“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Bolt“ sürücüsü “atvyorka“ ilə müştərinin atasını vurdu - TƏFƏRRÜAT

Tarix 12.02.25, 14:29

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda "atvyorka" (vintaçan) ilə müştərinin atasını döyən taksi sürücüsü həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Şahin İsgəndərov küçəsində yerləşən "Raketa" sağlamlıq düşərgəsinin qarşısında  baş verib. 

Belə ki, Davud Məmmədov (şərti) onun ad günündə iştirak etmək üçün evinə gələn oğlu Xəqanini və gəlinini yola salmaq üçün "Bolt" şirkətindən taksi sifariş verib. 1996-cı il təvəllüdlü Yusif Camalov (şərti) "Toyota Prius" markalı avtomobillə sözügedən ünvana çatıb. Davudun oğlu və ailəsi maşına əyləşmək istədikdə qabaq oturacağın normadan çox arxaya verildiyini görüb və sürücüdən oturacağı qabağa verməsini xahiş edib.  Taksi sürücüsü cavab olaraq oturacağın işləmədiyini bildirib. Bu vaxt onlar taksi sürücüsünə sifarişi ləğv edəcəklərini deyiblər.

Amma Yusif çox hirsli tərzdə Davuddan ödəniş tələb edib. "Sən kimsən ki, mənim oturacağımı yoxlamaq istəyirsən, iki manat pul verəsiz deyə nə desəz eləməliyəm?" deyərək zərərçəkmişin üzərinə qışqırıb. Davud isə "mərifətin-qanacağın olsun, görmürsən camaat ailəsi ilə yol gedir, bu nə tərbiyəsizlikdir edirsən?" deyərək etiraz edib. Sürücü cavab olaraq "qanacaqsız sizsiz" deyib və maşından ani olaraq "atvyorka" (vintaçan) götürərək onun gözünün altına zərbə endirib.

Hadisədən bir neçə dəqiqə sonra sürücü həmin ərazidən uzaqlaşıb. O, zərərçəkmişin şikayəti əsasında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılaraq məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə Yusif 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 1093




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap