“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Əbülfəs Qarayevdən sonra növbə kimindir?

Tarix 22.05.20, 10:13

Font ölçüsü : - / +
bitmap-img6


Mədəniyyət naziri Əbülfəs Qarayev tutduğu vəzifədən azad edildi.

Yenisabah.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyatdan sonra nazirin istefaya göndəriləcəyi gözlənilən idi. Əməliyyatın nəticəsi olaraq Əbülfəs Qarayevin müavini Rafiq Bayramovun və nazirliyin digər yüksək vəzifəli şəxslərin həbsi nazirin istefasını gündəmə gətrimişdi. Hətta ictimai müzakirələrdə onun da məsuliyyətə cəlb olunması təklif edilirdi. 

Əbülfəs Qarayev uzun müddət yüksək vəzifə daşıyan məmurlardan biri idi. O 1994-cü ildən nazir postunda əyləşirdi. Bu gün onun 26 illik karyerasına son qoyuldu.

Əbülfəs Qarayevin işdən çıxarılması həm də diqqəti Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə yönəldib. Mədəniyyət Nazirliyi ilə DSX arasında fəaliyyət sahələri fərqli olsa da, Əbülfəs Qarayevlə Elçin Quliyev təxminən oxşar vəziyyətlə üzləşiblər. Yəni, DSX-da da xüsusi əməliyyat keçirilib və Elçin Quliyevin müavini general-leytenant Əfqan Nağıyev həbs edilib. İctmaiyyət eyni yanaşmanı bu məsələdə də sərgiləyərək Elçin Quliyevin ən azı istefaya göndərilməli olduğuu bildirir. Bu baxımdan, ehtimal olunur ki, Əbülfəs Qarayevdən sonra Elçin Quliyev də istefaya göndərilə bilər.



Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap