“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Yanvarın 1-dən pensiyalar bu qədər artacaq - AÇIQLAMA

Tarix 11.12.23, 17:15

Font ölçüsü : - / +
bitmap-img6


Gələn aydan etibarən pensiyaların indeksasiyası və artırılması gözlənilir.

AzFakt.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, artıq son ayların statistikası göstərir ki, Azərbaycanda nominal orta aylıq əməkhaqqı 2023-cü ilin geridə qalan aylarında təxminən 11-11,2 faiz artıb.

“Bu isə ondan xəbər verir ki, gələn aydan etibarən əmək pensiyaları orta hesabla 11 faiz indeksasiya olunacaq. Bu, əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək və eyni zamanda, əmək pensiyalarının bütün məbləğini əhatə edəcək. Çünki əmək pensiyaları artıq tam olaraq indeksasiya olunur.

Eyni zamanda, əvvəlki dövrlərdə təxminən 100 min pensiya alan vətəndaşımızın pensiyasında indeksasiya olunmurdu, amma yeni qaydalara əsasən, əmək pensiyası alan bütün vətəndaşlarımızın, o cümlədən, hərbçilərimizin pensiyası indeksasiya olunaraq artırılacaq.

Ona görə də artıq 2024-cü ilin yanvar ayından artımlar reallaşacaq və bu artımlar imkan verəcək ki, əmək pensiyası alan vətəndaşlarımızın pensiyasında orta hesabla 11 faizlik artım qeydə alınsın”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin 5 noyabr tarixində Milli Məclis tərəfindən “Əmək pensiyaları haqqında” qanuna üçüncü oxunuşda qəbul edilən dəyişikliklərə əsasən, pensiyaların indeksləşdirilərək artırılmasında bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edilib. Belə ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində indeksləşdirilərək artırılır.



Xəbərin oxunma sayı : 472




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap