Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycan Qarabağı addım-addım geri qaytarır“ - ABŞ kəşfiyyatı

Tarix 09.02.17, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi Azərbaycan Ordusunun Odundağ strateji yüksəkliyini ələ keçirməsi haqda yazıb.
 
AzFakt.com publika.az-a istinadən xəbər verir ki, mərkəz mümkün Dağlıq Qarabağ müharibəsində bunu Azərbaycanın üstünlüyü olaraq qeyd edir. “Dağlıq Qarabağ regionunda son günlər Azərbaycan və Ermənistan arasında toqquşmalar güclənib. Eyni zamanda, gərginlik iki ölkənin sərhədyanı ərazilərində də müşahidə olunur. 2015-ci ilin sonunda Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş vilayəti sərhədindəki hərbi toqquşmalar Dağlıq Qarabağ cəbhəsindəki toqquşmaların sayı qədər olub. Sərhədlərin kobud relyefi və ərazidəki minalar ətraf rayonlarda təhlükəni artırır. Sərhəd ərazilərində bəzən toqquşmalar daha çox olur. Lakin bura Dağlıq Qarabağ münaqişəsinin birbaşa komponenti olmadığı üçün bu ərazilərdə mütəmadi monitorinqlər aparılmır”, - deyə mərkəz bildirir.
 
“Stratfor” əlavə edir ki, Azərbaycan Ordusu sərhəd boyunca hərbi nəzarəti ələ alır: “Azərbaycan tərəfi yanvarın sonunda Odundağ strateji yüksəkliyində nəzarəti yenidən ələ aldı. Belə görünür ki, Azərbaycan Ordusu fəal şəkildə Ermənistanı geri çəkilməyə məcbur edir. Xüsusilə Qazax rayonu boyunca sərhəd xətlərində üstünlüyü ələ almağı bacarıb. Odundağ yüksəkliyində nəzarəti ələ almaq Ermənistanla müharibədə kiçik də olsa mühüm üstünlükdür”.
 
Mərkəz əlavə edir ki, Azərbaycan Qarabağı addım-addım geri qaytarır.
 
“Cəbhədə və sərhədyanı ərazilərdə baş verənlər bunu göstərir. Azərbaycan tərəfinin nəzarəti ələ aldığı ərazilər kiçik görünə bilər. Amma bu, faktiki olaraq münaqişədə ciddi fərqlə üstünlük deməkdir. Bu üstünlük Azərbaycana danışıqlar masasında da kömək edə bilər”, - deyə məqalədə qeyd olunur.



Xəbərin oxunma sayı : 2134




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap