“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Belarusu udmalıyıq“ - De Byazi

Tarix 12.06.22, 23:44

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasının 4-cü turunda sabah Belarusla keçiriləcək matç öncəsi mətbuat konfransı təşkil edib. 

Qol.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

- Millətlər Liqasına nəticə baxımından yaxşı başlamamışıq. Amma üç oyunda da yaxşı oynamışdıq. Slovakiya bizdən keyfiyyətcə, həm də təcrübə sarıdan üstün olsa da, onlara qarşı da futbol nümayiş etdirdik. Ən azından bir xal yığa bilərdik. Amma bəxtsizlik oldu. Əminəm ki, bundan daha yaxşısına nail ola bilərdik. Sabah Belarusu udmalıyıq. Ondan sonra Qazaxıstanla oyunumuz olacaq. Sonda da Slovakiyaya qarşı sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, qrupda maksimum xalı toplayaq. Çoxlu imkanlarımız olur. Amma hələ ki, qol vura bilməmişik. Təbii ki, qol vurmursansa, oyunu udmaq çətindir. Qazaxıstanla oyunda imkanlarımız var idi, amma iki qol buraxdıq və uduzduq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. 11 günə 4-cü oyunumuzu oynayacağıq. Rəqiblərimiz də vəziyyət belədi. Meydanda var gücümüzü qoyacağıq ki, qalib gələk

- Qısa müddətdə nəyi dəyişə bilmisiniz?

- Təbii ki, psixoloji vəziyyət yaxşı deyil. Çünki ilk iki oyunda qol vura bilmədik, qalib gələ bilmədik. Son oyunda daha çətin rəqibə qarşı oynadıq. Amma futbolda külək öz istiqamətini tez dəyişir. Bir oyun udsaq, özünəinamı geri qaytaracağıq. Hər bir futbolçunun öz daxilində istəyi olmalıdır, meydanda sona qədər vuruşmalı, komanda yoldaşlarına dəstək olmalıdır. Özümüzə inanmalıyıq ki, nəticələr gəlsin. Başa düşürəm, ilk oyunlarda nəticələr uğurlu olmayıb. Ancaq hər bir oyunçu meydanda ürəyini qoyub, vuruşub.

- Maksim Medvedevin durumu hansı yerdədir?

- Hələ ki, bilmirəm. Sabah səhər yüngül məşqimiz olacaq. Vəziyyətinə onda baxacağıq. Son oyunda ayağından zədə alıb, ağrısı var. İstəyərdim ki, sağalsın, sabah bizimlə olsun. Çünki Maksim vacib oyunçudur, komandaya çox köməyi dəyə bilər.

- Heyətdə dəyişikliklər etməyi düşünürsüz?

- Sabah səhər qərar verəcəyik. İlk növbədə, görək, futbolçular necə bərpa olub. Sıx qrafikimiz var idi. Sabah axşam fiziki baxımda futbolçular hazır olmalıdır ki, 95 dəqiqə oynaya bilsinlər. 



Xəbərin oxunma sayı : 1294




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap