|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
İcbari Sığorta Bürosunda nələr baş verir? - Mənimsənilən milyonlar, hərrac oyunları, korrupsiya...
Tarix 29.12.20, 11:34 |
|
Son vaxtlar fəaliyyətində ciddi nöqsanların olduğu hesab edilən qurumlardan biri də İcbari Sığorta Bürosudur.
İcbari Sığorta Bürosu “dostlar bürosu”na çevriləndə...
Büro 2011-ci ildə Hüquqi Şəxslərin İttifaqı kimi yaradılıb. Yaradılmasındakı başlıca məqsəd isə ölkənin sığorta bazarının vahid informasiya sisteminin qurulması və bazarın inkişafı yönündə əsaslı tədbirlərin görülməsidir.
Büroya 2018-ci ildə icraçı direktor təyin olunan Rəşad Əhmədov çıxışlarında bir neçə dəfə vurğulayıb ki, rəhbərlik etdiyi qurum müxtəlif təşkilatlarla inteqrasiya edəcək, icbari sığorta bazarı tamamilə elektronlaşdırılacaq. Lakin bir balaca araşdırma apardıqda məlum olur ki, R.Əhmədov qurumun Himayəçilər Şurası tərəfindən verilən qərarları belə yerinə yetirməyib.
Məsələn, mütəxəssislər 2019-cu ilin birinci yarısından külli miqdarda vəsait hesabına istismara verilən İstehsalatda Bədbəxt Hadisələr üzrə layihənin tamamilə effektsiz olduğunu düşünürlər. 2020-ci ilin birinci yarısında təhvil verilən vahid informasiya sistemi istismara buraxıldıqdan sonra isə 5 icbari sığorta növünün hamısı elektronlaşdırılmali idi. Lakin bu iş də nəticəsiz qalıb. Yeni sistem uğur qazandırmaq bir yana, heç əvvəlki illərdə göstərilən performansı da təkrarlaya bilməyib. İddialara görə, bu uğursuzluğun əsas səbəbi direktorun işi mütəxəssislər yerinə, öz köhnə dost-tanışına həvalə etməsidir.
İddialar arasında İcbari Sığorta Bürosunun vəsaitlərindən gərəksiz xərcləmələrin olduğu da yer alır.
Açıq görünən hərrac oyunları, mənimsənilən milyonlar
R.Əhmədovun fəaliyyətinə nəzər salanda diqqətçəkən məqamlardan biri də “Standard İnsurance” sığorta şirkətinin ləğvi və əmlakının hərraca çıxarılması prosesidir. Şirkətin ləğv edicisi R.Əhmədovdur.
Direktor bütün hərrac məsələlərini Bakı Hərrac Mərkəzi vasitəsilə həll edir. Hazırda da bu Mərkəzin rəsmi saytında İcbari Sığorta Bürosunun sifarişçisi olduğu bir neçə avtomobil satışa çıxarılıb. Elanlarda
(http://www.bakuauksion.com/auctions/elanlar/lot-011-20-3-ni-va-vaz21214-90-pv-348,
http://www.bakuauksion.com/auctions/elanlar/lot-010-20-3-hundai-accent-10-pj-964, http://bakuauksion.az/auctions/elanlar/lot-013-20-3-toyota-camry-90-pu-799)
Sifarişçi qismində İcbari Sığorta Bürosunun qeyd edilməsi haqlı şübhələrə yol açır, çünki Büronun belə avtomobilləri yoxdur.
Problem tam aydın görünsün deyə, “Standard İnsurance” sığorta şirkətinin ləğvi prosesinə nəzər salaq. Ləğvetmə prosesi 21 may 2020-ci il tarixində şirkətin ödəmə qabiliyyətinin olmamasına görə başlayıb. Ləğvetmə komissiyasına sədrliyi isə R.Əhmədov fərdi şəkildə öz öhdəsinə götürüb. “İcbari sığortar haqqında” qanuna əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə əmlaka və sağlamlığa dəyən zərərə görə Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi İcbari Sığorta Bürosuna həvalə edilir. Ancaq “Standard Insurance” Sığorta Şirkətinin timsalında ləğv edilən qurumda qərarverici şəxslə bütün ödənişləri həyata keçirməyə məsul olan İcbari Sığorta Bürosu əslində, eyni şəxs, yəni R.Əhmədovdur. Başqa sözlə, kompensasiyaların ödənilməsi zamanı qərar verənlə vəsaiti ödəyən adam eynidir, yəni maraqlı tərəfdir. Direktorun iki öhdəliyi birdən öz üzərinə götürməsi isə haqlı suallara və şübhələrə yol açır.
Yenidən gələk hərrac mərkəzinin verdiyi elanlara. Elanlardan da göründüyü kimi, əmlakın mülkiyyətçisi ləğv prosesində olan “Standard Insurance” şirkəti, sifarişçisi isə İcbari Sığorta Bürosudur. Halbuki bu, qeyri-qanunidir. Hər iki qurumun rəhbərinin R.Əhmədov olması belə ona bu müstəsna imkanı verməməlidir. Hərrac addımı olaraq isə konkret 500 manat göstərilib. Lakin yüksək dəyəri olmayan əmlaklarda bu cür yüksək hərrac addımının təyin edilməsi hərrac məntiqinə ziddir. Bu da belə bir düşüncənin yaranmasına əsas verir ki, yüksək məbləğ iştirakçıların iştirak imkanlarının məqsədli şəkildə məhdudlaşdırılmasına, iştirakdan imtina etməsinə hesablanıb.
Elanda satışa çıxarılan əmlakın hansı qiymətləndirmə şirkəti tərəfindən hansı kriteriyalar çərçivəsində qiymətləndirilməsinə dair isə heç bir məlumat yoxdur. Belə çıxır ki, bu da R.Əhmədovun şəxsi təşəbbüsünə buraxılıb.
Ən qaranlıq məqamlardan biri isə elanlardan da göründüyü kimi, hərracda iştirak etmək məqsədilə ödəniləcək iştirak haqqı məbləğinin sifarişçi ilə razılaşdırılmalı olmasıdır. Hərçənd ki, iştirak haqqı hərrac təşkilatının xidmət haqqıdır və hərrac təşkilatı tərəfindən əvvəlcədən konkret rəqəmlə təyin olunmalıdır. Bu isə onu düşünməyə əsas verir ki, iştirak etmək istəyənlər R.Əhmədovla qeyri-müəyyən sövdələşmələrə razılaşdırıldıqdan sonra hərraca buraxılacaqlar.
Hərracla bağlı heç bir mətbu orqanda, internet resurslarda elan verilmir. Bütün bunlar da ləğvetmə zamanı “Standard İnsurance” şirkətinin balansında olan əmlakların rahat qazanc qazanmaq məqsədilə satıldığına dair əsaslı şübhələr yaradır.
Buna görə də iddia edilir ki, əmlakların qiymətləri bazar təcrübəsi olmayan, lakin R.Əhmədova bağlılığı ilə seçilən qiymətləndirmə şirkəti tərəfindən həyata keçirilib. Zərər hadisələrinin ödənilməsini ört-basdır etmək üçünsə toplu ödənişlərə üstünlük verilib...
Dost işçilərə yüksək maaş və məhkəmə çəkişmələri
İcbari Sığorta Bürosundakı başqa bir qanun pozuntusu isə maaşlarla bağlıdı. Yeni işə götürülən əməkdaşların əksəri direktorun köhnə işçiləridir və onlardan bir neçəsinə Himayəçilər Şurası tərəfindən təsdiqlənən ştat cədvəlindəki maksimum əmək haqqından daha artıq maaş verilir. Bu da təbii ki, kobud qanun pozuntusudur. Çünki Himayəçilər Şurası tərəfindən təsdiq edilməmiş əmək haqqı işçiyə verilə bilməz.
Bundan başqa, bəzi köhnə işçilər R.Əhmədovun rəhbərliyi dövründə qeyri-qanuni şəkildə cəzalandırıldıqlarını və işdən çıxarılmaq məqsədilə əsassız töhmətlər aldıqlarını iddia edirlər. Buna görə də hüquqlarının bərpa edilməsi tələbi ilə İcbari Sığorta Bürosunu məhkəməyə veriblər. Proses davam etməkdədir.
Digər problem isə hesabatlılıqla bağlıdır. Bildiyimiz kimi, İcbari Sığorta Bürosu ictimai təşkilatdır və qarantiya fondudur. Buna görə də vəsaitlərin idarə olunması, xərclənməsi barədə ictimaiyyət davamlı şəkildə məlumatladırılmalıdır.
Ancaq Büronun saytında 2018-ci ildən bəri heç bir maliyyə hesabatı (audit hesabatından başqa) (https://isb.az/hesabatlar-ve-statistika/ ) dərc edilmir. Halbuki ondan öncəki illərin hamısında bütün maliyyə hesabatları rəsmi formada dərc olunurdu.
Mütəxəssis nə deyir?
Yuxarıda təqdim edilən faktları "BakuPost"a şərh edən banklar üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirir ki, qanunvericilikdə olan bəzi boşluqlar bu sahədə korrupsiya əməllərinin həyata keçirilməsini asanlaşdırır:
“Qeyri-şəffaf fəaliyyət göstərən qurumlarda olduğu kimi, İcbari Sığorta Bürosunda da hansısa pozuntular var. Xüsusilə də maliyyə sektorunda bu ona görə daha çox hiss olunur ki, bu qurumların diskresyon səlahiyyəti var, yəni nə edəcəyini qurum özü seçir. Biri var qanun dediyi kimi edəsən, biri də var bu cür diskresyon səlahiyyət çərçivəsində. Bu, sui-istifadə, pozuntu, korrupsiya və digər halların baş verməsinə apara bilir. Buna görə nə etmək lazımdır? Bütün dünyada olduğu kimi şəffaf olmaq lazımdır ki, biz bilək, bəli, sənin səlahiyyətin var, qərar verə bilərsən. Amma niyə belə etdin? Bunun açıqlaması olmalıdır. Biz bunu konkret obyektlərlə yoxlayıb üzə çıxarmalıyıq”.
Hərrac məsələsinə gəlincə, hüquqşünas bildirib ki, burada qanun pozuntusunun olması açıq-aşkar görünür:
“Sığorta fəaliyyəti haqqında deyir ki, ləğvetmə komissiyası olmalıdır. Bu komissiya da Mərkəzi Bankın təqdimatına əsasən, məhkəmə tərəfindən formalaşdırılır. Banklar buna məcburdur, çünki qanun deyir belə olmalıdır. Burda isə qanun demir ki, mütləq Büronun sədri komissiyanın rəhbəri olmalıdır. Hərraclarda niyə sifarişçinin İcbari Sığorta Bürosunun olduğu başadüşülən deyil. Sığorta təşkilatının əmlakını kim satışa çıxarır? Onun ləğvetmə komissiyası, Sığorta Bürosu yox. Aydındır ki, Əmanətlərin Sığortalanması Fondunda Fond özü ləğvedicidir, komissiya yoxdur.
Burda axı, qanun deyir ki, komissiya var. Düzdür, komissiyanın rəhbəri Büronun sədridir, amma yenə də İcbari Sığorta Bürosu satmalı deyil. Bu, ümumiyyətlə düzgün deyil. Digər məsələ 500 manat. Hesab edirəm ki, bu məbləğ çoxdur. Hərrac təşkilatında nə xərc var ki, bu qədər məbləğ lazım ola. 50-100 manat ola bilərdi. Bu araşdırılmalıdır ki, niyə bu qədər çoxdur. Ümumən isə bu həm banklara, həm də sığortaçılara aiddir. Ləğv prosesi istənilən firma, şirkət, bank və sığortaçının çox mürəkkəb, korrupsionegen prosesdir. Orada yeyinti, oğurluq üçün geniş səlahiyyət var. Əcəb yeyinti yeridir. Ləğvedicinin işi bundan ibarətdir ki, həmin ləğv edilən şəxsin bankın, yaxud sığortaçının əmlakını hərracda satmalıdır. Mümkün qədər baha sat ki, bu şirkət müflis olub, bağlanıb, burda kimlərinsə pulları qalıb.
Onların pullarının qaytarılması üçün gərək, sən əmlakı maksimal qiymətlə satasan. Sən isə hərracı şəffaf etməyəndə şübhə yaranır ki, burda əmlakı altdan-altdan satırsan. Məsələn, 50 minlik əmlakı formal olaraq 10 minə satırsan və 25 min də cibinə basırlar. Yəni 50 minlik əmlakı faktiki olaraq 35 minə satdı. Təşkilata, kreditorlara isə 10 min gəlib çıxdı. Kreditorlar da müflisləşmiş ləğv olan şəxslərdə, banklarda, sığortaçılarda pulu qalanlardı. Əgər sənin üzərində ictimai nəzarət yoxdursa, oyunlar oynamağa başlayırsan. Kiminsə borcunu bağışlayırsan, kiməsə qarşı tədbir görmürsən, vaxtında məhkəməyə vermirsən, verəndə də bilə-bilə məhkəməni uduzursan və bunun əvəzində yaxşıca rüşvət alırsan. Çünki öz malın deyil ki, nəyinə lazımdır?! Pul olsun, əmlakı dağıdıb talayırsan. Əmanətlərin Sığortalanması Fondunda bunu çox görmüşük. Düzdür, Fonda yeni rəhbər gəlib və o vəziyyəti dəyişməyə cəhd edir. Ümid edirəm ki, cəhdləri uğurlu olar. Bunun üçün məhkəmə nəzarəti də lazım deyil. Çünki hakimlərin bundan başı çıxmır. Başları çıxsa belə o qədər vaxtları yoxdur. Hər satışa, borca nəzarət edə bilməz. Bunun yeganə yolu kreditorların ümumi yığıncağıdır və kreditorlar komitəsidir. Bütün dünyada belədir. İlk növbədə onların marağı var ki, pullar düzgün qaytarılsın, əmlak düzgün satılsın. Deməli, onların nəzarəti olmalıdır. Ümumiyyətlə, Azərbaycanda müflisləşmə və iflas haqqında qanun köklü dəyişməlidir”. (BakuPost)
Xəbərin oxunma sayı : 1489
Gündəm
Xəbərlər
-
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
-
Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - VİDEO
-
İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - FOTO
-
Arvadını döyüb öldürən qazaxıstanlı nazirin işində yeni detallar - VİDEO
-
“Bayden Trampdan 10 faiz bəndi geri qalır“ - Seçkiqabağı sorğu
-
Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir? - ARAŞDIRMA
-
Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - SƏBƏB + VİDEO
-
İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq - AÇIQLAMA + VİDEO
-
Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar - SƏBƏB
-
“Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir“ - ABŞ institutu
-
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
-
Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
-
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
-
“Sponsoru belə məndən istəyirlər...” - Pərvin Abıyeva
-
“Nyukasl“ iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ
-
“Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm” - Ərdoğan
-
Xocəsən sakinlərinin kanalizasiya problemi: “İydən çölə çıxa bilirik” - VİDEO
-
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə! - Tarif Şurasından QƏRAR
-
Deputatlar toplanır: Gündəlikdə 18 məsələ var (SİYAHI)
-
“Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır“ - Numan Kurtulmuş
-
Məhkəmə MTN generalı ilə bağlı qərar verdi - FOTO
-
Səfəvilərdən bu günə kimi: Çayxanaların maraqlı tarixi - VİDEO
-
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
-
“Nazirliyə 8-10 faiz “otkat“ qaytarılır...“ - 143 milyonluq mənimsəmə işi
-
Altı gündür axtarışda olan Nigar tapıldı: “Anamın telefonunu qırıb, suya atdım” - VİDEO
-
Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi
-
Bu şəxslər pensiyaya tez çıxacaq - SƏRƏNCAM
-
Məmurun təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edildi - Gədəbəydə
-
Zaxarova Danimarkanı hədələdi: Sərt addımlar atılacaq...
-
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
-
Gürcüstan XİN Parisi ittiham etdi: “Sizdə obyektivlik yoxdur”
-
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
-
Azərbaycana idxalda Çin liderlik edir – Deputat səbəbini açıqladı
-
Baş nazirdən QƏRAR - Nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
-
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Mayda niyə toy etməzlər? - VİDEO
-
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib“ - Ərdoğan
-
Kəlbəcərdə yol qəzası - Bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb
-
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər
-
Bakıda bu evlər bahalaşdı - Mənzil bazarını nə gözləyir?
-
“Kapital Bank”ın işçiləri ayda 3 min manat maaş alır – Orta aylıq əmək haqqından 3 dəfə çoxdur
-
Parlament seçkisinə hazırlıq: Kimlər deputat ola bilər? - İZAH
-
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlanıb - VİDEO
-
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
-
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
-
Məşhur şirkət ləğv olunur – Tenderlərdən milyonlar qazanıb
-
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
-
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
-
“Sabiq səfir Gürcüstanda iki inqilab cəhdini dəstəkləyib“ - Baş nazir
-
Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - VİDEO
-
Türkiyənin milli müdafiə naziri: “İranlı dostlarımızın yanaşması xoş deyil”
-
Ağdam sakinlərinə ŞAD XƏBƏR - Üç kəndə köç olacaq
-
Gəncə xəstəxanasında 364 minlik yeyinti - Vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
-
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
-
İçərişəhərə giriş məhdudlaşdırılacaq - SƏBƏB + FOTO
-
“Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb” - Əhməd İsmayılov
-
“Müharibənin tezliklə bitmə ehtimalı yoxdur” – ABŞ kəşfiyyatının başçısı
-
Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - FOTO
-
İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
-
Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ələ keçdi - VİDEO
-
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
-
G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur - Xəbərdarlıq
-
DSX-nin sərhəd zastavası xidməti istifadəyə verilib - FOTO/VİDEO
-
Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundular - FOTO
-
“Həkim yoxdur, xəstəyə baxmırlar” - Ucar sakini
-
“YUNESKO bir adamın əlində alətə çevrilməməlidir“ - Hikmət Hacıyev
-
Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO
-
300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir? - VİDEO
-
Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - VİDEO
-
Şuşanın yeni məscidi belə olacaq - VİDEO
-
Efirə qısa ətəkdə çıxdı, tənqid olundu - VİDEO
-
Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb - Kobaxidze ABŞ-a səfərdən imtina edib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
“Aİ-yə üzv bir çox ölkə Ukraynaya qoşun göndərmək ideyasını təsdiqləyib” - Makron
-
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
-
İcra başçısından mikrafonla danışmağı tələb edən şəxs cəzalandırıldı - FOTO
-
Qışda soyuğuna, yayda istisinə dözülməyən makler evləri - VİDEO
-
Türkiyə İsraillə bütün ticarəti dayandırıb - “Bloomberg”
-
“Ay ərzində ortalama 800 min - 1 milyon manat yığılırdı“ - Nazirin məhkəməsi
-
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - FOTO
-
Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO
-
“Bunun sonu faicə olacaq” - “Biz bir-birimizi günahlandırmalı deyilik ki...“
-
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
-
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? -VİDEO
-
“Evləri su aparıb, nə qədər gözləyək?” - VİDEO
-
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
-
1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaqlar? - AYNA-dan AÇIQLAMA
-
Mərkəzi Bank yeni pul siyasəti: “Qiymətlər ucuzlaşacaq”
-
Tələbə və məzunlara yeni şans - VİDEO
-
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkirlir - VİDEO
-
“Cəbhədə vəziyyət daha da pisləşə bilər“ - Ukrayna XİN başçısı
-
“3 milyonluq MMC-ni “1 qara qəpiksiz almışam“ - Sabiq deputatdan etiraf
-
ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub - Saziş imzalanıb
-
Bakının Nizami rayonunda kuryoz hadisə: oğlan sevgilisini döyüb, yoxsa...?
-
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
-
Cəbrayılın daha bir kəndinə ilk köçə hazırlıq gedir - 334 ailə köçürüləcək
-
AQTA-dan qida zəhərlənmələri ilə bağlı ÇAĞIRIŞ - VİDEO
-
Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb - FOTOLAR
-
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına məktub ünvanlayıb - MƏTN
-
AFFA-nın yeni rəhbərliyinin bir ayı: Görün hansı işləri görüblər
-
Bu şəxslər satınalma komissiyasının üzvü ola bilməzlər - RƏSMİ
-
“Gürcüstan demokratiyası risk altındadır“ - ABŞ səfirliyi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat
-
Parlament seçkiləri ilə bağlı ilk rəsmi açıqlama - MSK sədri vaxt göstərdi
-
Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
-
İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”
-
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi - MSK qərar verdi
-
Prezident Heydər Əsədovla bağlı sərəncam verdi - Təyinat + DOSYE
-
Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək – Sərəncam
-
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTO/VİDEO
-
Prezident Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib - FOTO
-
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
-
Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub - FOTO
-
FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi
-
“Son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub“ - İlham Əliyev
-
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
TOP 10
ARXİV