“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Universitetlər Bakıdan bu şəhərlərə köçürülə bilər - SİYAHI

Tarix 01.09.25, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Tədris ilinin başlamasına az qalmış Azərbaycanda universitetlərin yalnız Bakıda cəmlənməsi məsələsi yenidən aktuallaşıb. Təklif edilir ki, ali məktəblərin böyük hissəsi regionlara, xüsusən də Qarabağ və Şərqi Zəngəzura köçürülsün. Bu baxımdan Xankəndində yaradılan Qarabağ Universiteti model kimi göstərilir.

Universitetlərin regionlara, xüsusilə Qarabağ və Şərqi Zəngəzura köçürülməsi realdırmı? Bu, tələbələr üçün problemlər yarada bilərmi? 

AzFakt.com xəbər verir ki, globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, bu proses artıq situasiyanın yeniləşməsi deməkdir:

"Torpaqlar işğaldan azad olunandan sonra bu barədə daha real düşünmə imkanı yaranıb. Məsələ yalnız bir şəhərdən ibarət deyil. Burada hansı şəhərlərin strateji əhəmiyyətə malik olduğu və onların inkişaf etdirilməsinə ehtiyac nəzərə alınmalıdır. Məsələn, Ağdam, Xankəndi, Gəncə, Göyçay, Lənkəran, Zaqatala kimi şəhərlərə universitet modelləri salmaq vacibdir ki, tələbə axını ilə həm mədəni, həm də sosial mühit inkişaf etdirilsin".

Deputat bildirib ki, Bakıda sıxlığın qarşısını almaq üçün bu modeldən istifadə oluna bilər:

"Qarabağ Universiteti artıq müəyyən yükün bir qismini götürə bilər, amma bu, yetərli deyil. Daha çox şəbəkələşməyə və universitetlərin regionlara yayılmasına imkan verilməlidir. Əks halda,  paytaxtda sıxlığın, cansıxıcı həyatın qarşısını almaq çətin olacaq".




Xəbərin oxunma sayı : 241




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap