![]() |
|














70 yaşlı Şeyxülislamın “40-cı qapısı“ - Prezidentin sərəncamı hansı mesajı daşıyır?
Tarix 13.04.19, 23:22 |
|

Ötən həftənin diqqətçəkən xəbərləri sırasında Prezident İlham Əliyevin imzaladığı iki sərəncam xüsusi ilə maraqlı oldu.
Prezident Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi və Bakıda keçirilməsi nəzərdə tutulan "Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması haqqında sənəd imzaladı.
Bu sərəncamlar dövlət başçısının bütün dünyaya elan etdiyi tolerantlıq siyasətinə sadiqliyini bir daha təsdiq etməklə yanaşı, Azərbaycanda dövlət və din münasibətlərinin uğurlu tənzimlənməsinin bir mesajı kimi baxılmalıdır.
Sərəncamlar bir çox amil baxımından Azərbaycanın ictimai- siyasi həyatında dövlət - din münasibətlərini tarixini bir daha təhlil etmək və geridə qalmış dövrün öz hədəfinə çatmış prioritetlərini süzgəcdən keçirməyə imkan yaradır.
195 yaşlı QMİ-nin "qırxıncı qapısı”
Qafqaz Müsəlmanları İdarəsinin son 40 illik tarixi ictimai-siyasi həyatımızda baş vermiş miqyaslı hadisələrlə sıx bağlıdır. Allahşükür Paşazadə SSRİ-nin qüdrətli bir dövründə -1979-cu ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsinə sədr seçilərkən sovet ateizm siyasətinin sərt təpkilərinin bütün ağırlığını yaşamışdı. Sərt sovet reallığı ondan əvvəlki şeyxülislamların Azərbaycanın ictimai-siyasi həyatına təsirinə imkan vermirdi. Yalnız dindarların dar çərçivəsində məhdud ritualları həyata keçirən hörmətli və dini cəhətdən savadlı olan şeyxülislamlar hər fürsətdə bütün gücləri ilə sovet ateizminin milli köklərə bağlı azərbaycanlılar arasında yayılmasına mane olmağa çalışmaqla təsəlli tapırdılar.
Sovet Azərbaycanın o zamankı dini cameəsi də çox məzlum halda idi. Rəqəmlərə baxdıqda bunu bir daha aydın görmək olur: 1985-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş cəmi 18 məscid və 53 dini icma fəaliyyət göstərirdi. 1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən, ölkədə cəmi 123 molla vardı. Onlardan yalnız 16 nəfəri dini təhsil almışdı. Buxaradakı "Mir Ərəb” mədrəsəsinin və Daşkənd İslam Universitetinin məzunları olan bu ruhanilərin hamısı Qafqaz Müsəlmanlar İdarəsində və Bakı şəhərinin azsaylı məscidlərində işləyirdilər. Bu şəxslərdən biri də Allahşükür Paşazadə idi.
Məhz onun sədrlik postuna seçilməsindən sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsi özünün fəal dövrünə qədəm qoydu. 80-ci illərin ikinci yarısından etibarən SSRİ-də baş qaldırmış siyasi aktivlik bütün zümrələri əhatə edən böyük bir demokratik hərəkata çevrilməkdə idi.
Azərbaycan da bu sırada öz yerini tuturdu.
1988-ci ildə erməni separatçılarının fitvası ilə başlayan Qarabağ münaqişəsi həm də Azərbaycanda müstəqillik uğrunda milli hərəkatın alovlanması üçün istinad yeri oldu. Allahşükür Paşazadənin tutduğu qətiyyətli mövqe QMİ-ni də bu ictimai –siyasi həyatın aparıcı fiquruna çevirdi.
Aparılmış bir sıra təhlillərə görə, SSRİ-də başlanmış demokratik proses, müttəfiq respublikalarda yüksələn azadlıq hərəkatları birmənalı olaraq Sovet İttifaqının müsəlman respublikalarında yaşayan insanların islam dininə üz tutmasını stimullaşdırdı. On illərlə ateist sovet cəmiyyətində yaşayaraq özünün dini - mədəni köklərindən ayrı salınmış milyonlarla azərbaycanlı üçün dini intibah fürsəti, köklərinə qayıdış arzusu QMİ-ni istər-istəməz siyasi proseslərin axarına saldı. Həmin dönəmdə SSRİ xalq deputatı seçilən A.Paşazadə bununla bütün sovet xalqının diqqət kəsildiyi böyük siyasi proseslərin iştirakçısına çevrildi.
1990-cı ilin 20 yanvar qırğını Azərbaycan vətəndaşının dünənə qədər inandığı ideologiyaya inamını sarsıtmaqla ölkəmizdə prosesləri dəyişdirən məhək daşı oldu. Sovet ordusunun Bakıda törətdiyi qanlı qırğın nəticəsində yüzlərlə günahsız adam həlak oldu.
Yanvar şəhidlərinin dəfni dini mərasim libasından çıxaraq, azərbaycanlıların SSRİ hakimiyyətinə, onun rəhbəri Mixail Qorbaçova sonsuz nifrətinin və etirazının nümayişinə çevrildi. Şəhidlərin dəfni üçün küçəyə çıxmış milyonlarla insanın qatıldığı nəhəng izdihamı qansız-qadasız idarə etmək məsuliyyəti Şeyxülislam Allahşükür Paşazadənin çiyinlərinə düşmüşdü. Bakı küçələrində sovet vəhşiliyinə qarşı etirazın önündə QMİ sədri ilə birgə digər dinin nümayəndələri - rus pravoslav kilsəsi və yəhudi icması da addımlayırdı. Kremlin Azərbaycanda arzuladığı dini təfriqə baş tutmadı. Qoşunların Bakıya güya "islam fundamentalistləri” ilə mübarizə üçün girdiyi barədə dünyaya və sovet xalqına yalan danışan Mixail Qorbaçov rüsvay oldu.
Respublika rəhbərliyinin qaçıb gizləndiyi, hakimiyyət maşının iflic olduğu bir zamanda Allahşükür Paşazadənin Moskvanı, şəxsən SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən sərt bəyanatı bütün dünyada böyük rezonans doğurmuşdu. Şeyx qorxmadan SSRİ rəhbərini bu qanlı qırğına görə lənətlədi.
Bu, SSRİ tarixində din xadiminin sovet rəhbərini ittiham edən ilk belə bəyanat idi.
Bundan iki ay sonra Allahşükür Paşazadə Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz edərək SSRİ xalq deputatı mandatından imtina etmişdi.
Bütün bu illər ərzində QMİ Azərbaycan üçün fövqəladə dərəcədə mühüm olan tarixi günlərdə hadisələrin mərkəzində yer tutub. Şeyxin Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizəni dəstəkləməsi, siyasi böhran anlarında tutduğu qəti mövqeyi ilə kütləvi rəğbət qazana bilmişdi. Onun Qarabağda sülhün əldə olunması üçün erməni katalikosu ilə görüşləri, bu prosesdə tutduğu mövqeyi Azərbaycanın humanizm prinsiplərinə sadiqliyinin nümayişi saymaq olar. "Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub”- deyə Şeyxülislam Qareginlə görüşündə ona demişdi.
QMİ sədrinin öz nufuzundan istifadə edib Azərbaycanı hələ sovet vaxtında böyük müsəlman ölkələrinin ali yığıncağı olan İslam Əməkdaşıq Təşkilatına üzv etməklə qurumu erməni təcavüzü ilə üz-üzə qalan respublikamız üçün mühüm dəstək faktoruna çevrdi.
Həmin dövrdə informasiya blokadasına məruz qalan ölkəmizin mövqeyinin islam dövlətləri tərəfindən dəstəklənməsi və dünyaya çatdırılması çox vacib məsələlərdən idi. Elə bunun nəticəsidir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşıb. İKT bu gün Azərbaycanın öz haqlı mövqeyinin dünyaya çatdırılmasında və müsəlman aləmi ilə əlaqələrində güvəndiyi məkandır.
Bu gün Azərbaycan Qafqazın təhlükəsizliyinin formalaşmasında mühüm dövlətdir. Bu məqamın əldə olunması Azərbaycana asan başa gəlməyib. Qafqaz xalqlarının təcavüzə məruz qaldığı mürəkkəb zamanda Bakı qorxmadan öz səsini ucaldıb və bu qanlı müdaxiləyə etiraz edib. Bu sırada Şeyxülislamın mövqeyi də xüsusi rol oynayıb.
Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri postunu tutan A.Paşazadənin Prezident İlham Əliyevin tolerantlıq siyasətinin regionada təbliği etməsinə müxtəlif maraqlı qüvvələr həmişə müqavimət göstəriblər. Onlar ölkəmizin Qafqazdakı avanqard mövqeyini zəiflətmək, bölgədəki müsəlmanlar arasında dövlətimizin nufuzunu sarsıtmaq üçün daim müxtəlif planlar hazırlayıblar.
Mürəkkəb region sayılan Qafqazda hörmət olunan din xadiminə çevrilmək üçün vacib olan şərtlərdən biri dövlətin din sahəsində apardığı tolerant prinsiplərə söykənən doğru siyasətidir. Məhz belə siyasət Azərbaycanı dünyanın multikultural vitrinində ən cazibədar ölkəyə çevirir, ona etimad və hörmət gətirir. QMİ Azərbaycanın haqq işinin müdafiəsi üçün Qafqazın dini cameəsində etibarlı baza qura bilib.
Bakı dinlərarası münasibətlərin platsdarımına çevrilir
Prezident İlham Əliyevin Bakıda "Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə bağlı sərəncamının köklü əsasları var. Artıq Bakı neçə illərdir ki, nufuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib.
Bu baxımdan Azərbaycanın multikultural dəyərlərin təbliğinin təşəbbüskarı olaraq çıxış etdiyi "Bakı prosesi”ndə dini liderlərin toplaşdığı mötəbər tədbirlər də əhəmiyyətli yer tutur. Dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıq və dialoq platforması olan "Bakı prosesi” qlobal xoşməramlı çağırışıdır. QMİ də bu prosesə öz töhfələrini verir.
Elə ötən ilin sonlarında QMİ-nin təşkilatçılığı ilə İspaniya, Almaniya, Türkiyə, Avstriyada keçirilmiş beynəlxalq konfranslar bu baxımdan əhəmiyyətlidir. Noyabr ayında Madriddə keçirilən və dünyanın nufuzlu dini liderlərinin toplaşdığı "Dinlərarası dialoqun sülhə və həmrəyliyə verdiyi töhfə” mövzusunda beynəlxalq konfrans Azərbaycanın tolerantlıq ideyalarının Avropada təbliği baxımdan mühüm tədbir oldu.
60-dan çox islam, xristian və yəhudi dini liderlərin toplaşdığı bu konfransda ruhani başçıların dünyada birgəyaşayış üçün çalışmaq çağırışları bugünkü gərgin münasibətlərin fonunda böyük dinlərin bəşəriyyətə miras qoyduğu tolerant ənənələrin mühüm nümayişi idi. Eyni ölkənin 3 müxtəlif dini konfessiyasının liderləri ilə konfranslara qatılan Azərbaycan nümayəndə heyətinin tərkibini elə dini həmrəyliyin dünyada arzu olunan tablosu saymaq olardı. Şeyx buradakı çıxışlarında bugünkü dünyada dini zəmində gedən qorxunc proseslərdən danışaraq, konfrans iştirakçılarının diqqətini dini və milli zəmində dözümsüzlük, qarşıdurma halları, ekstremizmin tüğyan etməsinə çəkmişdi.
Ölkəmizin müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşməsi Azərbaycan dövlətindən xüsusi həssaslıq tələb edir. Dinləri bir-birinə qarşı qoymaqla dünyada geopolitik dividend qazanmaq istəyənlərin at oynatdığı bir vaxtda tolerantlıq prinsipləri və birgəyaşayış böyük əhəmiyyət kəsb edir. Odur ki, dini münasibətlərdə sabitliyi təmin etmək üçün dövlətin əldə etdiyi nailiyyətlərin təbliği mühümdür.
A.Paşazadənin əsası çox illər bundan əvvələ gedən dünyanın tanınmış dini xadimləri ilə dostluq əlaqəsi, əldə etdiyi nüfuzu hazırda Azərbaycanın bu yöndə siyasət yürütməsinə çox kömək edir.
QMİ sədrinin bu əlaqələri böyük bir arealda Azərbaycanın irəli sürdüyü prioritetlərin təbliği üçün unikal müstəvdir. A.Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, istərsə də xristian dininin rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri həm də dünyada Azərbaycanın bu dəyərlər üçün bir körpü rolunu oynamasına imkan yaradır.
QMİ və onun sədri Prezident İlham Əliyevin tolerantlıq siyasətinin təbliği üçün dövlətin mühüm rıçaqlarından biridir. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi bu uğurlara rəvac verən məqamlardandır. Bu sırada dövlət rəhbərlərinin, ictimai və dini qurumların liderlərinin birgə əməkdaşlığı vacib yer tutur.
Hörmət qoyulan din xadiminə çevrilmək üçün vacib olan şərtlərdən biri dövlətin din sahəsində apardığı tolerant prinsiplərə söykənən doğru siyasətidir. Məhz belə siyasət ölkəni dünyanın multikultural vitrinində ən cazibədar ölkəsinə çevirir, ona etimad və hörmət gətirir.
Prezident İlham Əliyevin bu sərəncamı şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinə verilən qiyməti bir daha nümayiş etdirir.
QMİ sədri Azərbyacan prezidentinin bu günkü qarmaqarışıq dünyada elan etdiyi birgəyaşayış və tolerantlıq ideyalarının təbliğində mühüm rol oynamaqla məzhəbləri özündə birləşdirən bir dini lider olaraq tolerantlıq numunəsi yarada bilib. Ölkə müsəlmanları və dünya dini rəhbərləri arasında "eşidilən səs”ə çevrilmiş Şeyxülislamın fəaliyyəti xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün yaxşı bir imkandır.
Prezident sərəncamında da qeyd olunduğu kimi, Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərib, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərməkdədir. (modern.az)


Xəbərin oxunma sayı : 742
Analiz
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV