Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Bakı metrosunun iş saatı uzadılacaq - “Qarabağ”ın oyununa görə

Tarix 05.11.25, 11:14

Font ölçüsü : - / +
bitmap-img6


AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC noyabrın 5-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turniri çərçivəsində oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək.

AzFakt.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.
Məlumata görə, metropoliten “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça görə gücləndirilmiş qaydada fəaliyyət göstərəcək.

Həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında metropolitenin iş saatı uzadılacaq.

Metropolitenin paytaxtda keçirilən kütləvi tədbirlər planı və qarşılaşmaya sərnişin marağı nəzərə alınaraq noyabrın 5-dən 6-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq.

Sərnişinlərin təhlükəsiz və rahat daşınması, azarkeşlərin oyun qurtardıqdan sonra mənzil başına rahat çatmaları üçün bir sıra tədbirlər də görüləcək. “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək, əlavə işçi qüvvəsi və növbətçilik cədvəli tətbiq olunacaq. Bu məqsədlə “Gənclik” stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər.

Ehtiyat qatarlar zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.



Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap