Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Putin Ukraynada strateji məğlubiyyətə uğrayıb - NATO

Tarix 04.11.25, 21:46

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya prezidenti Vladimir Putin Ukraynada öz məqsədlərinə çata bilməyib, əksinə, bu müharibə onun üçün strateji bir iflasa çevrilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone BBC-yə verdiyi müsahibədə bildirib.

Admiral xatırladıb ki, 2022-ci ildə Ukraynaya qarşı başlanmış işğal əks-effekt doğuraraq Şimali Atlantika Alyansının genişlənməsinə gətirib çıxardı — Finlandiya (Rusiya ilə 1300 km quru sərhədinə malik) və İsveç (Baltik dənizinə çıxışı olan dövlət) NATO-ya üzv oldular. Halbuki Putin “xüsusi hərbi əməliyyat”ı elan edərkən məqsədinin “NATO-nun hərbi maşınının Rusiya sərhədlərinə yaxınlaşmasının qarşısını almaq” olduğunu bildirmişdi.

Kavo Draqonenin sözlərinə görə, Kremlin Ukrayna prezidenti Volodimir Zelenskinin devriləcəyinə dair hesablamaları da özünü doğrultmayıb. O qeyd edib:

“Putin artıq bu ölkəni nəzarət altına ala bilməyəcək. Onlar Belarusdakı kimi nə dost, nə də marionet hökumət əldə edə biləcəklər”.

Admiral əlavə edib ki, bu müharibə Avropa ölkələrini ayıltdı – indi onlar öz müdafiələrinə daha ciddi yanaşır, müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaq qərarına gəlirlər və Kremlin “demilitarizasiya” etmək istədiyi Ukraynanı silahlandırmaqda davam edirlər.

Kavo Draqonenin fikrincə, bütün bu amillər Putinin strateji məğlubiyyətə uğradığını göstərir:

“Rusiya cəbhədə bəzi kiçik və ləng irəliləyişlər əldə etsə də, bu uğurlar çox yüksək itkilər bahasına başa gəlir və ümumi mənzərə dəyişmir”.



Xəbərin oxunma sayı : 157




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap