“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azərsu” yaşayış olmayan ünvana 1 116 manat borc yazıb – Məhkəmə prosesi

Tarix 18.02.20, 14:13

Font ölçüsü : - / +
bitmap-img6


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt sakini Malik Hacızadəyə 1 116 manat məbləğində borc yazıb.

AzFakt.com “Report”a istinadla xəbər verir ki, bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edən vətəndaşın iddiası təmin edilib.

Qətnaməyə əsasən, iddiaçı Hacızadə Malik Atamalı oğlunun yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72, mənzil 68 ünvanına hesablanmış 1 116 manat məbləğində borcun silinməsi qət edilib.

Qərardan “Azərsu” ASC-nin verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Hakim Telman Məmmədovun sədrlik etdiyi kollegiya şikayəti təmin etməyib.

Qeyd edək ki, “Azərsu” ASC-nin “Sumqayıt Sukanal” İdarəsi tərəfindən borc yazılan ünvana 7 nəfər ailə tərkibinə görə hesabat aparılıb. İddiaçı isə bildirib ki, həmin mənzildə yaşayış olmayıb və o, ailə üzvləri ilə birlikdə xarici ölkədə yaşayıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil Kommunal Sahəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, ona məxsus mənzildə yaşayış olmayıb.

Bu səbəbdən də yazılan borc əsassız hesab edilib.



Xəbərin oxunma sayı : 529




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap