Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“ABŞ bu müharibədə qalib gələ bilməyəcək“ - Pezeşkian

Tarix 17.04.26, 13:24

Font ölçüsü : - / +
bitmap-img6


"Vəzifəyə gəldiyimiz ilk gündən etibarən ABŞ və İsrail rejimi tərəfindən düşmənçilik və təxribat xarakterli addımlar atılıb. Buna baxmayaraq, İran regionda qeyri-sabitlik axtarmır və qonşu ölkələrlə qardaşlıq münasibətləri inkişaf etdirmək istəyir".

Bunu İran Prezidenti Məsud Pazeşkian  Pakistanın Ordu Qərargah rəisi marşal Asim Munirlə Tehranda keçirdiyi görüş zamanı deyib.

Pazeşkian qeyd edib ki, ABŞ bu müharibədə qalib gələ bilməyəcək.

İslam dünyasında birliyin vacibliyinə diqqət çəkən Pazeşkian daha sonra deyib: "İran bütün İslam ölkələrini qardaş hesab edir. Bölgədəki müharibələrin və qeyri-sabitliyin kökündə sionist rejimin İslam ölkələri arasında bölünmə yaratmaq cəhdləri dayanır. Buna görə də İslam ümməti birlik və əməkdaşlıq içində hərəkət etməli və müsəlman torpaqlarının müsəlmanlara qarşı istifadəsinə icazə verməməlidir".

İranın beynəlxalq hüquq çərçivəsinə sadiq qaldığını vurğulayan Pezeşkian bildirib ki, müharibə bitdikdən sonra regional ölkələr davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığı artırmalıdırlar. 

"Niyə regional ölkələr öz təhlükəsizliklərini müstəqil şəkildə təmin edə bilmirlər? Avropa öz təhlükəsizliyini NATO kimi mexanizmlər vasitəsilə təmin edərkən, İslam ölkələri də problemlərini ortaq dəyərlərə əsaslanan kollektiv əməkdaşlıq yolu ilə həll edə bilərlər",-deyə o qeyd edib.



Xəbərin oxunma sayı : 145




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap