“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“2 noyabr mitinqini təxirə salaq…” – Cəmil Həsənlidən MŞ-ya çağırış

Tarix 31.10.19, 16:12

Font ölçüsü : - / +
bitmap-img6


“Təklif edirəm ki, MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin: 2 noyabr mitinqini təxirə salaq, əhalinin qorxudulmasına bəhanə verməyək”.

AzFakt.com-un məlumatına görə, belə təkliflə hazırda ABŞ-da olan Milli Şura sədri Cəmil Həsənli çıxış edib. O, mitinq mövzusuna həsr etdiyi və “Facebook”da paylaşdığı yazısında bu təklifi irəli sürüb.

C.Həsənli Respublika Prokurorluğu və DİN-in dünənki birgə bəyanatını xatırladaraq, yazır: “Respublika Prokurorluğu və DİN bəyanat yayıb Milli Şuranı, xüsusilə də MŞ KM üzvü və AXCP sədri Əli Kərimlini hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham edib. Mitinqdə təxribat hazırlanacağı haqda məlumatlar hətta gəlib mənə də çatıb”.

Milli Şura sədri bütün bunları nəzərə alaraq, mitinqin təxirə salınmasını təklif edib: “Təklif edirəm ki, MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək”.

cemil

C.Həsənlinin fikrincə, MŞ və AXCP rəhbərliyi onsuz da sübut edib ki, hətta ən ağır repressiyalar şəraitində də mitinqlər, aksiyalar edə bilirik. “Biz kifayət qədər güclü olduğumuz üçün həm də manevrlər edə bilərik, rəqibin zərbəsindən yayınıb, gələcək mübarizə üçün daha da güclənə bilərik”.

C.Həsənlinin – 2 noyabr mitinqini təşkil edən təşkilatın rəhbərinin bu təklifi, çox böyük ehtimalla, təsadüfi deyil, razılaşdırılmış çağırışdır və 2 noyabr mitinqi təxirə salınacaq. Əslində, belə bir qərarın verilməsi gözlənilən idi. O səbəbdən ki, hüquq-mühafizə orqanlarının çox ciddi tədbirlər gördüyü haqda məlumatlar gəlirdi və belə şəraitdə 2 noyabrda Milli Şuranın xeyrinə işləyə biləcək aksiyanın keçirilməsi faktiki olaraq mümkünsüz idi. Görünür bu reallığı MŞ rəhbərliyində də dərk etməyə başlayıblar.(azpolitika.info)




Xəbərin oxunma sayı : 766




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap