Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yaşı 30-dan aşağı olan milyarderlər -Siyahı

Tarix 17.04.24, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


“Forbes” jurnalı dünyanın ən varlı adamlarının və yaşı 30-dan aşağı olan ən gənc milyarderlərin siyahısını açıqlayıb.

Siyahıya 15 nəfər daxil edlib. Onların hamısı sərvətlərini miras yolu ilə alıblar. Bir çoxu bir-biri ilə qohumdur və valideynlərinin əmlakında bərabər paya malikdir. Reytinqdə birinci yeri Hindistanın ən varlı adamlarından birinin övladları olan Mistri qardaşları tutublar. İkinci yerdə isə dünyanın ən böyük "Ray Ban" və "Oakley" eynək istehsalçısının banisi Leonardo del Vekkionun üç varisi qərarlaşıb. 

27 yaşlı Firoz Mistri - sərvəti 4,9 milyard dollar

Firoz 2022-ci ildə avtomobil qəzasında həlak olan Hindistan inşaat maqnatı Sayrus Mistrinin böyük oğludur. Atasının sağlığında Firoz Mistri kiçik qardaşı Şapurla birlikdə aktivləri 16,9 milyard dollar dəyərində qiymətləndirilən "Shapoorji Pallonji Group" konqlomeratını idarə edib. ABŞ-də Yel Universitetini bitirib, subaydır.

25 yaşlı Zahan Mistri - sərvəti 4,9 milyard dollar

Firoz Mistrinin kiçik qardaşıdır. O, Böyük Britaniyanın Uorvik Universitetini bitirib və hazırda "Shapoorji Pallonji Group" konqlomeratının kredit bölməsi "SC Finance"də vəzifə tutur. Zahan da evli deyil.

19 yaşlı Klemente del Vekko - sərvəti 4,7 milyard dollar

Klemento eynək və linza istehsalı üzrə dünya lideri olan "Luxottica" şirkətinin qurucusu Leonardo del Vekkonun varislərindən biridir. O, şirkəti 25 yaşında yaradıb və sərvəti 22,5 milyard dollara çatıb. Onun ölümündən sonra miras çoxsaylı qohumlar arasında bölünüb. Klemente evli deyil.

22 yaşlı Luka del Vekko - sərvəti 4,7 milyard dollar

Leonardo del Vekkonun ikinci oğlu sərvətini atasının ölümündən sonra miras alıb. Onun payı demək olar ki, 5 milyard dollardır. Milyarderin varisləri mediadan uzaq gəzir. Bu səbəbdən Lukanın ailə vəziyyəti haqqında heç bir məlumat yoxdur.

28 yaşlı Leonardo Mariya del Vekko 

Leonardo del Vekkonun ikinci həyat yoldaşından olan yeganə övladıdır. O, indi atasının "Luxottica" şirkətində yüksək vəzifə tutur və İtaliyanın "Salmoiraghi & Viganò" eynək və optik pərakəndə satış şəbəkəsini idarə edir. O, qardaşları Luka və Klemente kimi "Delfin" holdinqində pay və 4,7 milyard dollar miras alıb. Onun evli olub-olmadığı bəlli deyil.

30 yaşlı Qustav Maqnar Vitzo - sərvəti 4,2 milyard dollar

O, 2013-cü ildə 1991-ci ildə atası Qustav Vitzo tərəfindən qurulan, dünyanın aparıcı qızılbalıq yetişdirən "Salmar ASA" şirkətinin, demək olar ki, yarısının sahibi olub. Qustav Maqnarın sərvəti son bir ildə 1,5 milyard dollar artıb və o, subaydır.

21 yaşlı Kevin David Lehmann - sərvəti 3,3 milyard dollar

2017-ci ildən o, hələ azyaşlı ikən "Drogerie Markt" kosmetika şəbəkəsinin yarısının sahibi olub. 2021-ci ildə 18 yaşı tamam olanda Forbes-ə görə ən gənc milyarder olub. Hazırda Kevin David Lehmann evli deyil.

29 yaşlı Sofi Luiz Filmann - sərvəti 2,7 milyard dollar

Bu il 84 yaşında vəfat edən eynək firması "Fielmann Group"un qurucusu Günter Fielmannın qızıdır. Sofinin artıq 34 yaşı olduğu üçün bu siyahıya daxil edilməyən Mark adlı bir qardaşı var. Bacısı ilə birlikdə xeyriyyə fondu idarə edirlər. Sofinin ailə vəziyyəti məlum deyil.

22 yaşlı Remi Dasso - sərvəti 2,5 milyard dollar

O, sərvətini hərbi təyyarələr və "Falcon" biznes təyyarələri istehsal edən şirkətin qurucusu, ulu babası təyyarə mühəndisi Marsel Bloxdan alıb. Reminin atası Olivye Dasso 2021-ci ildə avtomobil qəzasında ölüb. Gənc fransız milyarderin sərvəti 2,5 milyard dollar, bütün ailəsinin sərvəti isə 28 milyard dollar qiymətləndirilir. Milyarder evli deyil.

28 yaşlı Katarina Andresen - sərvəti 1,7 milyard dollar

Əsas tütün tədarükçüsü, sonra isə investisiya şirkətinin sahibi olan atasından miras qalan sərvətə baxmayaraq, o, davamlı inkişaf mütəxəssisi olduğu Osloda tikinti firmasında işləyir. Katarina ailəli deyil.

27 yaşlı Aleksandra Andresen

Böyük bacısı Katarina kimi Aleksandra da "Ferd" investisiya şirkətinin səhmlərinin 42%-nə sahibdir. O, üç il ardıcıl olaraq "Forbes"ə görə ən gənc milyarderlər siyahısında yer alıb. Alexandra atçılıq idmanına həvəslidir və üç dəfə yeniyetmələr arasında Norveç çempionu olub. Aleksandra ailəlidir.

Bu 11 milyarderdən başqa, Cənubi Koreyadan olan iki bacı da "Forbes" siyahısında yer alıb: 

20 yaşlı Kim Jun-yun və 22 yaşlı Kim Jun-yun. Onlar hər birinin dəyəri təxminən 1,4 milyard dollar olan "Nexon" onlayn oyun inkişaf etdirmə şirkətinin ortaq sahibləridir.

Reytinqi Braziliyadan olan iki bacı - 19 yaşlı Liviya Voyt və 26 yaşlı Dora Voyt de Assis tamamlayır. Onlar sərvətlərini (hər biri 1,1 milyard dollar dəyərində) elektrik mühərriki şirkətinin qurucusu, babaları Verner Voigtdən miras alıblar.



Xəbərin oxunma sayı : 502




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap