Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

102 vəkil and içərək fəaliyyətə başladı - FOTOLAR

Tarix 01.07.22, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


İyulun 1-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

E-huquq.az xəbər verir ki, mərasimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının rəhbərliyi, Mediasiya Şurasının rəhbərliyi, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni və Vəkil Marşı səsləndirilib.

Daha sonra açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, 2005-2017-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən 5 yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunub. Qeyd edib ki, 2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edib. 2018-2022-ci illər arasında keçirilən 9 yazılı test imtahanlarının nəticəsində 1303 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunub.

Sədr bildirib ki, bu gün Kollegiyaya üzv qəbul olunacaq namizədlərdən 90 nəfəri vəkilliyə qəbulla bağlı yazılı test və şifahi müsahibədə uğur qazanıb və icbari təlimi başa vuraraq andiçmə mərasiminə buraxılıb. Əvvəllər hakim işləmiş 10, əvvəllər vəkil işləmiş 2 namizəd qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıb.

A.Bağırov namizdələrdən 81 nəfərin kişi, 21 nəfərin isə qadın olduğunu deyib. Bildirib ki, Azərbaycanda qadın vəkillərin sayı 402 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil edir.

Daha sonra tədbirdə 102 nəfər yeni namizəd and içib. Onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib.

Bununla da Azərbaycanda vəkillərin ümumi sayı 2237 nəfərə çatıb.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 715




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap