“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Zabratın yolları Qəzza zolağına oxşayır, bələdiyyə isə deyir ki... - Reportaj, fotolar

Tarix 15.05.21, 20:52

Font ölçüsü : - / +
bitmap-img6


"Bizim bu küçələrin yollarından indi nə Suriyada, nə Qəzzada taparsan. Yay-qış bərbad vəziyyətdədir, nə qədər müraciət etmək olar, yorulmuşuq. Baxın, magistral yoldan bir az aralıdır, amma elə bil ucqar dağ kəndinin yoludur, baxan yoxdur".

Bu sözləri bizimlə söhbətində paytaxtın Sabunçu rayonu, Zabrat - 2 qəsəbəsinin Məmmədyarov küçəsinin sakinləri bildirdilər. Onların dediyinə görə, yolların bərbad olmasından dəfələrlə şikayətləniblər, amma faydası olmayıb.

Sakinlər bildirirlər ki, Məmmədyarov küçəsi baxımsızlıqdan dağılıb, qışda gölməçələr yaranır, ümumiyyətlə, ilin bütün günlərində keçilməz olur, avtomobillər təmir sexlərində qalırlar. Qəsəbə sakinlərinin sözlərinə görə, Sabunçu rayon bələdiyyəsinə müraciət etsələr də, onlardan məhəllənin yollarının asfaltı üçün 2000-2500 manat istənilib. Onlar isə sual edirlər ki, bələdiyyəyə nə üçün xərac verməlidirlər: "Çünki Bakıətrafı qəsəbələrin, məhəllədaxili yolların asfaltlanması üçün dövlət proqramı var, büdcədən vəsait ayrılır. Niyə pul verməliyik? Bu küçəyə uzağı 2 maşın asfalt lazımdır, amma əncam çəkmirlər. Dərdimizi kimə deyək, bilmirik. Bu yollar qışda daha da acınacaqlı vəziyyətə düşür. Adam utanır ki, belə şəraitdə yaşayırsan. Görən də deyir ki, bura Bakıdır. Bəyəm Bakı Neftçilər prospektindən ibarətdir?"

Məmmədyarov küçəsinin sakinləri xahiş edirlər ki, tezliklə Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi onların probleminə diqqət ayıracaq, əhalinin əzablı yollardan canı qurtaracaq:"Biz qalib ölkəyik, hər yerimiz gərək gülüstan olsun, insanlar daha belə problemlərdən şikayət etməli deyillər. İndi daha böyük məsələlər həllini gözləyir. Amma məmurlar ən xırda problemləri də yoluna qoymur, insanları ən kiçik işlər üçün Prezidentə məktub yazmağa məcbur edirlər. Biz inanırıq ki, səsimizə səs veriləcək, küçələrimiz, yollarımız abadlaşacaq".

Musavat.com








Xəbərin oxunma sayı : 559




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap