Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“İçəri girəndə gördüm, Tramp məxfi sənədi yeyir” –Ağ evin keçmiş işçisi elə şeylər yazdı ki...

Tarix 12.08.18, 17:30

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp Ağ evdə, Oval ofisdə mühüm məxfi informasiyanın yer aldığı qeyd kağızını yeyib. Ağ evin ictimai təşkilatlar və əhali ilə əlaqələr üzrə idarəsinin keçmiş kommunikasiyalar direktoru Omarosa Maniqolt-Nyuman bunun şəxsən şahidi olub. Keçmiş Ağ ev məmuru həmin epizoda özünün yeni çapdan çıxan kitabında yer verib. Kitabdan seçmələri “The Washington Post” qəzeti yer verib.

Maniqolt-Nyuman bildirir ki, 2017-ci ilin əvvəllərində Oval ofisə daxil olanda Trampın kağız parçalarını çeynədiyini görüb. “Tramp həmişə hermofob olub. Mən onun kağızı necə çeynəyib udduğunu görəndə şoka düşdüm. Həmin kağızda çox güman ki, çox, çox həssas informasiya var idi”-keçmiş məmur kitabda yazır.

 

Qəzet yazır ki, kitabda Tramp özünəvurğun və rasist biri kimi təsvir edilir. Lakin Ağ evin mətbuat katibi Sara Sanders kitabda yazılanları “yalan və uydurma” adlandırıb.

Lakin 2018-ci ilin iyun ayının əvvəllərində “Politico” qəzeti Ağ ev dəftərxanasının keçmiş əməkdaşlarına istinadən yazmışdı ki, Tramp rəsmi sənədləri xırda hissələrə cırmağı xoşlayır. Sonradan bu sənədləri Ağ evin əməkdaşları skotçla yapışdırıb bərpa etməli olurlar. Çünki sənədlər arxivdə saxlanılmalıdır. “Hərdən kağızı ortadan iki cırır, hərdən isə elə xırda hissələrə bölür ki, konfetti kimi görünür”-mənbə bildirib.

(virtualaz.org)



Xəbərin oxunma sayı : 181




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap