“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Yeni komissiya yaradılıb - DTX və XİTDX birgə məlumat yayb

Tarix 21.07.25, 10:09

Font ölçüsü : - / +
bitmap-img6


İki təhlükəsizlik qurmu kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradıb.

AzFakt.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) birgə məlumat yayb.

Bildirilib ki, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq, dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi qaydalara riayət olunması vəziyyətinin yoxlanılmasının sistemli, vaxtında və fasiləsiz təşkili üzrə DTX və XRİTDX-nin aidiyyəti əməkdaşlarından ibarət birgə komissiya yaradılıb.

Məlumata görə, Komissiyanın aşkarlayacağı çatışmazlıqların doğura biləcəyi dövlət və ictimai təhlükəsizlik təhdidləri nəzərə alınaraq, onların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektlərinin görəcəyi tədbirlərin qiymətləndirilməsi aparılacaq.

Komissiya həmçinin görülən işlərin nəticələri ilə bağlı dövri hesabat və məlumatlar hazırlayacaq, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən hallar müəyyən edildikdə, təxirəsalınmaz tədbirlərin görülməsi barədə məsələ qaldırılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 17 aprel 2021-ci il tarixli 1315 nömrəli Fərmanına əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını DTX, dövlət orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlətə məxsus olan hüquqi şəxslərə münasibətdə isə DTX həmin funksiyaları XRİTDX ilə birgə həyata keçirir.



Xəbərin oxunma sayı : 349




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap