“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ulduz futbolçu keçmişi yada saldı: “Mourinyuya nifrət etmirəm“

Tarix 15.11.21, 14:13

Font ölçüsü : - / +
bitmap-img6


2013/14 mövsümündə "Çelsi"nin keçmiş baş məşqçisi Joze Mourinyu Kevin De Bruyneni Premyer Liqada cəmi üç oyunda meydana buraxması futbolçunun klubdan ayrılıb Almaniya "Volfsburq"una keçidinə səbəb olmuşdu. 

İllər sonra isə De Bröyne İngiltərəyə ulduz olaraq qayıtmışdı. Bu gün futbolçu "Mançester Siti"nin heyətində Avropa futbolunun seçilən futbolçulardan biridir. 

Fanat.Az xəbər verir ki, "Het Nieuwsblad" nəşrinə danışan "Mançester Siti"nin yarımmüdafiəçisi ötən günləri yada salıb. 

30 yaşlı futbolçu açıqlamasında illər öncə ona şans verməyib, lazımınca qiymətləndirməyən Mourinyuya nifrət etmədiyini deyib.

"Onlar həqiqətən məni saxlamaq və mənə şans vermək istəyirdilər, amma Almaniyaya getməkdə qərarlı idim. Orda uğurlu çıxış edəcəyimi hiss edirdim və həmişə öz hisslərimə güvənirəm. 

Mən heç vaxt Joze Mourinyudan şikayət etməmişəm. Onun başçılığı altında çox məşq etmişəm və kifayət qədər oyun keçirmişəm. Ancaq yaxşı məşq etsən gələcəkdə şans qazana bilərsən.

Ona nifrət edirəm? Bu, doğru deyil. Oynamaq üçün real şans görmədiyim üçün bir az yerimdə ilişib qalmışdım, amma yenə də mənə bir-iki şey öyrədib.

O zaman mən özüm üçün çıxış yolu görmürdüm, sadəcə ayrılmaq istəyirdim. Mourinyuya nifrət etmirdim, artıq uşaq deyildim. Sadəcə olaraq münasibətimiz elə də yaxşı deyildi".

Xatırladaq ki, Kevin De Bröyne 2015-ci ildən "Mançester Siti"nin şərəfin qoruyur. O, 2019/20 mövsümündə İPL-də 20 məhsuldar ötürmə edərək turnirin ən yaxşı futbolçusu seçilib. Həmin il İngiltərə Futbol Assosiasiyası tərəfindən ilin futbolçusu adına da layiq görülüb.



Xəbərin oxunma sayı : 418




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap