Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Broker Əbülfəz”in bacısı oğlu məsuliyyətdən necə yayınıb? - Video

Tarix 08.12.17, 20:50

Font ölçüsü : - / +
bitmap-img6


Hamının maraq etdiyi və Dövlət Gömrük Komitəsində tanmadığı Nüsrət Adıgözəlov kimin kimsənəsidir?

Artıq çoxdan Əbüfəz Məlikov adını eşidən hər kəsin ağlına ilk olaraq “Broker” anlayışı gəlir. Və bu anlayış bizi ilk növbədə adamı gömrük postlarına qədər aparıb çıxarır. Gömrük postlarından mal keçirib gətirən hər kəs üçün “Broker” və Əbülfəz Məlikov sözləri sadəcə kabus ifadə edir. Elə bir kabus ki, hər bir iş adamı bu kabusdan bir dəfəlik qurtulmaq üçün hər gün Allaha yalvarır. Amma çifayda. Özləri də bilirlər ki, bu imkansızdır...

Əbüfəz Məlikov haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Bu günkü yazımızda nə Əbülfəz Məlikovun Azərbaycan iqtisadiyyatında oynatdığı “at”dan, nə də offşorlarda itən izlərindən bəhs etməyəcəyik. Bu mövzulara növbəti yazımızda toxuncağıq. 

Bu günkü yazımızın mövzusu əslində bir avtoxuliqandır. O avtoxuliqan ki, 20 gün əvvəl sərxoş vəziyyətdə Bakı küçələrində Azərbaycan yol polisi ilə qovalama oynayaraq göstərdiyi şou ilə Azərbaycan gündəminə oturmuşdu. 

Oxucularımızın yaddaşını təzələmək üçün bildirək ki, noyabrıın 17-də Bakıda, Nərimanov rayonu ərazisində sərxoş sürücü polislərə tabe olmamış və şəhərin mərkəzində qaçdı qovdu yaranmışdı. “10-LJ-600” dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Adıgözəlov Elvin Nüsrət oğlu yol polislərinin əmrinə tabe olmamış və polislərdən qaçmaq üçün Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinə girərək gizlənmişdi. Polis sərxoş sürücünün “BMW” markalı avtomobilini cərimə meydançasına aparsa da, sürücünü tapa bilməmişdi. Yayılan məlumatda göstərilirdi ki, maşını sərxoş halda idarə edən və polisə tabe olmayaraq qaçıb gizlənən Elvin Adıgözəlovun atası Nüsrət Adıgözəlov Dövlət Gömrük Komitəsində vəzifə sahibidir. Lakin Dövlət Gömrük Komitəsində həmin məlumatı təkzib edərək bildirmişdilər ki, qurumda belə bir şəxs işləmir.



Nüsrət Adıgözəlov kimin kimsənəsidir?

Bir çoxları da təbii ki, bu təkzibə inanmamışdı. Amma Nüsrət Adıgözəlov doğurdanda Dövlət Gömrük Komitəsində vəzifə sahibi deyil. Qurumda belə bir adam da çalışmır.

Məsələ ilə bağlı AzMedia.info saytını məlumatlandıran məlumatlı mənbə bildirib ki, doğurdan da, Nüsrət Adıgözəlov Dövlət Gömrük Komitəsində çalışmır. Amma onun gömrük qurumlarına aidiyyatı var. Çünki Nüsrət Adıgözəlov “Broker Əbülfəz”in sağ əlidir. Daha doğrusu Nüsrət Adıgözəlov “Broker Əbülfəz”in bacısının həyat yoldaşıdır və polislərdə qaçdı-qovdu oynayan avtoxiliqan Elvin Adıgözəlov isə Əbülfəz Məlikovun dost-doğma bacısı obludur. Elə Elvin Adıgözəlov da “Trans-Broker”də çalışır və dayısı üçün gömrükdə pul toplamaqla məşğuldur.

Mənbəmiz bildirib ki, polisdən qaçıb restoranda gizlənən Elvin Adıgözəlov sonradan məsuliyyətə cəlb olunmayıb. Onun məsuliyyətdən yayınması üçünsə Əbülfəz Məlikovun bir zəngi yetərli olub. 

Qəribədir ki, son zamanlar bir sıra iri ranqlı vəzifə sahiblərinin və tanınmış iş adamlarının övladları məhz avtoxuliqanlıq etdikləri üçün həbs olunduqları halda böyük səs-küyə səbəb olmuş hadisənin üstü ört-basdır edilib və Elvin Adıgözəlov məsuliyyətdən yayınıb. Bu da Əbülfəz Məlikovun hansı gücə sahib olmasından xəbər verir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzMedia.info






Xəbərin oxunma sayı : 607




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap