“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

600-dən çox bal topladılar: müəllimlik ixtisasını seçdilər (FOTO)

Tarix 08.09.26, 14:41

Font ölçüsü : - / +
bitmap-img6


Son illər yüksək bal toplayan gənclər arasında müəllimlik ixtisaslarını seçənlər də yer alır.

Modern.az xəbər verir ki, 2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bavalavriat səviyyəsinə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan 8 nəfər Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarını seçiblər.

Üzeyir Hacıbəyov adına 7 nömrəli tam orta məktəbin məzunu Aynuran Səlim qızı Abbasova qəbul imtahanlarında 649,4 bal toplayıb və ADPU-nun Ağcabədi filialının riyaziyyat və informatika müəllimliyi ixtisasını seçib.

Qusar rayonunun Piral kənd tam orta məktəbinin məzunu Lera Mirzə qızı Səfiyeva qəbul imtahanlarında 637,1 bal toplayaraq ADPU-nun riyaziyyat və fizika müəllimliyi ixtisasına qəbul olunub.

Quba rayonunun Nüqədi kəndindəki 1 nömrəli məktəbin məzunu Elşad Əzizulla oğlu Musayev qəbul imtahanlarında 623 bal toplayıb. O, ADPU-nun Quba filialının riyaziyyat müəllimliyi ixtisasını ilk sırada seçərək həmin yer’ qəbul olunub.

Zəhra Vüqar qızı Ağayeva orta təhsilini Bakı şəhəri 11 nömrəli tam orta məktəbdə alıb. Məktəbi fərqlənmə attestatı ilə bitirən Zəhra qəbul imtahanlarında 615,5 bal nəticə göstərib və ADPU-nun riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul olunub.

Aişə İbrahim qızı Abdulmənəfova Şəki şəhər 6 nömrəli məktəbin məzunudur. O, qəbul imtahanlarında 614 bal toplayıb və ADPU-nun Şəki filialının xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasına qəbul olunub.

Aysu Rəşad qızı Mustafayeva Quba rayonunun Digah kəndində yerləşən Fərhad Həmzəyev adına orta məktəbin məzunudur. Qəbul imtahanlarında 607,7 bal toplayan Aysu ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub.

Zəhra Fuad qızı Nəcəfzadə Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 607 bal toplayan Zəhra ADPU-nun riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasını ilk sırada qeyd edərək həmin ixtisasa qəbul olunub.

Aysun Mənsur qızı Məmmədli Ağstafa rayonunun Eynallı kəndində yerləşən X. İsmayılov adına tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Qəbul imtahanlarında 606,8 bal nəticə göstərən Aysun ADPU-nun Riyaziyyat və fizika müəllimliyi ixtisasına qəbul olunub.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap