| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Azərbaycanı dəyişmək mümkündür“ - Qubad İbadoğlu
Tarix 13.08.20, 22:34 |
|
“Yaşıl metrikalı oğlanâ€, ABŞ-da universitet professoru və Azərbaycanda hərəkat lideri Qubad İbadoğlu Pressklub-a müsahibə verib.
AzFakt.com həmin müsahibəni təqdim edir.
– Xoş gördük, Qubad bəy. Bəri başdan deyim, bu, mənim həyatımda ilk onlayn müsahibəmdir, ona görə gərək köməkləşib yola verək. Həmkar həmkarı yaxşı başa düşər. Axı siz həm də iqtisadi qəzet və jurnal redaktoru olmusunuz. Sonuncu dəfə ilyarım əvvəl rəhmətlik Rövşən Almuradlının yas məclisində görüşmüşdük. Yol üstündə idiniz. Danışdıq ki, qayıdanda oturub söhbət edək. Virus çıxardana lənət, getdiniz, gələ bilmədiniz. O vaxtdan Bakıda olmamısınız, eləmi?
– Elədir, virusa görə səfərimi təxirə salmağa məcbur oldum. Əslində bu vaxt Bakıda olmalıydım, müsahibəmizi canlı keçirmək imkanı qazanardıq. Hər şeyi koronavirusun ayağına yazmaq olar.
– Onsuz da onun ayağına çox şey yazılır… Amma Azərbaycandakı bütün hadisələrə ən operativ reaksiya verənlərdən birisiniz. Ona görə xəyalən bura qayıdaq. Ölkədə ilin birinci yarısının sosial-iqtisadi nəticələrinə yekun vuruldu və qarşıda duran vəzifələrə həsr olunmuş mühüm iclas keçirildi. Yüzlərlə rəqəm çəkildi, yadda saxlamaq çətindir, heç ehtiyac da yoxdur, əsas odur ki, iclasda ən çox səslənən, necə deyərlər, leytmotiv təşkil edən ifadələr “artım†və “inkişaf†idi, hətta gəlirlərimizin artdığı bəlli oldu. İqtisadiyyatın bir çox sahələrinin dayandığı, neft qiymətlərinin düşdüyü indiki şəraitdə? Bəlkə, bu sirri bizə anlaşıqlı dildə izah edəsiniz? Sualı belə qoyaq: o iclasda 9 nəfər çıxış etdi, 10-cu olsaydınız, 3-5 dəqiqəlik çıxışınızda mövcud vəziyyət və vəzifələr barədə nə deyərdiniz?
– İqtisadiyyatımız elə mühasibatımız kimi ikili hesablamadan ibarətdir. Dediyiniz müşavirədə nazirlərin təqdim etdikləri iqtisadiyyatın rəsmi, təbliğat tərəfidir. Orada təqdim olunan rəqəmlər yalnız iqtisadiyyatın müsbət tendensiyaları üzərində qurulan tərəfi idi və onu istəyirlər xalqa da, prezidentə də göstərsinlər. Amma xalqdan fərqli olaraq, prezidentə, çox güman, hər iki tərəfini göstərirlər – bir orada danışdıqları iqtisadiyyat var, bir də ki, bağlı qapılar arxasında ictimaiyyət üçün açıq olmayan müzakirələr var. Çünki prezidentin ondan sonrakı çıxışlarına nəzər salanda görürəm ki, ona başqa məlumatlar da verirlər. Məsələn, altı ayın yekunlarında qeyd olundu ki, dövlət büdcəsinin gəlirlərində artım var, amma avqustun 5-də parlamenti növbədənkənar sessiyaya çağırdılar və büdcədə düzəliş etdilər: gəlirləri neft pulları hesabına çoxaltdılar, xərclərdə də dəyişiklik etdilər. Halbuki, bunu altı ayın yekunlarına dair iclasdan çıxan məntiqi nəticə kimi qiymətləndirmək mümkün deyil. Mən orada 10-cu adam olmaq istəməzdim, amma fərz eləyək – onsuz da hər şey virtualdır: virtual danışırıq, hətta həmin iclasın özü də virtual keçirilirdi. Şəxsən mənim bütün müzakirələrə deməyə sözardım olub. Orada olsaydım, ilk növbədə qaldıracağım məsələlər pandemiya dövründə büdcənin idarə edilməsi olardı. Çünki bütövlükdə böhranın idarə edilməsi büdcənin idarə edilməsindən asılıdır. Bu gün Azərbaycan büdcəsində qeyri-şəffaf, hesabatsız xərcləmələr var. Onların arxasında korrupsiya, vəsaitlərin oğurlanması görsənir. Söhbəti elə istiqamətdə aparardım ki, büdcəni daha rasional edək, daha qənaətlə xərcləyək. Məsələn, İlham Əliyev özü də məsələ qaldırdı ki, dövlət şirkətləri səmərəli deyil. Mən hələ bir neçə ay əvvəl hesablamalar aparıb dərc etmişdim ki, 2019-cu ildə Azərbaycanın iri dövlət şirkətləri büdcəyə 1 manat pul ödəyiblər, əvəzində büdcədən 11 manat pul götürüblər. Büdcə əhali ilə yanaşı, dövlət şirkətlərini qidalandırır, halbuki onlar Neft Fondundan da pul alırlar, xaricdən də kredit alırlar, daxildən də borc götürürlər, əhalidən də pul yığırlar, işıq, qaz, su satırlar. Amma baxın: 2019-cu ilin dövlət büdcəsinə onlar cəmi 185 milyon manat ödəmişdilər, əvəzində isə oradan 2 milyard 45 milyon manat pul götürmüşdülər…
– Bu məsələlər hökumətin növbəti iclasında, deyəsən, qaldırıldı və müvafiq qurum da yaradıldı…
– Növbəti toplantı, bəlkə, elə məhz bu məsələlərə görə yığıldı, AZAL-da, SOCAR-da, Dəmir Yollarında, Xəzər Dəniz Gəmiçiliyində, “Azərenerjiâ€də mövcud təsərrüfatsızlıqla bağlı idi. Haqlısınız, Azərbaycan İnvestisiya Holdinqi yaradıldı. Məqsəd iri dövlət şirkətlərinin bazar relslərinə keçirilməsini təmin etməkdir, çünki başqa cür onları vəziyyətdən çıxarmaq mümkün olmayacaq. Bir necə il əvvəl mən proqnoz vermişdim ki, əgər SOCAR-la bağlı əhəmiyyətli qərar qəbul olunmasa, o, 2022-2023-cü illərdə batacaq: borc öhdəlikləri getdikcə artır, indi də çoxdur, amma 2022-2023-də SOCAR ildə 2 milyard dollardan çox borc qaytarmalıdır. Bunu ya o, ya büdcə etməlidir. Büdcənin də imkanları məhdudlaşır – indiki proqnozlara görə, bu il ərzində neft gəlirləri təxminən 40% azalacaq.
– Bir ölkə ki, aparıcı neft şirkətinin də əvəzinə borc ödəsin, daha bu nə oldu?
– Əslində SOCAR vaxtında kommersiya şirkətinə çevrilməli idi. İndi SOCAR-ın, təsəvvür edin, bir prezidenti, 12 vitse-prezidenti var. Prezidentin haradasa 5-10, vitse-prezidentlərin hərəsinin bir neçə müşaviri var. Bir yerə yığılanda haradasa 50 nəfərə yaxın idarəetmə komandası eləyir. Özü də çox yüksək əməkhaqları var onların, bonusları, SOCAR-ın hesabına sosial xərcləri, inzibati xərcləri, idarəetmə xərcləri var. Azərbaycanın baş nazirinin cəmi üç müavini var. SOCAR-la Azərbaycan dövləti eyni deyil ki? Amma şirkətin heç bir hesabatlılığı yoxdur, ona görə rasional deyil.
– İndi ki, ağzı açıldı, mən də qoşulum. Mən o iclasda deyərdim ki, bizim iqtisadi sistemimiz sosialyönümlü adlansa da, insanyönümlü deyil. Binaya, asfalta, avtobusa böyük pullar verə bilərik, insana gələndə əllərimiz əsir. Bəlkə ən bahalı avadanlıqlar gətirmişik, düzgün işlətməyə kadr yoxdur. Kadrlar istisnasız bütün sahələrin kəskin problemidir. Niyə? Çünki təkcə infrastruktura yox, insana da kapital qoymaq, onu inkişaf etdirmək lazımdır. Bizsə, insandan kəsirik. Elə bu pandemiya dövründə o 190 manat üstündə nə qədər mübahisə getdi? Prezident “bu ay ver†deyəndə verirlər, deməyəndə dayanırlar. Ondan əvvəl – maaşlar, uşaqpulu, kommunal güzəştlər, pensiya tələbləri – hamısını cırmaq-cırmaqla almaq olur. Almaq olanda. Amma bəlkə mən nahaq belə danışıram, Qubad bəy? İnsanın cibi ilə dövlətin yüksəlişi arasında asılılıq yoxdur?
– Var və olmalıdır. Belə şey mümkün deyil ki, ölkə yoxsullardan, dövlət varlılardan ibarət olsun. O zaman mümkündür ki, gəlirlərin və sərvətlərin ədalətli bölgüsü yoxdur. Mən bərabər bölğüdən danışmıram. Nəyə görə bazar iqtisadi sisteminə keçilməsi insan üçün də faydalı ola bilər? Çünki o sistemdə dövlət bu qədər iqtisadiyyata qarışmayacaq. İndi Azərbaycanda dövlət hər yanda var: neftdə var, qazda var, işıqda var, enerjidə var, suda var, dəmiryolunda var, hava yollarında var… Bu, insan amilini arxa plana atır, çünki dövlətin orada siyasi və korporativ maraqları var. Amma özəl bölüm insan əməyini daha çox stimullaşdırır. İnsanlar üçün fərdi azadlıqlar olmalıdır, fərdi azadlıqlar seçim imkanları yaradır və seçim imkanları iqtisadiyyatın inkişafını stimullaşdırır. İndi Azərbaycanda ən böyük problem azadlıqlardır ki, dünyanın heç bir ölkəsində onlar verilməyib, alınıb. Bunun üçün xalq özü də çalışıb. Azərbaycan insanının kənarda qalmasının ən böyük səbəblərində biri iqtisadi sistemimizin mahiyyətindən, təbiətindən irəli gəlir. Çünki dövlət hər yanda var: iqtisadiyyata da nəzarət edir, siyasətə də, vətəndaş çəmiyyətinə də çalışır nəzarət eləsin, o cümlədən mətbuata da. Dövlət deyəndə mən hakimiyyəti nəzərdə tuturam, çünki dövlətin təmsilçisi odur. İkinci səbəb korrupsiyadır. İnsanlarla əlaqəyə girəndə ki, sənə bu qədər pul ödəyirəm və bir hissəsini geri götürəcəyəm, bu, məlumatın bölüşdürülməsi deməkdir. Amma daşın, asfaltın dili yoxdur. Ona görə ora daha böyük pullar yönəldilir…
– Korrupsiya… Sizin incəliklərini çox yaxşı bildiyiniz mövzu. Və həm də təsirini yeniyetməlik çağlarından öz üzərinizdə hiss etdiyiniz məsələ. Sovet Azərbaycanında Xalq Təsərrüfatı İnstitutu deyilən, kasıblar üçün əlçatmaz bir ali məktəb var idi. Rüşvət və korrupsiya yuvası idi. İş o yerə çatdı ki, 1987-ci ildə onu ləğv edib, əvəzində Leninqrad Maliyyə-İqtisad İnstitutunun filialını yaratdılar. Və nə rüşvət verən, nə rüşvət alan, maaşa baxan kənd müəllimi ailəsində böyümüş, respublika Olimpiadasının 16 yaşlı qalibi Qubad İbadoğlu ora daxil oldu. Demək istəmirəm ki, o vaxtdan həyatınızı korrupsiyaya qarşı mübarizəyə həsr etməyə and içmisiniz, amma bunun Azərbaycanın yeniləşməsinin ilkin şərti olduğu barədə fikirlərinizə çox rast gəlmişəm.
– Təəssüf edirəm ki, hakimiyyət 17 il ərzində korrupsiya ilə bağlı məsələlərə bir aydınlıq gətirə bilmədi. Korrupsiyanı yaradan amillər, yaşadan motivlər göz qabağındadır.
– Son vaxtlar elə bil buna cəhd artıb. Yox?
– Cəhd var, yanaşma doğru deyil. Deyək ki, Sərhəd Xidmətinin rəis müavinini korrupsiya ittihamı ilə tutdular və bir neçə müddətdən sonra ev dustaqlığına buraxdılar. Cəzası bundan ibarətdir? Halbuki, korrupsiya ittihamı çox ağır ittihamdır. Burada da korrupsiyanın mövcudluğundan xəbər verən bir şey var. Bilirsiniz, məsələnin mahiyyəti nədən ibarətdir? Korrupsiyanın qarşısını birmənalı şəkildə hüquq-mühafizə orqanlarının xətti ilə, korrupsionerləri həbsə atıb, sonra buraxmaqla almaq mümkün deyil. Çünki pulları, imkanları var, əgər məhkəmə hakimiyyəti, prokurorluq sistemi korrupsiyanın içərisindədirsə, onlar öz pullarını verib bir müddətdən sonra həbsdən də azad olacaqlar, yenə əvvəlki həyatlarına qayıdacaqlar. Korrupsiya ilə mübarizə üçün elə bir sistem qurulmalıdır ki, imkan verməsin belə adamlar yenə əvvəlki korrupsioner həyatlarına qayıtsınlar. O sistemlərdən biri çox sadədir. Bütün dünyada tətbiq edirlər. Götürək cəza mexanizmini. Bu, heç yanda təhlükəsizlik xidmətləri xətti ilə həyata keçirilmir. Əgər onlar büdcə vəsaitini mənimsəyiblərsə və biz hüquqi dövlətdə yaşayırıqsa, onda Hesablama Palatası var. Palata dövlət büdcəsinin icrasına nəzarət edən yoxlama institutudur, getməlidi, yoxlamalıdı, yeyinti ilə bağlı faktlar varsa, prokurorluğa təqdim etməlidi, prokurorluq da faktlar əsasında cinayət işi açıb korrupsioneri həbsə atmalıdı. Mexanizm bundan ibarətdir. Yoxsa, bu gün DTX ezam olunur bir rayona, sabah başqa rayona…
– Amma korrupsionerlərdən bezmiş camaat özü çağırırdı DTX-nı. Bir tezis var idi: bizim rayona da gəlin!
– Çünki həqiqətən beziblər, istəyirlər ki, həmin adamlar hər hansı variantda cəzalandırılsınlar. Onların cəzanlandırılması camaatda belə təsəvvür yaradır ki, bununla korrupsiyanın sonu çatır. Amma sistem imkan vermir ki, biz korrupsiyanı sona çatdıraq. Başqa vacib məsələ əmlakın, gəlirlərin bəyan edilməsidir. Bizim haqqımız var bilək ki, yeni vəzifəyə təyin olunmuş nazirin nə qədər əmlakı, gəlirləri var və bir ildən sonra o, hesabat verəndə yenə müqayisə edək, görək ki, əmlak və gəlirlərin artım mənbəyi nədir? Əməkhaqqıdırmı, yoxsa, başqa mənbə? Bu, dünyada sivil olaraq qəbul edilmiş qaydadır. Hətta bəzi ölkələr daha irəli gediblər. Orada yalnız əmlak və gəlirlər açıqlanmır, həm də xərclər açıqlanır. Tələb qoyublar ki, məmurların böyük xərcləri açıqlanmalıdır. Londonda Zamirə Hacıyeva məsələsi nədən meydana çıxdı? Bir mağazada görüblər ki, bir nəfər böyük xərclər edir, halbuki mağazanın marağında idi ki, müştərisi gəlsin, orda pul xərcləsin, amma qanunların aliliyi əsasında müəyyən orqanlara məlumat vermişdi ki, bir nəfər burada böyük alış-veriş edir, araşdırın, görün onun gəlir mənbəyi leqaldırmı? Çünki xərclər üzərində də nəzarət var. Dediyim ondan ibarətdir ki, korrupsiya ilə mübarizə istiqamətində gəlir deklarasiyalarından tutmuş, məlumatlara çıxışın asanlaşdırılmasına, şəffaflığın və hesabatlılığın artırılmasına kimi kifayət qədər böyük iş görülməlidir və o işi bir ay, hətta bir həftə ərzində də görmək mümkündür. Əsas siyasi iradədir.
– Beləliklə, Azərbaycanın gələcək inkişaf modelini necə görürsünüz?
– Azərbaycanın inkişaf modelini mən iqtisadi liberallaşmada görürəm, hüquqi dövlətdə görürəm. Üçüncüsü, sosial təminatlı rifah dövlətinin yaradılmasında görürəm. Bu üç elementi təmin edə bilsək, Azərbaycanı çox qısa müddətdə, demirəm ki, Mərkəzi Avropa, Şərqi Avropa səviyyəsinə çatdırmaq mümkündür. Amma bu elementlərdən biri olmasa, digəri işləməyəcək. Məsələn, hətta iqtisadi liberallaşma olarsa, qanunun aliliyi olmazsa, ölkəyə xaricdən sərmayə gəlməyəcək və iqtisadiyyat modernləşməyəcək. Xaricdən sərmayə təkcə pul demək deyil, innovasiya deməkdir, texnologiya deməkdir.
– Qarabağsız bu model mümkündürmü? Tovuz hadisələri göstərdi ki, ölkədə 3 gün ərzində hər şey dəyişə bilər. Və bunu qısamüddətli müharibə də edə bilər. Ona görə, hansı modeli qəbul etməyimizdən asılı olmayaraq, Qarabağ probleminin həlli prioritet vəzifə kimi qarşıdadır. Amma necə? Genişmiqyaslı müharibəyə imkan verilmir, orda-burda təpə almaqla iş keçmir, danışıqlar səmərəsizdir, beynəlxalq aləm paritet saxlayır. Bu sehrli dairədən çıxmağın yolunu görürsünüzmü?
– Qarabağ məsələsinin həllinin, ərazi bütövlüyünün təmin edilməsinin yolunu mən nədə görürəm: əvvəla, demokratikləşmədə. Çünki Qarabağ məsələsi artıq iki dövlət arasındakı məsələ deyil, qloballaşmış məsələdir. Qlobal miqyasda demokratik ölkələr özünə daha çox dost qazana bilir, nəinki avtoritar ölkələr. Bizim daha çox dost qazanmağımız üçün demokratikləşməyə ehtiyacımız var. Götürün Gürcüstanı və Ukraynanı, onların viza liberallaşdırması ilə müqayisə aparın: onlar daha çox ölkələrə vizasız gedib-gələ bilirlər. Bu bir indikatordur, göstərir ki, onlara daha çox etibar edirlər, nəinki azərbaycanlılara. Gürcüstanda bu göstərici 128-dirsə, Azərbaycanda 65-dir. Bu gün Qarabağ münaqişəsini həll etmək üçün bizim haqq səsimizi müdafiə edən dost ölkələrə ehtiyacımız var. İkinci məsələ, düşünürəm ki, insan, onun güclü vətəndaş olaraq formalaşması məsələsidir. Tovuz döyüşlərində iki ciddi nəticə oldu. Müstəqilliyimiz tarixində ilk dəfə şəhid generalımız oldu və xalq onu qəhrəmanına çevirdi. İnsanlar cuşa gəldilər və 15 iyulda orduya dəstək aksiyası ilə küçələrə çıxdılar. Elə bil ki, xalq özünə qayıdırdı, güclü vətəndaş formalaşması prosesini görə bilirdik. Bunu görmək üçün xalqa belə azadlıqlar vermək lazımdır. Güclü vətəndaş bizə həm müharibə üçün, həm də sülh üçün lazımdır. Güclü vətəndaş deyəndə, mən həm də ağıllı vətəndaş nəzərdə tuturam. Bizdə vətəndaş cəmiyyəti inkişaf edərdisə, azad mətbuat olardısa, biz daha çox beynəlxalq arenaya çıxa bilərdik. Mən özüm 2014-cü ilə qədər bunun birbaşa şahidi olmuşam. Amma bu gün ermənilər bizi üstələyirlər, çünki onların vətəndaş cəmiyyəti və mətbuatı daha azaddır. O baxımdan deyirəm ki, demokratik Azərbaycan və güclü vətəndaş. Amma bunun da mütləq üstqurumları olmalıdır: güclü iqtisadiyyatımız olmalıdır, iqtisadiyyatımız olmasa, qüdrətli dövlətimiz və güclü ordumuz olmayacaq. Məsələn, mən 1995-2020-ci illərdə həm Ermənistanda, həm Azərbaycanda müdafiə xərclərini müqayisə etmişdim. Ermənistanda bu, 6,5 milyard, Azərbaycanda isə təxminən 30 milyard dollar idi. Həqiqətən bizim ordumuz silahına, texniki göstəricilərinə görə Ermənistan ordusundan güclüdür. İqtisadiyyatsız bunu edə bilməzdik.
– İqtisadiyyatla siyasəti bir-birinə bağladınız. Qubad bəy, rəhbərlik etdiyiniz Demokratiya və Rifah Hərəkatını bu payızda partiyaya çevirəcəksiniz. Açığı, şəxsən mənim üçün sizin iqtisadçı imiciniz siyasi imicinizi qabaqlayır. Dediyim o anlama gəlməsin ki, siyasi təcrübənizin azlığına işarə edirəm. Siz çoxdan bu meydandasınız, deputatlığa namizəd olmusunuz, Müsavat Partiyasının rəhbərliyində təmsil edilmisiniz, hətta bir müddət prezidentliyə namizədlik məsələniz müzakirəyə çıxarılıb. Sözümün canı var: siz partiya yaratmaqla bir səddi keçirsiniz. Artıq sizdən iqtisadçı rəyi yox, siyasətçi qərarı gözləyəcəklər. Və niyə məhz indi? Səhv etmirəmsə, hərəkatınızı 5 il əvvəl yaratmısınız. Bu son ildə nə dəyişdi ki, partiya quruculuğuna başlayırsınız: hakimiyyətmi laxlayıb, müxalifətinmi yeri boşalıb, yoxsa ölkədə siyasi mübarizə imkanları genişlənib?
– Partiya qərarını indi verməmişik. Ötən il verdik, hərəkatın partiyaya transformasiyası istiqamətində bir plan qəbul elədik, təəssüflər olsun ki, pandemiya imkan vermədi həyata keçirək. Yəni, bu, sırf indiki şəraitlə bağlı olan qərar deyil ki, deyək, hakimiyyət laxlayıb, ya biz hansısa fürsət görürük. Mən istəyirəm ki, bu kollegial bir partiya olsun, ağıllı adamların, ağıllı başların partiyası olsun ki, orda debatlar üçün şərait yaransın. Mən bilirəm ki, Azərbaycan gənci də bir xarizmatik lider ətrafında partiya formalaşmasına razı deyil, istəyir ki, partiyada kollegiallıq, açıqlıq, şəffaflıq, hesabatlılıq olsun. Biz istəyirik nümunə olaraq bunu quraq. Başqa məsələ ondan ibarətdir ki, Azərbaycanda kim daha hiyləgərdirsə, kim daha yaxşı ixtilaf yaradırsa, onu daha yaxşı siyasətçi hesab edirlər. Amma siyasət o demək deyil ki, bunu çirkli şəkildə həyata keçirməlisən. Siyasət həm də o deməkdir ki, sən səmimi, şəffaf olmalısan. Biz bunu gətirmək istəyirik Azərbaycan siyasətinə. Həm də qanunvericiliyə görə, siyasi partiyaların daha geniş fəaliyyət imkanları var, nəinki hərəkatın. Ümumiyyətlə, hərəkatın hüquqi statusu yoxdur.
– Siz demisiniz ki, Azərbaycan cəmiyyətində kəskin qütbləşmə var. Hazırkı siyasəti tənqid edəndə müxalifətin, təqdir edəndə iqtidarın adamı kimi qəbul olunursan. Mərkəz yoxdur. Dərdimi təzələdiniz. Belə başa düşürəm ki, partiyanız mərkəzçi müxalifət partiyası olacaq. O zaman deyə bilərsinizmi ki, bir tamaşada soruşulan kimi, “bunun ortası hardadır?†Siyasi sistemdə yerinizi harda, hakimiyyətlə və digər müxalflərlə münasibətlərinizi necə görürsünüz?
– Azərbaycanda bir ideoloji boşluq da var. Partiyanın sağçı, solçu, mərkəzçi olmasını müəyyənləşdirmək mümkün deyil. Məsələn, Azərbaycanın Konstitusiyasında “sosial rifah dövləti†qeyd olunur, amma demək olmaz ki, YAP hakim partiya olaraq solçu partiyadır. Solçu partiya olsaydı, ən azı pandemiya dövründə ehtiyacı olanların hamısına 190 manat, yaxud daha layiqli yaşayışı təmin edən vəsait verərdi. Postpandemiya dövrü kifayət qədər fərqli görsənir bizə və biz bunu tədqiq edirik. Postpandemiya dövründə solçuluqla sağçılığın kombinə edilmiş variantı görsənir. Təbii ki, biz solçu mövqedə deyilik, eyni zamanda sağçı olaraq da elə bir mövqe tutmalıyıq ki, bu, Azərbaycan iqtisadiyyatının inkişafına həqiqi stimul versin. O ki qaldı iqtidar və müxalifətə münasibətimizə, Azərbaycan üçün bəzi önəmli məsələlərdə, məsələn, Qarabağ məsələsində hərəkatımız heç vaxt iqtidar-müxalifət bölgüsü tanımayıb, belə məsələlərdə biz hakimiyyətin bölüşdüyü mövqeni müdafiə edəcəyik. Təbii ki, Azərbaycanın dövlət marağını əsas götürəcəyik. Digər müxalif partiyalarla münasibətlərə dair isə deyim ki, hər hansı tək partiya qarşıda duran vəzifələri həll etmək gücünə malik deyil, biz də o iddiada deyilik, bilirik ki, resurslar məhduddur. Ona görə, mütləq birgə fəaliyyətdən söhbət gedə bilər ki, müəyyən funksional əməkdaşlıq olsun. Amma bizim başqa siyasi partiyalardan fərqli cəhətimiz də var. Məsələn, postpandemiya dövrü hələ başlamayıb, amma biz bununla da bağlı hökumətə təkliflər vermişik. Bir paket hazırlayıb aprelin 6-da dövlət orqanlarına göndərdik. Ən azı bilirəm ki, bunu oxudular, çünki oxumasalar, təklif etdiyimiz tədbirləri həyata keçirməzdilər. Artıq bizim paketdəki təkliflərin yarıdan çoxu həyata keçirilib. Sonra korrupsiya ilə mübarizəyə dair “32 addım†adlı tədbirlər paketi təqdim etdik. Milli Məclisdən cavab aldıq ki, araşdırırlar. Yəni, biz gələcəyə falçı kimi baxmırıq. Biz istəyirik gələcəyə proqramlarla, konsepsiyalarla baxaq.
– Maraqlı işarələr vurdunuz. Nə isə, qəliz məsələlərə toxunduq, bəsdir Azərbaycanda var-gəl elədik. Sizi qaytaraq Amerikaya. Oxuculara xatırladım ki, professor Qubad İbadoğlu 2015-ci ildən ABŞ-ın məşhur Dyuk, Prinston, Rutgers universitetlərində çalışır. Qubad bəy, Amerika həyatı sizi dəyişibmi və nə verib ki, o şeylərdən biz burada məhrumuq?
– Amerika həyatı çox fərqli həyatdır, burada obrazlı desək, tavan çox yüksəkdir. Nə qədər yuxarı tullansaq da, başımız tavana dəymir. Azərbaycanda bir balaca tullanmaq istəyirsən, başın tavana dəyir. Burada öz potensialını reallaşdırmaq imkanı hədsiz dərəcədə yüksəkdir. Bütün institutlar ancaq insanlara xidmət edir, insanlar da öz qabiliyyətinə görə mövqe tuturlar. Təbii ki, Amerikada burjua həyatı yaşamıram, sadə professor həyatı yaşayıram, əsas işim də ondan ibarətdir ki, buranın mədəniyyətini öyrənim, inkişafını öyrənim ki, hansı amillər hesabına baş verib. Amerikanın inkişafının ən böyük səbəbi, deyərdim ki, Amerikadakı universitetlərdir. Onlar özləri dövlət kimi bir şeydir. Bizim universitetin 70 min tələbəsi, 28 min işçisi var, polisi var, hospitalı var, televiziyası var. SOCAR-dan da geniş imkanlara malikdir. Auditoriyaya girirəm, bütün dünyanı görürəm gözümün qabağında. Azərbaycanda olanda mən nə öyrənmişəmsə, böyüklərdən öyrənmişəm. Tale elə gətirib ki, hara getmişəm, böyüklərlə ünsiyyətdə olmuşam. Hətta ali məktəbə imtahan verəndə pasportum yox idi, 16 yaşım tamam olmamışdı, yeganə adam idim ki, əlimdə yaşıl rəngdə doğum haqqında şəhadətnamə var idi. Ona görə adımı qoymuşdular “metrikalı oğlanâ€. Burada isə mən özümdən cavanlardan öyrənirəm, tələbələrimdən də öyrənirəm, çünki onların davranışları, təfəkkürləri tamam fərqlidir. Universitetdə professorlar üçün məhdudiyyətlər yoxdur, hər şey onların öz öhdəsinə buraxılıb. Hər yerdə etibar var, inam var. Bir dəfə kompüter almışdım, işlətdim bir müddət, sonra xoşuma gəlmədi, gec açılır, gec bağlanırdı. Apardım öz qutusunda qaytarmağa. Verdim satıcıya çekini, aldı, pulu qaytardı. Mən də gözləyirəm. Satıcı dedi ki, hər şey bitdi. Dedim, axı baxmadınız qutudakı kompüterdi, yoxsa başqa şey. Sual verdi ki, qutudakı kompüterdi? Dedim, hə. Dedi, daha nəyə görə ona baxmalıyam? Bizdə aparsaydım, açardı, baxardı, deyərdi ki, cızığı var, mən bunu qaytara bilmərəm. İstehlakçı hüququndan tutmuş, insanların mədəniyyəti, təfəkkürü, ictimai şüuruna qədər fərqli bir ölkədi. İstərdim, Azərbaycan cəmiyyəti də elə olsun, Azərbaycan dövləti də elə olsun. Təbii ki, ölkəmiz üçün darıxıram. İnandırım sizi, çox, çox darıxıram, dostlar üçün, qohumlar üçün, o cəmiyyət üçün. Və bizim ölkədən gözəl ölkə görmədim. Hesablasan, dünyanın 80-90 ölkəsinə getmişəm, amma ən gözəli Azərbaycandı. Azərbaycanımızı dəyişmək və dünyanın ən yaxşı ölkələrindən birinə çevirmək həqiqətən mümkündü.
– Bu müsahibəyə baxmayaraq vədimiz qüvvədədir, Qubad bəy. Vətənə yollar açılanda görüşüb söhbətimizi kamerasız davam etdirərik. Yolunuz həmişə açıq olsun. Uğurlar!
Xəbərin oxunma sayı : 7519
Müsahibə
Xəbərlər
-
Bu şəxslər üçün ilk gediş 1 qəpikdir - Bakı metrosu və avtobuslarda
-
“Stop” niyə “Toxta” olsun? - Hikmət Babaoğlu etiraz edənlərə cavab verdi
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
-
İradə İbrahimovanın görünüşü müzakirə yaratdı - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək
-
Vəzifəli şəxslər həbs edildilər - Rüşvət almaqda təqsirləndirilirlər
-
Ötən il 709 min, bu il isə 868 min manat - Şəkidə Qurcana çayına “axıdılan“ vəsaitlər
-
Azərbaycan nərə kürüsünü hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Moskva TDT-yə qoşulmaq istəyir: “Ölkəmizdə çoxlu türk xalqları yaşayır“
-
Bakıda ikitəkərli “qatillər” gəzir - yeni TƏHLÜKƏ
-
Vətəndaşlara təcili xəbərdarlıq edildi: Ən azı 72 saatlıq ərzaq ehtiyatı yığın
-
PUA-larla ölkəyə narkotik keçirmək istədilər – Fotolar
-
Avropalılar narahatdırlar: Tramp NATO-dan qisas ala bilər
-
Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara bu qədər məbləğ veriləcək
-
İstilik mövsümünə daha tez başlanılan rayonların sayı artırıldı - SİYAHI
-
“Neft zavodlarına zərbələri bu halda dayandırarıq” - Zelenski Trampa şərt qoydu
-
“Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil“ - VİDEO
-
Pensiya, iş və hərbi xidmətdən möhlət vəd edib 82 min manat alan qadına hökm oxundu - VİDEO
-
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
-
Sürücülərin diqqətinə: Cəriməni belə ləğv etdirə bilərsiniz
-
ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil? - AÇIQLAMA
-
İşini itirənlərin kreditləri bağlana bilər - Yeni qaydalar hazırlanıb
-
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
-
Deputatın təklifi mübahisə yaratdı - ETİRAZ ETDİLƏR
-
Vəzifəli şəxslərin məhkəməsi başlayır - 200 min manatlıq rüşvət işi
-
“Meduza“dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
-
Azərbaycana Vyetnamdan 516 ton naqqa balığı gətirilib - Kilosu 2,6 manata
-
Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib - DSX
-
Yağ qiymətlərində kəskin bahalaşma - İstehsal azalır, idxal artır
-
Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir - Uşakov
-
Ağırtonnajlı avtomobillər kənd yollarını yararsız vəziyyətə saldı - VİDEO
-
Hansı göbələyi alaq ki, zəhərlənməyək? - VİDEO
-
Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət aldı
-
ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır - Tramp
-
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO
-
Şamaxıda dəmirçilik ənənəsi yox olmaq təhlükəsi ilə üz-üzə - VİDEO
-
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
-
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir?
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
TOP 10
ARXİV






