Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Xəzər dənizi fəlakət astanasında: “Prosesləri proqnozlaşdırmaq son dərəcə çətindir“

Tarix 27.11.24, 23:15

Font ölçüsü : - / +
bitmap-img6


"Xəzər dənizinin səviyyəsi kritik həddə düşüb. Bu, ona tökülən çayların, o cümlədən Volqa və Ural çaylarının deltalarının kiçilməsinə səbəb ola bilər".

Oxu.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bunu Rusiya Elmlər Akademiyasının (RAN) ölkənin su ehtiyatlarından səmərəli istifadəyə həsr olunmuş prezidium iclasında P.P.Şirşov adına Okeanologiya İnstitutunun direktor müavini Pyotr Zavyalov bildirib.

Alimin sözlərinə görə, Xəzərin orta səviyyəsinin azalması 1990-cı illərin ortalarından müşahidə olunur. Hazırda o, 28.7 m səviyyəsindədir - bu, müşahidə tarixində ən aşağı göstəricilərdən biridir. Eyni vəziyyət 1977-ci ildə də olub, bundan sonra dənizdə suyun həcmi artıb. Bu hal indi baş verəcəkmi - mütəxəssislər əminliklə proqnoz verə bilmirlər.

"Xəzər dənizindəki prosesləri proqnozlaşdırmaq son dərəcə çətindir. Mövcud modellərin nəzərə aldığı bir çox amillər var. Bundan əlavə, dəniz sahilyanı beş ölkə arasında sektorlara bölünüb və vahid metodikalar üzrə əldə edilmiş eynicinsli məlumatların əldə edilməsi problemi mövcuddur", - deyə Zavyalov bildirib.

O əlavə edib ki, əgər Xəzərdə suyun həcmi azalmağa davam edərsə, bu, dənizə tökülən çayların, ilk növbədə Volqa və Uralın deltalarına təsir göstərəcək. Bəzi qiymətləndirmələrə görə, onların ətrafındakı ekosistemlərin sahəsi 10% azala bilər. Bu zaman bitki örtüyü və heyvanlar aləmi dəyişəcək.



Xəbərin oxunma sayı : 295




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap