Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Yuxusuzluğa qalib gəlməyin yolları açıqlanıb - FOTO

Tarix 13.01.22, 9:39

Font ölçüsü : - / +
bitmap-img6


Uzunmüddətli yuxu problemləri ciddi ürək və beyin xəstəliklərinə səbəb ola bilər.

Bu barədə rusiyalı tibb elmləri doktoru Sergey Xomyakov xəbərdarlıq edib.

Onun sözlərinə görə, yatmazdan əvvəl gəzinti və otağın tam qaranlıq olması yuxusuzluğa qarşı mübarizədə kömək edə bilər.

“Uzun müddət yuxusuz qalmaq son dərəcə təhlükəli haldır. Bioritmlərin uzun müddət patoloji pozulması və ya desinxronoz ürək-damar, beyin-damar xəstəliklərinə, həmçinin endokrin, sinir və reproduktiv sistem xəstəliklərinə gətirə bilər”, - deyə Xomyakov izah edib.

Həkim yuxusuzluqdan əziyyət çəkənlərə yatmazdan 1 saat əvvəl təmiz havada gəzməyi, tam qaranlıq və temperaturu təxminən 20 dərəcə olan otaqda yatmağı, yatmazdan əvvəl televizor və qadcetlərə baxmamağı, həmçinin yatmazdan bir neçə saat əvvəl otaqda isti çalarlarlı işıq yandırmağı tövsiyə edib.

Bundan əlavə, Xomyakov xatırladıb ki, hazırda desinxronozun (bioritm pozuntularının patoloji vəziyyəti)  müalicəsində melatonin tərkibli dərmanlar istifadə olunur.

“Melatoninin effektivliyi klinik tədqiqatlarda tam sübuta yetirilməyib. Bununla belə, melatonin dəyişən vaxt qurşaqlarına (jet lag) uyğunlaşmaq, həmçinin sirkadiyalı ritmlərin pozulmasından sonra yuxu-oyanma dövrünü bərpa etmək üçün geniş istifadə olunur. Melatonin preparatları təhlükəsizdir və dərmanın terapevtik pəncərəsi və ya dozaj diapazonu genişdir. Melatonin epifiz tərəfindən endogen melatonin istehsalının azaldığı yaşlı xəstələr üçün faydalıdır”, - deyə həkim sözlərini yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 607




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap