Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Bakıda vəzifəli şəxs dərzi sexində dava saldı: Ayaqyoluna girmək istədi, həbs edildi

Tarix 06.11.25, 12:36

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda qadınların işlədiyi dərzi sexinə içkili halda girmək istəyən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1983-cü il tarixdə Dəvəçi rayonu, Beynəlmiləl kəndində doğulmuş İ.K. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, İ.K. Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən tanımadığı dərzi sexinə girərək, sanitar qovşaqdan istifadə etmək istəyib.  Sexdə işləyən qadınlar onu tanımadıqları üçün içəri daxil olmasına icazə verməyiblər. Həmin şəxs isə alkoqolun təsiri aldığı üçün səs-küy salıb, sexdə işləyən qadınlarla mübahisə edib. 

Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqsirli bilib və deyib ki, dostları ilə birlikdə içki məclisində iştirak edib. Alkoqol qəbul etdiyindən özünü idarə edə bilməyib və nəticədə sözügedən hərəkətləri törədib. 

Məhkəmənin hökmü ilə İ.K. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 10 gün müddətə inzibati həbs edilib.

Qeyd edək ki, İ.K. Açıq Səhimdar Cəmiyətlərdən birində xəzinədar işləyir.



Xəbərin oxunma sayı : 157




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap