“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ukrayna Baş Prokurorluğu Azərbaycan səfirinə qarşı cinayət işi başlatdı - Diplomatik skandal

Tarix 04.03.21, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri üzrə Prokurorluğu Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşı, 1966-cı il təvəllüdlü Qüdsi Dursun oğlu Osmanov barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci və 2-ci bəndləri üzrə cinayət işi başladıb. 
 
Ovqat.com-un məlumatına görə, bu barədə Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri Prokurorluğu İstintaq Şöbəsinin rəis müavini Eqor Rebrovun imzaladığı rəsmi məktubda qeyd edilir. 
 
Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Moldovadakı Səfiri Qüdsi Osmanovun Rusiya Federasiyası tərəfindən işğal edilmiş Ukraynanın Krım Muxtar Respublikası ərazisinə qanunsuz səfər etməsi təsdiqlənıb. Xarici telekanalların  çəkdiyi video-görüntülərdə Qüdsi Osmanov Rusiya prezidenti Vladimir Putinin yanında dayanıb və Krımda keçirilən sambo yarışını seyr edir. Ukrayna Baş Prokurorluğu da bu görüntüləri incələyib və ölkənin ərazi bütövlüyünə və suverenlik haqlarına hörmətsizlik edən Azərbaycan səfiri barəsində cinayət işi açıb.


Məlumata görə, Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Prokurorluğu Qüdsi Dursun oğlu Osmanovun törətdiyi cinəyəti Ukrayna Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci və 2-ci bəndləri ilə (Maddə 332-1. Müvəqqəti işğal altında olan Ukrayna ərazisinə giriş və çıxma prosedurunun pozulması) ilə təsnif edərək topladığı faktları araşdırılması üçün istintaqa göndərilib. Paralel olaqar Ukrayna Müdafiə nazirliyi Baş Kəşfiyyat idarəsinin və Ukrayna Təhlükəsizlik Xidmətinin də Azərbaycanın Moldovadakı Səfiri Qüdsi Osmanovla bağlı məxfi araşdırma başladığı iddia olunur. 
 
Cinayət işinin Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmmədovun rəsmi müraciəti əsasında açıldığı bildirilir. Yaxın dəqiqələrdə Daşqın Gülməmmədovun bu barədə fikirlərini öyrənməyə çalışacağıq.

Video-görüntü ilə bu linkdə tanış ola bilərsiniz.




Xəbərin oxunma sayı : 2482




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap