“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Əli Kərimli indi “internet şousu” vasitəsilə özünü qəhrəmana çevirməyə çalışır“ - Siyavuş Novruzov

Tarix 23.04.20, 17:22

Font ölçüsü : - / +
bitmap-img6


"Xəyanət və satqınlıq simvoluna çevrilmiş antimilli ünsürlərin başında gələnlər sırasında Əli Kərimli xüsusi yer tutur".

AzFakt.com xəbər verir ki, bu sözləri YAP İcra katibinin müavini,Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

"O, erməni lobbisinin, anti-Azərbaycan dairələrin xidmətçisi kimi çıxış edir. Hiyləgər planları ilə dostlarını, həmfikirlərini öz şəxsi ambisiyalarına və karyerasına qurban verən Ə.Kərimlinin hətta lider hesab etdiyi Əbülfəz Elçibəyin Türkiyədə müalicəsi üçün ayrılmış 150 min dolları, Çöhrəqaninin gözlərinin müalicəsi üçün Azərbaycanda toplanmış vəsaiti mənimsəməsi kimi faktlar onun mənəvi və siyasi əxlaqsızlığını aşkar nümayiş etdirir. Ermənilərdən pul alan, rəqiblərinin əleyhinə bütün separat danışıqlara gedən, sosial dəstəyə və elektorata malik olmadığına görə qorxudan heç bir seçkiyə qatılmayan, adı ictimai rəydə xəyanət və satqınlıq ifadələri ilə assosiasiya olunan Əli Kərimlinin indi “internet şousu” vasitəsilə özünü qəhrəmana çevirməyə, hakimiyyəti isə ləkələməyə çalışması cəhdləri cılız səylər kimi iflasa məhkumdur.

Nəticə etibarilə, bu gün Azərbaycan dövlətinə qarşı “qara piar” kampaniyası aparan, ölkəmizin uğurlarına kölgə salmağa çalışan, xalq-iqtidar birliyini, ictimai-siyasi sabitliyi və milli həmrəyliyi pozmağa cəhd edən antimilli ünsürlər, sadəcə olaraq, erməni mənşəli şəxslər və erməni çörəyi yeyənlərdir!".



Xəbərin oxunma sayı : 946




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap