“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Xaricdən ən çox borc alan dövlət qurumları - CƏDVƏL

Tarix 01.08.25, 12:56

Font ölçüsü : - / +
bitmap-img6


Xarici dövlət borcunun dövlət qurumları üzrə strukturu məlum olub.

"APA-Economics" xəbər verir ki, 2025-ci il iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanın ümumi xarici dövlət borcu 5,01 milyard ABŞ dolları və ya 8,52 milyard manat təşkil edib. Bu borcun 41,9%-i birbaşa dövlət adından çıxış edən Maliyyə Nazirliyinin öhdəlikləri ilə formalaşıb. Nazirliyin payına 2,10 milyard dollar və ya 3,57 milyard manat düşüb.

İkinci ən böyük borc portfeli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsusdur – 918 milyon dollar və ya 1,56 milyard manat. Onu "Azərbaycan Dəmir Yolları" QSC izləyir – qurumun öhdəliyi 748,3 milyon dollar və ya 1,27 milyard manat təşkil edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə xarici borcun həcmi 671,3 milyon dollar, Naxçıvan MR Dövlət Su Ehtiyatları Agentliyi üzrə isə 192 milyon dollar olub. Kənd Təsərrüfatı Nazirliyi 63,5 milyon dollar həcmində borc portfelinə malikdir. Qalan icraçı qurumların payına 444,4 milyon manat ekvivalentində borc düşür.

Beləliklə, borcun 58,1%-i müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən layihələr və proqramlar üzrə cəlb olunmuş xarici vəsaitlərdir. Bu struktur dövlət zəmanətli layihələrin əhəmiyyətli həcmini və müxtəlif sektorlarda xarici maliyyələşmənin rolunu əks etdirir.

Açıklama yok.




Xəbərin oxunma sayı : 895




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap