Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Şadlıq evlərində verilən “ikra” Rusiyadan 4 manata gətirilir? - “Saxta kürü“ belə hazırlanır

Tarix 13.04.24, 23:08

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk ayı ərzində Azərbaycana xarici ölkələrdən 510 kiloqram nərə balıqlarının kürüsü,  3 ton 210 kiloqram balıq kürüsünün əvəzediciləri idxal olunub.

Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu dövürdə xarici ölkələrə 10 kiloqram nərə balıqlarının kürüsü ixrac etmişik.
İdxal olunan nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri 302 dollar (514 manat), balıq kürüsünün əvəzedicilərinin 1 kiloqramının gömrük dəyəri isə 4 dollar (6,8 manat) olub.
İxrac etdiyimiz nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri isə 1809,5 dollar (3176 manat) olub.
Xaricdən gətirilən nərə balıqlarının kürüsü Çinin payına düşüb. Xaricə satdığımız nərə balıqlarının kürüsünü isə 2 ölkəyə - Birləşmiş Ərəb Əmirliklərinə və Səudiyyə Ərəbistanına yola salmışıq.
İdxal olunan balıq kürüsünün əvəzedicilərini isə Belarus, Rusiya, Almaniya, İran və Lüksemburqdan gətirmişik. Balıq kürüsünün əvəzediciləri ən çox Rusiyadan idxal edilib və 1 kiloqramının gömrük dəyəri isə 2,5 dollar (4,2 manat) olub.
Məlumat üçün onu da bildirək ki, balıq kürüsünün əvəzediciləri əsasən jelatindən hazırlanır. Latın dilindəki "gelatus" sözündən gələn jelatin "dondurulmuş" mənasını verir. Jelatin heyvan mənşəli mürəkkəb tərkibli zülali maddədir, şəffaf özlü kütlədir, rəngsiz və ya sarımtıl çalarlı olub heyvanların birləşdirici toxumalarından alınır. Əsasən donuz, inək dərisindən, həmçinin heyvan sümüklərinin qırıntısından alınır. Jelatin qida sənayesində, yapışqan istehsalında, kitab istehsalında, dərman və kosmetika sənayesində və s. geniş istifadə olunur.
Jelatindən kürü əvəzedicisinin hazırlanması isə olduqca asandır. Sosial şəbəkələrdə jelatindən saxta kürünün necə hazırlandığını göstərən onlarla video mövcuddur.



Xəbərin oxunma sayı : 964




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap