Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Monqolustandan gətirilən qoyun əti haramdır? - AÇIQLAMA

Tarix 06.11.25, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35 %, kəmiyyət baxımından isə 24 % azalıb.

Hesabat dövründə Azərbaycanın əsas tədarükçüləri aşağıdakı ölkələr olub:

Monqolustan - 349,72 min ABŞ dolları dəyərində (-38 %) 87,43 ton (-38 %),

Rusiya - 18,65 min ABŞ dolları dəyərində (+1 865 dəfə) 18,92 ton (+1 892 dəfə),

Yeni Zelandiya - 4,49 min ABŞ dolları dəyərində (+5,4 %) 0,14 ton (-26 %),

Avstraliya - 0,53 min ABŞ dolları dəyərində (-62 %) 0,03 ton (-40 %).

Qeyd edək ki, 2024-cü ildə Azərbaycana idxal edilən 453 ton qoyun ətinin 99,3 faizi Monqolustanın payına düşüb.

Dini və mənəvi baxımdan narahatlıq

Statistik məlumatlar diqqət çəkici bir məqamı da ortaya qoyur: qoyun əti idxalının hamısı qeyri-müsəlman ölkələrinin payına düşür. Bu isə bəzi ekspertlər və ilahiyyatçılar tərəfindən dini və mənəvi baxımdan narahatlıq doğuran məsələ kimi dəyərləndirilir.

İlahiyyatçı Tural İrfan "Bizim.Media"ya açıqlamasında bildirib ki, bu ölkələrdə heyvanların kəsimi İslam qaydalarına uyğun şəkildə həyata keçirilmədiyi bildirilir:

"İslam dininə görə, əti yeyilən heyvanlar qibləyə tərəf yönəldilərək, Allahın adı ilə kəsilməlidir. Əks halda, həmin heyvan murdar hesab olunur və ətinin yeyilməsi haram sayılır".

İlahiyyatçı əlavə edib ki, düzgün şəkildə - yəni qibləyə yönəldilərək və Allahın adı çəkilərək kəsilən heyvanlardan qan tam şəkildə xaric olur. Bu, həm dini baxımdan tələblərə uyğundur, həm də tibbi cəhətdən sağlamlıq üçün daha təhlükəsiz hesab edilir.

"Elektrik cərəyanı və ya digər süni üsullarla öldürülən heyvanlarda qan tam şəkildə bədəndən xaric olmur. Bu isə həm dini, həm də sağlamlıq baxımından məqbul deyil", - deyə o bildirib.

"Belə ətlərin istifadəsi doğru deyil"

Tural İrfanın sözlərinə görə, dini qaydalara əməl olunmadan kəsilmiş və mənşəyi məlum olmayan ətlərin istifadəsi doğru hesab edilmir:

"Əgər idxal olunan ət məhsulları İslam qaydalarına uyğun şəkildə hazırlanmayıbsa, onların istifadəsi dini və tibbi baxımdan məqsədəuyğun deyil. Xarici ölkələrlə ət mübadiləsi aparılarkən, həmin məhsulların həm dini, həm də milli-mənəvi dəyərlərimizə uyğun şəkildə istehsal olunmasına xüsusi diqqət yetirilməlidir".

İlahiyyatçı əlavə edib ki, bəzi məlumatlara görə, Monqolustanda heyvanların kəsimi ənənəvi və ya dini qaydalara uyğun aparılmır:

"Heyvanın ürəyi çıxarılaraq, qanının axmasına şərait yaradılmır. Nəticədə həm heyvan işgəncə ilə ölür, həm də qan ətin tərkibində qalaraq zərərli xüsusiyyət alır".

"Halal" sertifikatı tələb oluna bilərmi?

Məsələnin digər tərəfi isə hüquqi və nəzarət mexanizmləri ilə bağlıdır. İdxal olunan ət məhsullarının "Halal" sertifikatına malik olub-olmaması məsələsi ictimai maraq doğurur.

Bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərilib. Məsələ diqqətdə saxlanılır.



Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap