“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Çeburaşka“ inzibati məsuliyyətyə cəlb edildi - Hansı qaydaları pozub?

Tarix 24.01.25, 21:46

Font ölçüsü : - / +
bitmap-img6


"Çeburaşka-Kub Körpələr Evi Uşaq Bağçası” inzibati məsuliyyətə cəlb edilib. 

Qaynarinfo-nun məlumatına görə, bağça İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə ittiham edilir. 

Bu maddə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərə xəbərdarlıq edilməsi və ya onların 20 manatdan 30 manatadək məbləğdə cərimələnməsi, vəzifəli şəxslərə xəbərdarlıq edilməsi və ya onların 100 manatdan 150 manatadək məbləğdə cərimələnməsi, hüquqi şəxslərin isə 350 manatdan 500 manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulur. 

İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. 

Yanvarın 29-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək. 

"Çeburaşka” Azərbaycanda kifayət qədər məşhur körpələr evi-uşaq bağçasıdır. Bağçanın rəhbəri Nərgiz Nuriyevadır. 



Xəbərin oxunma sayı : 1324




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap