİDEO

Tarix 26.09.23, 18:19

Font ölçüsü : - / +
bitmap-img6


Tibbi arayışların ödənişli olması ən çox müzakirə olunan mövzulardandır. Hansı ki, bu sənədə görə təyin edilən rüsum nə az, nə çox, düz 40 manat 12 qəpikdir.

Vətəndaşların narazılıqları isə səbəbsiz deyil. Çünki bəzilərinə bu cür arayışlar tez-tez lazım olur. Həmin sənəd isə yalnız bir yerə təqdim etmək üçün verilir. Yəni arayışı bir neçə dəfə alan şəxs hər dəfə sözügedən məbləği ödəməli olur.

Xezerxeber.az xəbər verir ki, vətəndaşları düşündürən əsas məsələ dövlət xəstəxanalarında səhiyyə xidmətləri pulsuz olduğu halda, tibbi arayışların ödənişli olmasıdır.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyir ki, sözügedən rüsumun vətəndaşlar tərəfindən yox, hansısa qurum və ya dövlət hesabına qarşılanması daha məqsədəuyğundur. 

Rəşad Mahmudovun qənaətinə görə, sağlamlıq arayışının icbari tibbi sığortanın xidmətlər zərfində olmaması hüquqi cəhətdən doğrudur. Çünki bu, sağlam insanlara verilən sənəddir. Ancaq məsələdə beynəlxalq təcrübədən də yararlanmaq mümkündür.
Millət Vəkili vurğulayır ki, xüsusi tələb yoxdursa, sənədin qüvvədə qalma müddətini 30 günlük yox, daha uzun müddətli etmək olar. Habelə, bir sənədin bir neçə yerə təqdim edilməsi üçün də imkan yaradılmalıdır.

TƏBİB-in departament rəhbəri Zamirə Ədilova isə deyir ki, sağlamlıq haqqında arayışın alınması tibbi göstəriş yox, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Amma sosial layihə çərçivəsində bəzi arayışlar sığorta paketinə daxildir.

Zamirə Ədilova əlavə edib ki, tibbi arayışın verilməsi qaydaları Səhiyyə Nazirliyi tərəfindən tənzimlənir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Xəbərin oxunma sayı : 814




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap