![]() |
|














“Bakı danışıqlara qatılarsa, Paşinyanla razılaşmış olacaq …” – “Mehri dəhlizi Azərbaycana birləşdirilməlidir”
Tarix 28.08.19, 12:20 |
|

Ermənistan XİN rəhbəri Putinin İrəvana səfərinə qədər Elmar Məmmədyarovla heç olmasa şəkil çəkdirməyə çalışır
Tofiq Zülfüqarov: “İndiki halda Ermənistan üçün növbəti görüş taktiki baxımdan çox vacibdir…”
Ermənistan Xarici İşlər Nazirliyində (XİN) qurumun mərkəzi aparatı və diplomatik korpusun rəhbərlərinin toplantısı keçirilib. İclasda çıxış edən XİN başçısı Zöhrab Mnatsakanyan ölkəsinin prioritet saydığı məsələlərdən danışıb, tapşırıqlar verib, mesajlarını çatdırıb.
Maraqlısı budur ki, Mnatsakanyan həm narahatlığını büruzə verib, həm də təhdidlə danışıb. “Ermənistanın blokadası və Azərbaycana Qarabağ məsələsində dəstək verilməsi ölkəmizin təhlükəsizliyi üçün təhdid yaradır” - deyə, nazir bildirib. XİN başçısı əlavə edib ki, Türkiyənin Ermənistanla diplomatik münasibətlərin bərpasından imtinası, iqtisadi blokada, “erməni soyqırımı”nın inkarı, eləcə də Azərbaycana Qarabağ məsələsində dəstək Ermənistan üçün ciddi təhlükəsizlik təhdidi yaradır.
Diqqət çəkən həm də budur ki, Dağlıq Qarabağ danışıqlarının yenidən dalana dirəndiyi bir vaxtda Ermənistan müharibənin başlanmasına zəmin yaradacaq mövqe sərgiləyib. Zöhrab Mnatsakanyan “öz müqəddəratını təyin etmə” prinsipinin onlar üçün “qırmızı xətt” olduğunu deyib. (Publika.az) “Azərbaycan hakimiyyətinin siyasəti Dağlıq Qarabağ sakinlərini hədələyir və sülhün əldə olunmasına maneələr yaradır. Azərbaycan sülh istəyirsə, Qarabağın seçilmiş hakimiyyəti ilə danışıqlara getməlidir. Ermənistan Qarabağ sakinlərini təhlükə altına qoyacaq və ”öz müqəddəratını təyin etmə” prinsipini məhdudlaşdıracaq həll variantı ilə razılaşa bilmir”, – deyə, nazir iddia edib. Mnatsakanyan yenidən baş nazir Nikol Paşinyanın “Qarabağ danışıqlarda tərəf olmalıdır” tezisini gündəmə gətirib və qeyd edib ki, bu, Ermənistanın əsas şərtidir.
Qeyd edək ki, Ermənistanın bu şərti liderlərin sonuncu Vyana görüşündə sıradan çıxarılmışdı, lakin görünür, işğalçı ölkə yenidən danışıqlar prosesini pozmaq niyyətindədir, hərçənd bu, müharibənin başlanması da demək olacaq.
“Yeni Müsavat” Ermənistan mətbuatına istinadən bildirir ki, İrəvanda keçirilən toplantının ənənəvi olduğu qeyd olunur. Əvvəlki illərdə də diplomatların Ermənistan paytaxtına çağırılması və müzakirələrin keçirilməsi baş verib. Lakin budəfəki toplantının keçirildiyi vaxt əvvəlkilərə bənzəmir. Belə ki, N.Paşinyanın Xankəndindəki “miatsum” bəyanatından sonra faktiki olaraq danışıqların üstündən xətt çəkilib. Əgər Paşinyan hakimiyyəti Dağlıq Qarabağ və ətraf rayonların Ermənistana “birləşdirildiyi”ni iddia edirsə, bundan sonra danışığın təbii olaraq heç bir mənası qalmır. Düzdür, bu bəyanatın ardınca Ermənistan XİN Paşinyanın fikirlərinin “təhrif” olunduğunu bildirdi. Lakin çox keçmədi ki, Zöhrab Mnatsakanyan Paşinyanın fikirləri ilə razılaşdığını söylədi. Elə onun diplomatlarla görüş zamanı “Artsax Ermənistanın ayrılmaz hissəsidir” söyləməsi İrəvanın “qırmızı xətti” keçdiyini bir daha təsdiqləyir. Ermənistan rəhbərliyi ərazilərinin 30 ilə yaxındır işğalda olmasına rəğmən, sülh danışıqlarına sadiq qalan Bakıya təşəkkür etmək əvəzinə, Azərbaycanı günahlandırmağa cəhd göstərir.
Amma diqqəti cəlb edən digər məqam da var. Ermənistan XİN başçısı Paşinyanın son bəyanatını təkzib edən mövqe sərgiləyib. Deyib ki, əgər Azərbaycan Qarabağ məsələsinin dinc tənzimlənməsində maraqlıdırsa, o halda Xankəndi ilə danışıqlarda maraqlı olmalıdır. Bu yanaşma avtomatik şəkildə Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatının üstündən xətt çəkir. Bununla erməni nazir Xankəndini özünün də digər məqamda qeyd etdiyi kimi, “Ermənistanın bir hissəsi” kimi deyil, “ayrıca subyekt” kimi təqdim etməyə çalışır. Beləliklə, ermənilər bilərəkdən və bilməyərəkdən ziddiyyətli mövqedən çıxış etməkdə davam edirlər. Bakı isə Ermənistanın hər iki iddiasını rədd edir.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İrəvan vəziyyətdən çıxış yolu axtarır: “Hiss olunur ki, Ermənistan XİN ümummilli məsələlərdə çox fəaldır. Elə İrəvanda diplomatlarla keçirilən müzakirələr də bunu təsdiqləyir. Lakin indiki mərhələdə bir şey diqqət çəkir ki, XİN başçısının Paşinyanın ”miatsum” bəyanatına münasibəti bir az fərqlidir. Onun indiki çıxışı Paşinyanın Xankəndi bəyanatının tam şəkildə təkzibi və Ermənistanın əvvəlki mövqeyə qayıtması deməkdir. Fakt budur ki, Paşinyanın Xankəndi bəyanatından sonra danışıqlar üçün heç bir əsas qalmayıb, bunu dəfələrlə qeyd etmişik. İndi isə Ermənistan XİN rəhbərinin çıxışı fərqli durumun yaranmasına yönəlik cəhddir. Əvvəlki bəyanatın siyasi mahiyyətini inkar etmədən köhnə mövqeyə qayıdırlar”.
T.Zülfüqarov əmindir ki, Ermənistan XİN danışıqların imitasiyasına əsaslar yaratmağa çalışır: “Amma məsələ burasındadır ki, Paşinyanın bəyanatı qalır və o, təkzib olunmayıb. Azərbaycanın indiki halda danışıqlara qatılması rəsmi Bakının həmin bəyanatı təsdiqləməsi demək olardı. Deməli, Paşinyan Xankəndində dediklərini təkzib etməsə, danışıqlar masasına qayıtmağın mənası yoxdur. Bu halda Azərbaycanın danışıqlara qatılması ”miatsum” məsələsinin danışıqlarda mövzu kimi masaya çıxarılmasına imkan yarada bilər”.
Keçmiş nazir indiki durumda Bakının hücum diplomatiyasına üstünlük verməsini, Ermənistanın son bəyanatlarının qarşısında konkret tələblər səsləndirməsini vacib sayır: “Azərbaycanın tam ixtiyarı var ki, Naxçıvanla birbaşa əlaqənin qurulması üçün Mehri dəhlizi ilə bağlı məsələ qaldırsın. Bəyan olunmalıdır ki, biz bu dəhlizin Azərbaycana birləşdirmək istəyirik! Bunun üçün kifayət qədər əsaslar var. Çünki blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan əhalisi daimi yaşayır, onlarla əlaqə olduqca vacibdir”.
T.Zülfüqarov Ermənistan rəhbərliyinin son zamanlar intensiv Qarabağ müzakirələri aparmasını – Paşinyan sentyabr ayında müzakirələrin davamını ABŞ-da, Kaliforniya erməniləri ilə keçirəcəyini anons edib – səbəbsiz saymır: “Düzdür, İrəvan toplantısı hesabat xarakterli və ənənəvidir. Lakin unutmayaq ki, Ermənistan Rusiya prezidenti Vladimir Putinin səfərinə ciddi şəkildə hazırlaşır. Bu səfər oktyabrda olmalıdır. Putinin səfəri zamanı çoxtərəfli məsələlərlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə olunacaq. Ancaq eyni zamanda Putin-Paşinyan görüşündə Qarabağ məsələsi əsas müzakirə mövzularından biri olacaq. Odur ki, Paşinyan administrasiyası bu kimi müzakirələr keçirir. Onlar istəyirlər ki, köhnə tezislər üzərində Qarabağ məsələsinin müzakirəsi davam etdirilsin. Yəni demək istəyirlər ki, biz sülh prosesindən çıxmamışıq, baxmayaraq ki, Paşinyan radikal bəyanat verib”.
Politoloq hesab edir ki, qərbyönümlü Paşinyanın radikal bəyanatlarının təkzibi ilə məşğul olan Mnatsakanyan faktiki olaraq Rusiya XİN başçısı Sergey Lavrovun ssenarisini icra edir: “Ona görə də indiki mərhələdə Azərbaycan danışıqlara qatılsa, danışıqların imitasiyası ilə Ermənistanın istəyinin reallaşmasına dəstək vermiş olacaq”.
Digər mühüm bir məqam. Cari ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının iclası keçiriləcək. Ermənistan və eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləri çox arzu edirlər ki, Assambleya çərçivəsində Məmmədyarov- Mnatsakanyan görüşü baş tutsun. Mnatsakanyan çox arzu edir ki, sessiyada heç olmasa Məmmədyarovla “danışıqların davamını təsdiq etməkdən ötrü” şəkil çəkdirə bilsin. Vaşinqton danışıqlarından sonra İrəvanın destruktiv mövqe sərgiləməsi, davamlı təxribatlara əl atması danışıqları dalana dirəyib. Həmçinin cəbhə xəttində Ermənistanın təxribatçı davranışlarına tutarlı cavab verilib, məsələn, Qazax istiqamətində uğurlu hərbi əməliyyat baş tutub, bu da Ermənistanda ciddi təşviş doğurub. Eyni zamanda Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin intensiv hal alması, Türkiyənin Naxçıvanda hərbi baza quracağı ilə bağlı davamlı xəbərlər işğalçını bərk həyəcanlandırıb.
Təkcə Azərbaycanda deyil, ölkə xaricində də bir sıra ekspertlər hesab edirlər ki, Paşinyan “miatsum” bəyanatı ilə savaşı tətikləmiş olub və Azərbaycan hər an hərbi əməliyyatlar qərarı verə bilər. Belə olan halda düşmən və onun havadarlarına gərginliyi səngitmək üçün tərəfləri bir araya gətirmək çox vacibdir. Bu mənada BMT Baş Assambleyası çərçivəsində iki nazirin görüşünün təşkili ilə bağlı prosesin getdiyi də şübhəsizdir. T.Zülfüqarov da bunu istisna etmir: “İndiki halda Ermənistan üçün növbəti Qarabağ görüşünün keçirilməsi taktiki baxımdan çox vacibdir. Bu, baş verməsə, deməli, Putinin İrəvana oktyabrda nəzərdə tutulan səfəri ermənilər üçün böhranlı olacaq. Ona görə də Lavrovun patronajlığı altında nazirlərin heç olmasa bir görüşünün keçirilməsi istiqamətində cəhdlər göstəriləcək. İndiki halda ermənilər bölünüb, Paşinyan bir xətti, Mnatsakanyan digər xətti aparır. Bu da ermənilərin, daha doğrusu, Lavrovun bicliyidir”.
Görünən budur ki, ermənilər olduqca həyəcanlıdır. Paşinyan uzun müddətdir ki, Putinin yolunu gözləyir. Rusiya prezidenti isə İrəvanda ondan təkcə başından böyük danışıb “Ermənistana birləşdirdiyi” Qarabağı soruşmayacaq…
Xəbərin oxunma sayı : 808
Analiz
Xəbərlər
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
-
İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı - FOTO
-
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - “Al Arabiya”
-
“Rusiyanı şərtsiz dəstəkləməyə davam edəcəyik” - Kim Çen In
-
34 mindən çox abituriyent imtahan verdi - 5 nəfərdə mobil telefon aşkarlanıb
-
“Avropanın ölkəmizə “demokratiya dərs”i keçməsi qəbulolunmazdır“ - “Gürcü Arzusu”
-
Polis istirahət zonalarında fasiləsiz xidmət aparır - FOTOLAR
-
Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərə yağış yağacaq - Sabahın havası
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur? - VİDEO
-
“Yolunu azmış” oğul Kral ailəsinə qayıdır? - Londonda gizli görüş
-
Dizel və 92 oktanlı benzin bahalaşacaq? - Açıqlama
-
Bakıda yol-nəqliyyat hadisəsi oldu - Tıxac yarandı
-
Saray qəsəbəsində sexdə yanğın olub - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ
-
“Bir gecədə 36 Ukrayna PUA-sını məhv etmişik” - Rusiya MN
-
“Prezident olmaq çox təhlükəli işdir” - Tramp
-
Azərbaycanlılar ən çox bu ölkəyə gedir - Səbəb nədir?
-
İran İsrailə qarşı nüvə silahından istifadə etməyə hazırdır - Netanyahu
-
Qaynı qızını xəstə oğlu üçün oğurladı, polis yolda yaxaladı - İmişlidəki cinayətin TƏFƏRRÜATI
-
Bu ərazilərdə 5 gün qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Manatın sabitliyinin gücü və riskləri: Sabit, yoxsa üzən məzənnə?
-
Avtobuslar niyə yolun ortasında dayanır? - VİDEO
-
Prezident İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
TOP 10
ARXİV