“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İşğaldan azad olunmuş ərazilərdə qaz çəkilməsinə başlanılır – SOCAR

Tarix 26.10.20, 19:30

Font ölçüsü : - / +
bitmap-img6


Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. Artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də start verilib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, ilk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. O cümlədən, qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir.

Bu məqsədlə “Azəriqaz” bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb. Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib.

“İstehlalar Birliyi işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır. Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə “Yüksələr bayrağımız, isinər ocağımız!” devizi ilə hərəkət etməyə hazırdır”, – deyə qurum bəyan edib.



Xəbərin oxunma sayı : 856




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap