|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Samir Şərifov niyə kreditorları Beynəlxalq Bankı bağlamaqla hədələyib? - Əcnəbilərin Azərbaycandan “Pulumuzu qaytarın!” harayı
Tarix 12.06.17, 3:42 |
|
London məhkəməsi, Nyu-York məhkəməsinin ardınca Azərbaycan Beynəlxalq Bankının (ABB) borclarının restrukturlaşdırma müddətində onun kreditorlarını, bankın aktivlərinə məhkəmə iddiası qaldırmaq imkanından məhrum edib. Başqa sözlərlə, məhkəmə Azərbaycanın borclarını qaytarmaq üçün təşkilati işlər apardığı dövrdə onun mülkiyyət və aktivlərinin borcun ödənməsi nəfinə satışa çıxarılmasının qadağanına dair vəsatətini təmin edib.
ABB-də pis aktivlərin həcminin böyük olması nəticəsində mürəkkəb maliyyə vəziyyətinin yaşanması sirr olmasa da, mayın 11-də Azərbaycanın ən iri bankının defolt elan edilməsi çoxları üçün gözlənilməz olub.
İşlərin çox pis olması 2015-ci ilin dekabrında ABB-nin keçmiş başçısı Cahangir Hacıyev həbs ediləndə məlum olub. O, maliyyə maxinasiyaları və mənimsəmə ittihamları ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Yəni ABB batan gəmilərə xas olan bütün siqnalları verirdi. Amma investorlar o vaxt ayıldılar ki, Azərbaycan hökuməti 80 faizi dövlətə məxsus bankın kreditləri üzrə ödənişlər üçün qarant olmaqdan imtina etdi.
İndi investorlar iyul ayınadək, ABB borclarının restrukturizasiyasına dair Azərbaycan hökumətinin irəli sürdüyü təklifləri öyrənməli olacaqlar.
Qabaqlama yarışı
Mayın 10-da ABB ilk dəfə olaraq növbəti 100 milyon dolların ödənişini təxirə salıb və artıq mayın 11-də özünü xarici investorların məhkəmə təqiblərindən qorumaq üçün müflislik iddiası ilə Nyu-York məhkəməsinə müraciət edib. Bank təkcə bu il öhdəliklər üzrə 1,3 milyard ödəniş etməli idi. Hökumət özünün qızıl-valyuta fondunu qoruyub saxlamağa üstünlük verib. Lakin maliyyə ekspertləri deyirlər ki, pulu ödəmək bütün hallarda lazım gələcək, hərçənd hökumət ödənişlərin təxirə salınması şəklində nəfəsyeri qazanacaq.
ABB niyə və necə batır?
Uzun müddət “Euromoney” və “Global Finance” kimi nüfuzlu nəşrlər tərəfindən ölkədə və regionda ən yaxşı bank kimi təqdim olunan ABB-nin defolta düşməsinin əsas səbəbi, dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin kəskin düşməsi nəticəsində Azərbaycanda yaranmış iqtisadi böhran hesab olunur. Bu, stabil neft gəlirlərinin kəskin azalmasına səbəb olub. 2015-ci ildə milli valyutanın qaçılmaz devalvasiyası isə maliyyə sektorunu tamamilə çökdürüb. Bu mənada ABB istisna olmayıb və pis menecment və borcluların qaytarmaq imkanında olmadıqları qarantiyasız çoxmilyardlıq kreditlər isə sağlamlaşdırmaya olan bütün ümidləri puça çıxarıb. Hökumət sistemin əsasını təşkil edən bankın xilas edilməsinə cumub. Axı bu sektorun yarısından bir qədər azı məhz bu bankın payına düşürdü. Bütün ölkənin maliyyə sistemi təhlükə altına düşmüşdü.
İlk dəfə olaraq pis aktivlərin təmizlənməsi cəhdi edilmişdi. Bankın sağlamlaşdırılmasına iki ildə 9, 9 milyard manat (5, 9 milyard dollar) xərclənib. Bu il bu məqsədlərə, demək olar, 5 milyard manat (2, 9 milyard dollar) xərclənəcək.
Bundan başqa, bankdakı likvidliyin saxlanması üçün burada 1, 3 milyard dollarlıq valyuta depozitləri yerləşdirilib.
Lakin ABB-yə tökülən maliyyə axınları dibsiz quyunu doldurmağa bənzəyirdi. Ötən ili bank yenə də maliyyə itkisi ilə başa vurmuşdu. Bankın kreditorların borcunu qaytarmaq üçün pulu yox idi, borclar isə artırdı. Nəticədə bank ötən may ayında müflislik müraciəti etməklə yanaşı, 3,4 milyard dollarlıq borcunun ödənilməsi məqsədilə restrukturizasiya planı təklif etmişdi.
Beləliklə, ABB xarici kreditorlara dövlətlə razılaşma əldə etməyi təklif edirdi.
Aysberqin ucu?
Belə bir ehtimal da var ki, ABB və ümumiyyətlə maliyyə sektoru ilə bağlı vəziyyət təqdim olunduğundan daha pisdir. Bu ehtimala görə, 3. 4 milyard dollar borcun qaytarıla bilməməsi aysberqin yalnız görünən ucudur. Məsələn, reytinq agentliyi “Moody`s”-də məhz belə düşünürlər. Şirkətin təmsilçisi deyib ki, ola bilsin, hökumət maliyyə sektorundakı problemin miqyasını tam mənasında qiymətləndirməyib. "Mən daha Beynəlxalq Banka və Azərbaycan Maliyyə Nazirliyinə inanmıram. Problemlər bizim düşündüyümüzdən daha geniş və daha dərin ola bilər" – may ayında Bakıda keçirilən "Moody`s Azərbaycan" illik sammitində çıxış edən Moody`s-in vise-prezidenti Pyotr Paklin deyib.
Maliyyə ekspertləri hesab edirlər ki, hökumət ABB məsələsində də, milli valyutanın devalvasiyası qərarında olduğu kimi, gecikmiş addımlar atıb. "Hökumət nəyin bahasına olursa olsun, manatın məzənnəsini saxlamağa çalışırdı. Bu taktikadan yalnız o vaxt imtina edilib ki, artıq Mərkəzi Bankın bütün ehtiyatları tükənmişdi. Nəticədə baş vermiş ikirəqəmli devalvasiya maliyyə sektorunun və əhalinin itkilərinə səbəb olub. Eyni iş Beynəlxalq Bankın da başına gəlib. Zərərli aktivləri alan və əhəmiyyətli vəsaitləri bankın suyun səthində saxlanmasına xərcləyən hökumət sonunda iflasa düçar olub" – deyə adının çəkilməsini istəməyən bakılı maliyyə təhlilçisi bildirib.
İşə hədə-qorxu düşüb
Təklif edilən restrukturlaşdırmanın mahiyyəti kreditorların ötən həftə Londonda keçirilən görüşündə açıqlanıb. Burada borcların, Azərbaycanın dövlət qiymətli kağızları və ya bankın borc öhdəlikləri ilə əvəzlənməsi təklif olunub.
Həm də bu zaman borcların 20 faizinin silinməsi təklif edilir.
Üç variant təklif edən hökumət, hər şeydən əvvəl, borc üzrə ödənişlərin 2022-ci ildən sonraya keçirilməsini istəyir. ABB-nin öhdəliklərinə görə, bu, 2017-2019-cu illərdə baş verməli idi.
Təbiidir ki, belə dönüş investorların tamamilə mənfi reaksiyasına səbəb olub.
"Kreditorlar çox narazıdırlar" – deyə “Bloomberg”-ə “Landesbank Berlin Investment” şirkətindən Lutz Roehmeyer bildirib.
“Landesbank Berlin”-ə qaytarılası pulun məbləği ABB-nin istiqrazları ilə birlikdə 2, 2 milyard dollardır. Bank Azərbaycanın təklif etdiyi planın əleyhinədir. Keçirilən qızğın müzakirələr zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifov bütün iradları rədd edərək deyib ki, ABB-yə heç vaxt dövlət qarantiyası verilməyib. Bu o deməkdir ki, hökumət, bank və onun borcları üçün məsuliyyət daşımır və borcun restrukturlaşdırılması üçün məsuliyyəti öz üzərinə götürmür.
"Siz bunu "qırxım" və ya nəsə başqa bir şey də adlandıra bilərsiniz, lakin bu, masa üstündə olan yeganə təklifdir, – deyə Şərifov vurğulayıb. O, Maliyyə Nəzarəti Palatasının başçısı Rüfət Aslanlı ilə birlikdə bəyan edib ki, restrukturlaşdırma planı qəbul edilməzsə, ABB ümumiyyətlə bağlanacaq.
İnvestorların isə öz arqumentləri var. Bir-iki ilə vəziyyət dəyişməsə və əsas ödənişlərin vaxtı çatanda yeni bir restrukturizasiya planının təklif edilməyəcəyinə kim zəmanət verə bilər?
Zəncirvari reaksiya
ABB-nin də bondlarına sahib “Allianz Global Investors” firmasından Greq Syçinin qənaətinə görə Azərbaycan borc verənlərinin ziyan çəkməsinə öz reputasiyası baxımından razı olmamalıdır. Həm də nəzərə alınmalıdır ki, bundan bankın və hökumətin qazanacağı (350 milyon dollar) minumum olacaq.
Azərbaycan hakimiyyətinin davranışı ilk növbədə ölkəyə verilən kreditlərin bahalaşması, miqyaslı layihələrin maliyyələşdirilməsinin mürəkkbləşməsi ilə nəticələnəcək. “Landesbank Berlin”dən Lutz Roehmeyer əmindir ki, "bu, Azərbaycanın uzunmüddətli maliyyələşdirilməsinin bahalaşmasına səbəb olacaq".
ABB-nin ən böyük kreditorları və onlara olan borcun məbləği
Restrukturlaşıdırlan borcun pul məbləği: 3.337.105.084 dollar
Borc siyahısında olanlar – borcları 2017-2025-ci illərdə qaytarılmalı olan 18 müxtəlif kreditor
Bu cədvəldə ən böyük kreditorlar göstərilib.
Kreditorlar – Borcun məbləği (dollarla)
ARDNF ——————— 1 000 000 000
"Cargill" ——————- 714 964 000
"Citibank" ————— 705 000 000
"Credit Suisse" AG — 283 967 000
"Emerald"————— 250 000 000
*Depozit; **ticarət maliyyələşdirmələri; ***sindikatlaşdırımış kredit və avrobondlar
Gözləndildiyi kimi, ABB-nin reytinqi dərhal aşağı salınıb. Bu, öz növbəsində başqa banklara zərbə olub.
Eyni reytinq azalmasına başqa bir iri sistem bankı olan “Pasha Bank” da məruz qalıb.
ABB-nin sahibi kimi Azərbaycanın öz reytinqinə də yenidən baxıla bilər. Artıq indidən məlumdur ki, restrukturlaşdırma planı qəbul edildikdən sonra Azərbaycanın xarici borcu 2017-ci il üçün ÜDM-in 30 faizini təşkil edəcək.
"Moody`s! agentliyi artıq Azərbaycanın reytinqinə yenidən baxılmasını elan edib. Başqa bir reytinq agentliyi "Fitch" də eyni mövqedədir.
Doğrudanmı, Azərbaycanın dövlət adamları ABB-ni müflis elan edəndə onların hərəkətinin bu qədər maliyyə problemlərinə yol açacağını bilmirdilər? Qazaxıstan Azərbaycan bankının müflisləşdiyini başa düşdüyünü və qəbul etdiyini desə də, bu ölkənin ABB-də saxlanan 250 milyon dollarlıq pensiya vəsaitinə görə dövlətlərarası münasibətlərdə ixtilaf yarana bilər. Hər halda Qazaxıstan mediasında bu məsələ çox tənqidi işıqlandırılır.
Səsvermə manipulyasiyası
Onlara bankın nominal öz qiymətindən 20 faiz ucuz qiymətə bondları təklif edilsə də, kreditorlar bu qərarın bloklanmasına çalışırlar, lakin Azərbaycan hökuməti onların manevr etməsi üçün çox az meydan buraxıb. Restrukturizasiya planı o vaxt qəbul edilmiş sayılacaq ki, pul ifadəsi ilə borcun üçdə ikisinə bağlı olan kreditorlar ona səs vermiş olsunlar. Azərbaycan hökuməti bunu nəzərə alaraq investorların siyahısına Dövlət Neft Fondunu da daxil edib. Bu fondun ABB-də 1 milyard dollarlıq depoziti var.
Bundan başqa, əldə olan məlumatlara görə, hökumət ən iri Qərb kreditoru olan "Cargill Financial Services International" qrupu ilə razılıq əldə edib. Üstəlik, bəzi istiqrazlar üzrə ödənişlərə 2021-ci ildən tez olmayaraq başlanacaq.
Məhz buna görə də Azərbaycanın təklif etdiyi möhlət kreditorların bu hissəsinə toxunmayacaq. Buna görə də restrukturizasiya planının təsdiq edilməsi üçün lazımi səslərin əldə olunması çətin məsələ olmayacaq.
Ən yola gəlməyən kredirtorların sırasında ABB-nin 700 milyon dollar borclu olduğu "Citibank"ın adı çəkilir.
Gələcəyə doğru nikbinliklə
"Biz nikbinik. ABB-dəki vəziyyət nəzarətimiz altındadır. Biz inanırıq ki, kreditorlar bizim restrukturizasiya planımızı bəyənəcəklər" – deyə Aslanlı Bakıda jurnalistlərə bildirib. O deyib ki, bu nikbinlik bazarların reaksiyasına əsaslanır. O bildirib ki, investorların razılaşmadığı təqdirdə hökumətin "B" planı var.
ABB-nin başçısı Xalid Əhədov reytinqin düşməsini və başqa xoşagəlməzlikləri müvəqqəti hal hesab etdiyini deyib. O bildirib ki, bankın reytinqi yenidən qalxa bilər. Əhədov bunu deyib ki, borclardan və pis kreditlərdən təmizləndikdən sonra bank gələn il özəlləşdirilməyə çıxarılanda investorlar üçün yenidən maraq kəsb edəcək.
Lakin onun nikbinliyini "Moody`s" agentliyi bölüşmür. "ABB-yə xarici investorların marağı bank xarici öhdəlikləri üzrə ödənişlərdən imtina etdikdən sonra azalıb. Bu isə o deməkdir ki, özəlləşdirmə yalnız yerli investorları cəlb edəcək" – deyə agentliyin kiçik vise-prezidenti Mariya Malyukova vurğulayıb.
ABB bunu da bildiri ki, əhalinin və şirkətlərin əmanətləri üçün heç bir təhlükə yoxdur.
Belə görünür ki, bu bəyanata inanılır, çünki əmanətçilər arasında heç bir ajiotaj hiss olunmur. Eyni zamanda ekspertlər ajiotajın olmamasını onunla izah edirlər ki, əmanətlərin əksər hissəsi dövlət strukturlarına aiddir. Onlara əmanətlərin bankdan çəkilməsinə onsuz da icazə verməzlər. Özəlləşdirilməyə hazırlıq üçün ABB-nin kiçildilməsi lazım olacaq. Buna görə Rusiya və Gürcüstandakı filiallar bağlanmalıdır. Azərbaycan hakimiyyəti bu xarici aktivləri ilin sonunadək satmağı planlaşdırır.
Maliyyə təhlilçisi Anar Əzizovun sözlərinə görə “ABB-Moskva” kiçik, amma nisbətən sağlam bankdır. O düşünür ki, Rusiya bankları ilə, hər şeydən əvvəl VTB ilə münasibətlər nəzərə alınarsa, satışın baş tutmamasına səbəb görmür.
"Beynəlxalq bankrot" və ölkənin defolta düşmək təhlükəsi
“Borcu dövlət, yəni onun vətəndaşları, hətta bankla heç bir əlaqəsi olmayan vətəndaşlar ödəməli olacaqlar", – Facebook hesabında iqtisadçı Fikrət Məmmədov belə yazıb. Belə bir yanaşma ilə Azərbaycanın sosial media istifadəçilərinin əksəriyyəti razıdır. Lakin başqa rəylər də mövcuddur. Hökumət "pislə çox pis" arasında seçim etməli olub (REAL müxalifət hərəkatının icraçı katibi Natiq Cəfərli belə hesab edir).
Azərbaycan Banklar Assosiasiyasının başçısı Zakir Nuriyev hesab edir ki, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası ölkənin bank sisteminə təsir göstərməyib. "Dövlət ona kifayət qədər likvid vasaitələri verməklə ABB qarşısında öhdəliklərini ilk gündən yerinə yetirməyə başlayıb. Buna görə də ABB-də baş verən proseslər ölkənin bank sisteminə təsir göstərməyib" – deyə Zakir Nuriyev bildirib. Onun sözlərinə görə bu, hətta ölkə banklarının gələcəkdə xarici investisiyalar cəlb etməsinə də mane olmayacaq: "Azərbaycan bankları iri həcmlərdə xarici vəsaitlərin cəlb olunmasına ehtiyac görmürlər. Çünki xarici vəsaitlərin cəlb olunmasına və yerləşdirilməsinə dair məhdudiyyətlər var".
İqtisadçılar hesab edirlər ki, real kapitalı cəlb etmək qabiliyyəti istər ayrıca biznes olsun, istərsə də bütün dövlət, iqtisadi gücün göstəricisi sayılır.
Kreditorlarla internet məkanında "Beynəlxalq Bankrot" adını qazanmış ABB arasında danışıqların nəticəsi beynəlxalq investorların Azərbaycanın kommersiya sektoruna və hətta dövlətinə gələcəkdə kreditlər verib-verməyəcəyinin real göstəricisi olacaq. Ona görə də mübaliğəsiz demək olar ki, bu danışıqların uğurla nəticələnməsi bütün Azərbaycanın marağındadır. Əks halda, iqtisadçıların fikrincə, bütün ölkənin defolta düşməsi təhlükəsi mövcuddur.
Kama Mustafayeva
Xəbərin oxunma sayı : 1255
Gündəm
Xəbərlər
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
TOP 10
ARXİV