“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“İvanişviliyə qarşı sui-qəsdi onlar hazırlayıb“ - Baş nazirdən şok açıqlama

Tarix 24.07.24, 13:11

Font ölçüsü : - / +
bitmap-img6


Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sui-qəsd Slovakiyanın Baş naziri Robert Fikonu və ABŞ-nin keçmiş prezidenti Donald Trampı öldürməyə cəhd edən qüvvələr tərəfindən hazırlanıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Bu yaxınlarda iki terror aktı baş verib - biri Slovakiyada, ikincisi ABŞ-də. Bu qlobal siyasi qüvvələri xarakterizə edən ümumi imzadır”, - deyə Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinin sui-qəsd cəhdi ilə bağlı araşdırmasını şərh edərkən bildirib.

O, Gürcüstanın Rusiya - Ukrayna müharibəsi ilə bağlı mövqeyinin bəzilərinin xoşuna gəlmədiyini deyib.

"Təəccüblü deyil ki, istintaqa görə, bütün bunlarda fiziki olaraq bu gün Ukraynada yaşayan əvvəlki hökumətin yüksək vəzifəli məmurlarının rolu görünür. Bu cür hərəkətlərin qarşısını almaq vacibdir və dövlət bunun üçün hər şeyi edəcək", - o deyib.

Xatırladaq ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti İvanişvilinin və "Gürcü Arzu"sunun bəzi rəhbər şəxslərinə qarşı sui-qəsdin hazırlanmasının araşdırıldığını elan edib. Kəşfiyyat xidmətinin məlumatına görə, bu plan Ukraynada yaşayan keçmiş gürcü məmurları tərəfindən təşkil edilib və maliyyələşdirilib.



Xəbərin oxunma sayı : 622




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap