Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

3 nəfərin yandığı qəzada Kəbirə Məmmədova izi – Şok detallar [VİDEO+FOTO]

Tarix 14.04.17, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün səhər saatlarında Bakı şəhərinin Suraxanı rayonu ərazisində – Zığ şosesində baş vermiş dəhşətli qəzada ölən şəxslərin kimliyi müəyyənləşib.

Lent.az-ın əldə etdiyi məlumata görə, “KİA Cerato” markalı avtomobilin “VAZ 2104″ markalı avtomobilə arxadan çırpılması nəticəsində ikinci nəqliyyat vasitəsi partlayaraq yanıb və avtomobildə olan 3 nəfər: Quliyev Gülağa Məhərrəm oğlu, Namiq və Elçin adlı şəxslər vəfat edib.

Şəxsiyyətləri hələlik tam müəyyənləşməmiş Namiq və Elçinin qardaş olduğu bildirilir.

Qəzaya düşən “KİA Cerato” markalı, 90 VT 097 nömrə nişanlı avtomobili 1984-cü il təvəllüdlü Ədilov Sadiq Mətləb oğlu, “VAZ 2104” markalı, 10 AX 002 dövlət qeydiyyat nişanlı avtomobili isə 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu sürürmüş.

“KİA Cerato”nu idarə edən S.Ədilov yüngül xəsarət alıb və hadisə yerinə gəlmiş polislərə deyib ki, digər nəqliyyat vasitəsi hərəkətdə olarkən yanmağa başlayıb və onun üzərinə yana-yana gəlirmiş. O deyib ki, hadisədən sonra düşərək kömək etməyə çalışıb və ilk olaraq 101-ə zəng edib.

Bir qədər əvvəl xəbər verdiyimiz kimi, Zığ yolunda 3 nəfərin yanaraq ölümü ilə nəticələnən dəhşətli qəzanın şok təfərrüatları ortaya çıxmaqda davam edir. “Qafqazinfo” bir qədər əvvəl qəzaya düşən avtomobillərdən birinin diqqətçəkən dövlət nömrə nişanı 10 AX 002 ilə bağlı apardığı kiçik araşdırmanı təqdim etmişdi.

Məlum olmuşdu ki, həmin nömrə daha əvvəl bahalı “Mercedes” avtomobilinin üzərində olub.

Sonradan bu nömrənin “VAZ-2104” (ilkin məlumatda “VAZ-2107” kimi təqdim olunub – red.) markalı avtomobildə olması sual yaradırdı. Davam edən araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumata görə, hadisə zamanı yanan 10 AX 002 nömrəli “VAZ-2104” markalı avtomobil məşhur iş adamı, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın adını daşıyan “Kəbirə Məmmədova Klinikası”na məxsus olub.

Məlumat üçün bildirək ki, “AX” seriyalı nömrələr adətən hüquqi şəxslərə məxsus olur.
Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya verilən məlumata görə, ilkin araşdırmalarla “VAZ-2104”ün sürücüsünün Gülağa Quliyev adlı şəxs olduğu məlum olub. Yanaraq ölən digər şəxslərin isə iki qardaş olduğu bildirilir. Lakin onların üzərində heç bir sənəd tapılmayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

APA-nın əldə etdiyi məlumata görə, həmin avtomobildə olan sərnişinlərin isə – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.










* * *

Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.

Belə ki, “VAZ 2107″ markalı avtomobil “KİA” markalı maşınla toqquşub. Hadisə zamanı “VAZ 2107″ markalı avtomaşın alışaraq yanıb.

Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN-dən “Report”a bildirilib ki, hadisə zamanı “VAZ 2107″-də olan hər üç sərnişin yanaraq ölüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.
Araşdırmalar davam etdirilir.

 









Xəbərin oxunma sayı : 2488




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap